• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atalanta”nın 61 illik sindromu - Alleqri Mançini ilə Erikssonu arxada qoydu

Dünya futbolu

21-05-2024, 19:0

Mayın 15-də İtaliya kubokunun qalibi müəyyənləşdi.

“Football-plus.az” xəbər verir ki, finalda “Atalanta”nı məğlub edən “Yuventus” bu turnirdə sahibi olduğu ölkə rekordunu yenilədi.

final
Atalanta - Yuventus 0:1 (0:1)
Atalanta: Karnesekki, De Roon (Toloy, 65), Hin (Skalvini, 59), Cimşiti, Zappakosta (Hatebur, 59), Ederson, Rucceri, Paşaliç (Mirançuk, 59), Koopmeyners, De Ketelare (Ture, 46), Lukman.
Yuventus: Perin, Danilo, Bremer, Qatti, Rabyo, Kambyaso (Vea, 81), Makkenni, Nikolussi-Kavilya (Miretti, 62) Aylinq, Kyeza (Yıldız, 69), Vlahoviç (Milik, 81).
Qol: Vlahoviç, 4.
Vərəqələr: Hin, 17. Vlahoviç, 55. Cimşiti, 78. Bremer, 90. Toloy, 90+6 - sarı.
Hakim: Fabio Mareska.
15 may. Roma. 66854 tamaşaçı.

Başa çatmaqda olan mövsümü “Atalanta” üçün uğurlu saymaq olar. Can Pyero Qasperininin çalışdırdığı komanda Avropa Liqasında finala vəsiqə qazanıb, A seriyasında sona iki tur qalmış Çempionlar Liqasına 5-ci vəsiqəni verən yeri tutur. Ehtiyatda bir oyunu olan berqamoluların çempionatı ən pis halda bu pillədə bitirmək şansı yüksəkdi. Bircə qalırdı mövsümü titulla başa vurmaq. Berqamolular çərşənbə günü ölkə kubokunu tarixində ikinci, 1962/63 mövsümündən sonra isə ilk dəfə qazanmağa çalışacaqdılar. Son 10 ildə 7-ci dəfə finala vəsiqə qazanan “Yuventus”da isə ölkə kubokuna böyük ölçüdə boşa verilən mövsüm üçün kiçik təsəlli gözü ilə baxılırdı. Bu qəniməti qazanmaq həm də Massimiliano Alleqrinin komandanı titulla tərk etməsi baxımından əhəmiyyət daşıyırdı. Məsələ ondadı ki, yerli mənbələr 56 yaşlı mütəxəssisinin hətta ölkə kuboku qazanılacağı halda belə, istefaya göndəriləcəyini çoxdan xəbər verib. “Yuventus” həqiqətən də fevralın əvvəlindən böhrandan çıxa bilmir. Bu fikir böyük ölçüdə komandanın A seriyasındakı çıxışına şamil olunur. İlin əvvəlində “İnter”in skudetto yarışındakı yeganə rəqibi sayılan Alleqrinin komandası son üç ayda çempionatda həddən artıq xal itirib. Nəticədə əvvəlcə 2-ci, bir neçə gün əvvəl isə 3-cü yer əldən verilib.

Amma “ağ-qaralar” İtaliya kubokunda heç bir ciddi problemi olmayan komanda təsiri bağışlamaqla finala çıxmağı bacarmışdılar. Maraqldı ki, “Yuventus” bu turnirdə sonuncu dəfə həlledici matçda 2021-ci ildə məhz “Atalanta”ya qarşı oynamışdı. Onda finala son illər olduğu kimi, Romadakı “Olimpiko” yox, Recco nell’Emiliya şəhərindəki “Mapey” stadionu səhnə olmuşdu. Üç il əvvəlki finalda indi başqa klublarda oynayan Kulusevski turinliləri hesabda önə keçirmiş, Malinovski fasilə ərəfəsində hesabı bərabərləşdirmiş, indi də “Yuventus”da olan Kyeza isə “qoca sinyora”ya tarixinin 14-cü ölkə kubokunu qazandıran qolu vurmuşdu.

Son 10 ildə İtaliya kubokunun həlledici oyununda yalnız üç dəfə görünməyən “Yuventus” mövsümü titulsuz başa vurmaq təhlükəsini heçə endirdi. Tamaşaçılar tribunalardakı yerini yenicə isitməyə başlamışdılar ki, hesab açıldı. “Atalanta”nın arxa xəttini Vlahoviçlə yaran turinlilər azarkeşlərini ayağa qaldırdılar: Kambyasonun ötürməsi ilə zərbə mövqeyinə çıxan serb hücumçu rəqib müdafiəçinin müdaxiləsinə baxmayaraq, topu tora qovuşdura bildi. Belə başlanğıcdan sonra Alleqrinin komandası tədricən arxa xəttə daha çox diqqət yetirməyə başladı. Berqamolular topa nəzarət etsələr də, onların hücumlarında hiyləgər detallara təsadüf olunmurdu. Hə, “Atalanta”nın ən yaxşı bombardiri olan Skamakkanın cəza səbəbindən finalda oynamaması da rəqibin işinə yarayırdı. Bu səbəblərdən “Yuve” fasiləyə qədər hesabı qorumağı bacardı.

Qasperini ikinci hissəyə zəif təsir bağışlayan De Ketelareni Ture ilə əvəzləməklə başladı. Amma vəziyyət onu 59-cu dəqiqədə birdən-birə üç yeni oyunçunu mübarizəyə qoşmağa vadar etdi. Lakin Mirançuk, Skalvini və Hateburun meydana çıxması da berqamoluların oyununu əhəmiyyətli dərəcədə gücləndirmədi. “Yuventus” isə əks-hücumlarda növbəti qolu vurmağa çalışırdı. Kambyaso ilə Vlahoviç 73-cü dəqiqədə də qol təşkil etdi. Ancaq serb hücumçunun sevinci VAR-ın müdaxiləsi ilə ofsaydda olduğu üçün çox çəkmədi. Buna baxmayaraq, “Yuventus” nəticəni qorudu. Berqamolular isə 61 illik kubok həsrətinə son qoya bilmədilər.

