Kriştiano Ronaldonun cari mövsümdəki çıxışı məyus edir.
O, “Mançester Yunayted”in 1:3 hesabı ilə uduzduğu “Aston Villa” ilə matçda əvvəldən axıradək meydanda olsa da, heç bir məhsuldar fəaliyyətlə yadda qalmayıb. Portuqaliyalı hücumçu qapıya 3 cərbə endirib, 15 dəqiq ötürmə edib və sarı vərəqə alıb. Kriştiano bu mövsüm premyer-liqada oktyabrın 9-dan sonra qol vura bilməyib. O, yalnız “Everton”la matçda qapıya yol tapıb.
Yeri gəlmişkən, Ronaldo ötən mövsüm bu liqada meydana çıxdığı 30 oyuna 18 qolla MY-nin ən yaxşı bombardiri olmuşdu.