Finalda “Vorskla”ya qalib gələn “Şaxtyor” çempionluğun üzərinə kuboku da əlavə etməklə bir daha 2023/24 mövsümünün ən güclü komandası olduğunu göstərdi.
“Football-plus.az” xəbər verir ki, Donetsk klubu kuboku 14-cü dəfə muzeyinə qoydu ki, bu da milli rekorddu. “Dinamo” bu titulu 13 dəfə qazanıb.
Kiyevlilər çempionluq sayına görə hələ də “Şaxtyor”dan öndədi (16:15). Superkubok sayında bu iki komanda arasında bərabərlik (9:9) hökm sürür. Ancaq “Şaxtyor”un 2009-cu ildə UEFA kubokunu qazandığını da unutmayaq. Ümumiyyətlə, “Şaxtyor”un müstəqillik dönəmində 39, “Dinamo”nun 38 titulu var.
final
Vorskla – Şaxtyor 1:2
Kovtalyuk, 85 – Sikan, 40. Konoplya, 55.
Şaxtyor: Riznık, Azarov, Bondar, Konoplya, Matviyenko, Stepanenko (Qomes, 73), Bondarenko, Krıskiv, Kevin, Zubkov (Şved, 81), Sikan (Traore, 81).