Faktlar
* “Atalanta” ölkə kubokunun finalında ardıcıl 5-ci dəfə məğlub oldu. Son iki məğlubiyyət məhz “Yuventus” ilə oyunlara təsadüf edib.
* “Yuventus” son 10 mövsümdə ölkə kubokuna 6-cı, ümumilikdə isə 15-ci dəfə sahib çıxdı. “Qoca sinyora” İtaliyada bu titilu hamıdan çox qazanan komandadı. “Roma” və “İnter”in hesabında 9, “Latsio”da isə 7 kubok var.
* “Yuventus” bütün turnirlərdə keçirdiyi son 7 oyunda ilk qələbəsini qazandı. Komanda əvvəlki 6 matçı 5 heç-heçə və 1 məğlubiyyətlə başa vurmuşdu.
* Alleqri 2021-ci ilin yayında baş məşqçi vəzifəsinə qayıtdığı “Yuventus”la ilk titulunu qazandı. 56 yaşlı mütəxəssis komandanı 2014-19-cu illərdə də çalışdırmış, 5 çempionluq və 4 dəfə ölkə kubokunu qazanmışdı.
* Alleqri ölkə kubokunu 5-ci dəfə qazanmaqla turnirin yeni rekordçusu oldu. O, kuboku 4 dəfə qazanan Roberto Mançini ilə Sven-Yoran Erikssonu arxada qoydu. Xatırladaq ki, Alleqri 5 kubokun hamısını “Yuventus”la qazanıb. Təcrübəli mütəxəssis bu komandanı daha əvvəl 2015-18-ci illərdə ardıcıl 4 dəfə turnirdə qələbəyə daşıyıb.

Oyundan sonra
Massimiliano Alleqri, “Yuventus”un baş məşqçisi:

“Yuventus” qalib gəldi və turnirin yekunu bu sözlərdə əksini tapdı. Bu oğlanlara görə sevinirəm, onlar klubu, tifozini və məni sevindirdilər. Qalib olmaq həmişə ən çətin vəzifədi, amma bu, “Yuve”nin DNT-sindədi. Biz kuboku qazandıq, bundan sonra deyiləcək bütün fikirlər əhəmiyyət daşımır. Komandamız mövsümü titulla başa vurur. “Yuventus”a gələn mövsüm başçılıq etməsəm, güclü komanda qoyub gedəcəyimi deyə bilərəm. Hər halda, son qərarı klub verəcək. Bu kuboku qazanmağı çox istəyənlərin haqqını verməliyəm. Futbolçularımız titul üçün əllərindən gələni etdilər və mən onlardan razılıq etməyə borcluyam. Komandamız fevralın əvvəlində çempionatda “İnter”ə uduzandan sonra üç ağır ay keçirib. “Yuventus” ağır çəkili klubdu. Biz mövsümü major notda başa vurmaq üçün bacardığımızı etdik: əvvəlcə Çempionlar Liqasına vəsiqə qazandıq, indi isə kuboka sahib çıxdıq. Bu, komanda şəklində qazanılan qələbədi. Əlbəttə, asan olmadı. Böyük klubda kiçik büdrəmə halında belə tənqidlərə məruz qalırsan. Bizim üçün çox ağır keçən son üç ay əksəri gənc olan oyunçularımızın möhkəmlənməsi, inkişafı və növbəti mövsümdə görəcəkləri iş baxımından vacib olacaq. Son dəqiqələrdə əsəblərimi cilovlaya bilmədim? Həmin anda bizə kiçik silkələnmə lazım idi. Bundan sonra nə baş verəcək? Məşqçi ilə oyunçuların qərarını rəhbərlik verir. Karyeramda dəfələrlə finalın həyəcanını yaşadığım üçün bəxtim gətirib. Bu, möcüzəvi təcrübədi. Bu gecə hər iki komandanın azarkeşləri əla təsir bağışladılar. Mən stadiondakı atmosferdən ləzzət aldım. Məhz belə hadisələr üçün işləyirsən və belə haları bundan sonrakı karyeramda da yaşayacağıma ümid edirəm”.


Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Güclü komanda ilə qarşılaşdıq. Hesabı erkən açan rəqib əla müdafiə olundu. “Atalanta”nın yaxşı oynadığını düşünürəm. Komandamız uzun müddət təşəbbüsə sahib oldu, amma lazımi qədər qol imkanı yarada bilmədik. Hərçənd oyunda dönüş yaratmaq üçün şanslarımız vardı. Uduzsaq da, pis oynadığımızı deyə bilmərəm. Rəqib qələbə üçün bizdən artıq iş görmədi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-01-2024, 21:0

Son 4 oyunda sensasiya baş vermədi

Dünya futbolu

7-04-2024, 18:0

“Atalanta” Florensiyadan yenə əliboş döndü

Dünya futbolu

13-03-2024, 18:0

“İnter” “Bolonya”nın qələbə seriyasını qırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

28-04-2024, 17:0

“Atalanta”nın qisası yaman ağır oldu - TURUN İCMALI

Dünya futbolu

14-05-2024, 22:0

“Bolonya” ÇL-ə vəsiqə qazandı! - TURUN İCMALI

Dünya futbolu

30-04-2024, 23:0

“Milan” 2-ci yeri tutmaq şansını artırdı - TURUN ŞƏRHİ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə