AFFA İcraiyyə Komitəsinin mayın 13-də keçirilən iclasında prezident Rövşən Necəf bu yöndə yaxın müddətdə qərar qəbul ediləcəyi bildirilsə də, görünür, məsələ tam həllini tapmayıb. Yığmanın Albaniya (7 iyun) və Qazaxıstan (11 iyun) ilə qarşıdakı yoldaşlıq oyunlarına Arif Əsədovun rəhbərliyi altında çıxacağı deyilir. Bəs həmin oyunlar üçün heyət nə vaxt açıqlanacaq? Bununla bağlı məlumat almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Bununla bağlı hər hansı məqam rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək. Heyət də açıqlanan kimi AFFA-nın rəsmi saytında və sosial şəbəkələrində yerləşdiriləcək”.
RÖYANƏ OĞUZ



