Çox maraqlıdı, ancaq La Liqada sonuncu – 38-ci turun, demək olar ki, heç bir əhəmiyyəti qalmadı.
“Football-plus.az” xəbər verir ki, yuxarıdan aşağı ilk 7 pillədə qərarlaşan komandalar artıq yerini dəyişməyəcək, elitadan gedəcək klublar da bəllidi. Hesabat turu ilə bağlı üç önəmli sual var idi: “Barselona” vaxtından əvvəl 2-ci yeri təmin edə biləcəkmi, “Real Sosyedad” vaxtından əvvəl Avropa Liqasına vəsiqə qazanacaqmı, “Kadis” elitada qalmaq ümidini son tura daşıya biləcəkmi? Bəli, bəli, xeyr. Evdə “Rayo Valyekano”nu darmadağın edən “Barsa” “Jirona” ilə 4 xal fərqini qorudu. “Valensiya” üzərindəki qələbə Kataloniyanın kiçik təmsilçisinin işinə yaramadı. 3-cü yer! Niyə üçüncü? Ona görə ki, “Atletiko” “Osasuna” ilə ev oyununda biabır oldu. Simeonenin komandasının 1:4 hesablı məğlubiyyəti sensasiyadı. 6-cı yer uğrunda mübarizədə əsas rəqibi – “Betis” ilə qarşılaşan “Real Sosyedad” da səfərdə qələbə qazandı. Zədəli İskonun yoxluğunda “xiyarlar” San-Sebastyan klubuna layiqincə müqavimət göstərə bilmədi. Son turların nəticələrinə əsasən möcüzəyə inanmağa başlayan “Kadis”in ümidi tükəndi. Bu komanda özü qələbə qazanmaqla yanaşı, rəqiblərinin büdrəməsinə də bel bağlamalıydı. “Malyorka” və “Rayo Valyekano” büdrədi, ancaq “Kadis” özü də “Las-Palmas”a qalib gələ bilmədi və elitadan getdi. Turun ən baxımlı oyunu “Estadio-de-la-Seramika”da baş tutdu. “Vilyarreal”la “Real”ın qarşılaşmasında 8 qol vuruldu! Turun qalan nəticələrinə gəlincə, “Alaves”lə “Atletik”, uyğun olaraq, “Xetafe” və “Sevilya” üzərində qələbə qazandı, “Selta” səfərdə “Qranada”nı məğlub etdi.
2-ci yeri tutmaq məsələsini son tura saxlamamaq üçün “Barsa”ya qələbə lazım idi. Artıq 3-cü dəqiqədə Levandovski komandasını irəli çıxardı. Qonaqlar irəli atılaraq Ter Ştegenin qapısını “mühasirəyə aldılar”, ancaq qapıçı Siss ilə De Frutosun zərbələrinin qaşısını aldı, Kamelyo təkbətəkdən yararlana bilmədi. 2-ci hissədə də “Rayo Valyekano” bir neçə imkanı boşa verdi. Təbii ki, “Barsa” belə bədxərcliyə görə qonaqları cəzalandıracaqdı və cəzalandırdı da. Sonradan oyuna qoşulan Pedri üç dəqiqə aralığında iki qol vurandan sonea “Rayo Valyekano” müqaviməti dayandırdı.
Yalnız Valensiyadakı qələbə “Jirona” üçün 2-ci yeri tutmaqla bağlı cüzi ümidlər saxlayırdı. Miçelin komandası “yarasalar”la oyuna ciddi yanaşdı, “Mestalya”da dominantlıq etdi. Sıqankov oyunun əvvəlində cərimə meydançasının xətti üzərindən topu Mamardaşvilinin üstünə vursa da, hissənin ortalarında Savionun fərqlənməsinə şərait yaratdı. Qoldan dərhal sonra “Valensiya” hesabı bərabərləşdirə bilərdi. Ancaq Kanyos qapıçı meydançasının xətti üzərindən topu dirəyə vurdu. Qonaqlar fasilədən sonra üstünlüyünü möhkəmlətdi. 58-ci dəqiqədə Dovbik mövsümdəki 21-ci qoluna imza atdı. 67-ci dəqiqədə Sıqankovun ötürməsinin qarşısını almaq istəyən Qasyorovski Mamardaşvilini də çaşdırdı – 0:3. “Yarasalar” 84-cü dəqiqədə təsəlli qolunu vura bildi.
“Atletiko”nun doğma azarkeşlərlə bu şəkildə vidalaşması heç yerinə düşmədi. “Hindular” evdə “Osasuna”ya biabırçı hesabla uduzdu. Qonaqlar hissənin ortalarında hesabı açdı. 2-ci hissənin əvvəlində madridlilər “soyuq duş yaşadı”. Müdafiəçilərin tam məsuliyyətsizliyi fonunda Oros da Oblakın qoruduğu qapıya yol tapdı. 2-ci hissədə meydana çıxan Morata tezliklə qollardan birinin əvəzini çıxsa da, “Atletiko” üçün xoş xəbərlər bununla bitdi. 64-cü dəqiqədə Raul Qarsiya komandasının üstünlüyünü möhkəmlətdi, sona iki dəqiqə qalmış isə Torro fərqi darmadağın həddinə çatdırdı.
