"Neftçi" bunu 50-ci dəfə bacardı

20.05.2024 11:13 173
Ölkə futbolu
“Neftçi” ölkə çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, premyer-liqanın 35-ci turunda "Səbail"ə üç cavabsız qolla qalib gəldikləri oyuna təsadüf edib.

“Ağ-qaralar” ilk belə qələbəsini 1992-ci ildə əldə edib. Paytaxt təmsilçisi mayın 31-də “Çıraqqala” ilə səfər qarşılaşmasında 4:0 hesabına sevinib.

Qeyd edək ki, ölkə çempionatları tarixində yalnız “Qarabağ” rəqib meydanında daha çox böyük hesabla qalib gəlib. Ağdamlıların 52 belə qələbəsi var.