“Real” turun ən məhsuldar oyununda 4 qol buraxsa da, burda bir nüans var. “Ağ şimşəklər” çempionluğu rəsmiləşdirəndən sonra heç bir oyunda 4-dən az qol vurmur. Düşünmək olardı ki, bu qədər qol “Vilyarreal”ı məğlub etmək üçün bəs edəcək. Ancaq yox, belə olmadı. Sörlotun oyunun əvvəlində dirəkdən dönən zərbəsi madridliləri qəzəbləndirdi, Arda Gülərdə Xoselu ilk yarım saatda iki qol vurdu. Sörlot 39-cu dəqiqədə bunlardan birinin əvəzini çıxdı. “Real” yenə qəzəbləndi və yenə iki dəfə fərqləndi. Bu komanda ilə oyunun ilk yarısını 1:4 geridə bitirirsənsə, deməli, məğlubiyyət yaxındı. Sadəcə, 2-ci hissənin əvvəlində meydanda inanılmaz hadisələr baş verdi. Sörlot 8 dəqiqə ərzində pokeri rəsmiləşdirdi! Sona hələ yarım saatdın artıq vaxt qalsa da, başqa qol olmadı.
37-ci tur
Vilyarreal – Real 4:4
Sörlot, 39; 48; 52; 56 – Gülər, 14; 45+2. Xoselu, 30. Vaskes, 40. (21671)
Real: Lunun, F.Qarsiya, Rüdiger, Militao (Naço, 61), Vaskes, Modriç (Martin, 82), Sebalyos, Valverde (Kamavinqa, 60), Dias (Rodriqo, 68), Gülər, Xoselu.
Barselona – Rayo Valyekano 3:0
Levandovski, 3. Pedri, 72; 75. (35823)
Barselona: Ter Ştegen, Kanselo, Martines, Kubarsi (Arauxo, 62), Kunde, Gündoğan, Roberto (Kristensen, 46), Lopes (Pedri, 62), Rafinya (Feliş, 62), Yamal, Levandovski (Roke, 79).
Valensiya – Jirona 1:3
Pepelu, 84-p. – Savio, 32. Dovbik, 58. Qasyorovski, 67-öz qapısına. (36138)
Jirona: Qassaniqa, Blind, Lopes, E.Qarsiya (Xuanpe, 68), Martines, A.Qarsiya, Errera (Fernandes, 73), Savio (X.Qarsiya, 74), Martin, Sıqankov (Portu, 69), Dovbik (Stuani, 79).
Atletiko – Osasuna 1:4
Morata, 55 – R.Qarsiya, 26; 64. Oros, 52. Torro, 88. (58401)
Atletiko: Oblak, Ermoso, Saviç, Paulista (Morata, 48), Lino (Depay, 60), Aspilikueta (Mandava, 60), Lyorente, Koke (Vermeren, 71), De Paul, Korrea (Rikelme, 55), Qrizmann.
Alaves – Xetafe 1:0
Visente, 12. (18709)
Atletik – Sevilya 2:0
R.Qarsiya, 17. Munyain, 19. (44717)
Betis – Real Sosyedad 0:2
Mendes, 5. Merino, 42. (58036)
Qranada – Selta 1:2
Mendes, 86 – Strand Larsen, 61. Bamba, 63. (11473)
Kadis – Las-Palmas 0:0
(18950)
Malyorka – Almeriya 2:2
Larin, 29. Darder, 83 – Arribas, 41. Lanqa, 66. (20573)
1. Real 37 29 7 1 87-26 94
2. Barselona 37 25 7 5 77-43 82
3. Jirona 37 24 6 7 78-46 78
4. Atletiko 37 23 4 10 68-43 73
5. Atletik 37 18 11 8 60-37 65
6. Real Sosyedad 37 16 12 9 51-37 60
7. Betis 37 14 14 9 48-45 56
8. Vilyarreal 37 14 10 13 64-64 52
9. Valensiya 37 13 9 15 38-43 48
10. Alaves 37 12 9 16 35-45 45
11. Osasuna 37 12 8 17 44-55 44
12. Xetafe 37 10 13 14 41-52 43
13. Sevilya 37 10 11 16 47-52 41
14. Selta 37 10 10 17 44-55 40
15. Las-Palmas 37 10 9 18 32-46 39
16. Rayo Valyekano 37 8 14 15 29-47 38
17. Malyorka 37 7 16 14 31-43 37
18. Kadis 37 6 15 16 25-49 33
19. Qranada 37 4 9 24 38-72 21
20. Almeriya 37 2 12 23 37-74 18
Bombardirlər: Sörlot (Vilyarreal) - 23, Dovbik (Jirona) – 21, Bellingem (Real) - 19, Levandovski (Barselona) - 18, Budimir (Osasuna), Qrizmann (Atletiko) – 16.
Sonuncu turun oyunları mayın 26-da keçiriləcək: Almeriya – Kadis, Jirona – Qranada, Las-Palmas – Alaves, Osasuna – Vilyarreal, Rayo Valyekano – Atletik, Real – Betis, Real Sosyedad – Atletiko, Sevilya – Barselona, Selta – Valensiya, Xetafe – Malyorka.
Turun rəqəmi
31 - məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdıran “Real” La Liqada yeni klub rekordu müəyyənləşdirdi. Madridlilər sonuncu dəfə çempionatda sentyabrın 24-də “Atletiko”ya uduzub (1:3). Həmin vaxtdan bəri keçirilən 31 oyunda 24 qələbə, 7 heç-heçə var. 30 oyunluq əvvəlki seriya 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər olan dövrdə qeydə alınmışdı.
Turun ulduzu
Aleksander Sörlot (Vilyarreal) – “sarılar”ın hücumçusu “Real”ın qapısından fərqli zövqlərə uyğun 4 qol keçirərək bombardirlər yarışında zirvəyə yüksəkdi. Madrid nəhəngi ilə oyunda üç top geriliyi aradan qaldırmaq böyük uğurdu. Bunun memarı təcrübəli norveçli hücumçudu.
Turun sitatı
Arda Gülər, “Real”ın yarımmüdafiəçisi: