• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray”dan ardıcıl 17-ci qələbə! - TURUN İCMALI

Dünya futbolu

14-05-2024, 22:0

Bu turdan etibarən superliqada bütün oyunlar eyni vaxtda keçirilir.

“Football-plus.az” xəbər verir ki, 36-cı tur bir sıra maraqlı oyunlara və nəticələrə səhnə oldu.

Tur yığma üzvlərimiz üçün fərqli alındı. Renat Dadaşov ardıcıl 2-ci ev oyununda fərqlənməyi bacardı. Amma onun “İstanbul BŞ”yə vurduğu qol yalnız təsəlli xarakteri daşımışdısa, bu dəfə “Ankaragücü”yə vurduğu qol “Hatayspor”a həyati əhəmiyyət kəsb edən qələbə qazandırdı. Düzdü, komanda hələ də düşmə zonasındadı. Amma taleyi öz əlindədi. Şahruddin Məhəməmmədəliyev üçün isə tur bərbad alındı. “Adana Dəmirspor” evdə “Qaziantep”dən 6 qol buraxaraq rüsvay oldu! Bu nəticəni adanalıların motivasiyasızlığı, qonaqların qələbəyə ehtiyac duyması və Balotellinin 39-cu dəqiqədə qırmızı vərəqə alması ilə əlaqələndirmək olar. Amma ədalət naminə deyək ki, Şahruddin buraxılan qolların heç birində kobud səhvə yol vermədi. Bundan başqa, xala ehtiyacı olan komandalardan “Pendikspor” “Çaykur Rizəspor” üzərində əzmkar qələbə qazandısa, “Konyaspor” “Samsunspor”u evə 3 cavabsız qolla yola saldı. Əla formada olan “İstanbul BŞ” növbəti – ardıcıl 5-ci qələbəsini Sivasda qazandı. Amma “Trabzonspor”la xal fərqi azalmadı. Çünki Abdulla Avcının komandası, gözlənildiyi kimi, aşkar autsayder “İstanbulspor”a heç bir şans vermədi. Son ev oyununda het-trik edən Onuaçu bu dəfə 67 saniyə aralığında 2 qol vurdu! “Beşiktaş” superliqada mövsümün sonunu yola verməkdə davam edir. Komanda əsas hədəfinə çataraq ölkə kubokunda finala yüksəlib. Orda isə rəqib “Trabzonspor” olacaq. Yəni “Qartal” istənilən halda avrokuboklara vəsiqə qazanacaq. “Ağ-qaralar” Alanya səfərində heç-heçə ilə kifayətləndilər. “Beşiktaş”ın səfərdəki qələbəsiz seriyası 4 oyuna çatdı (2 heç-heçə, 2 məğlubiyyət).

Bu tur əsas diqqətlər “Atatürk Olimpiya”ya və Kadıköyə yönəlmişdi. “Fənərbaxça” Burak Yılmazın çalışdırdığı “Kayserispor”u qəbul etdisə, “Qalatasaray” xala ehtiyac duyan “Fatih Karagümrük”ün qonağı oldu. “Cim-Bom” fanatları oyuna böyük maraq göstərərək “Atatürk Olimpiya”nı sanki “Rams Park”a çevirmişdilər. Amma ilk hissə onların istədiyi məcrada keçmədi. Əvvəlcə “Ülkər”dən qol xəbəri gəldi. Batşuayi sevimli rəqibi “Kayserispor”u məyus edərək “Fənər”i hesabda önə keçirdi. Bu azmış kimi, 34-cü dəqiqədə “Fatih Karagümrük” də “Qalatasaray”ın qapısına yol tapdı. Yəni canlı turnir cədvəlində bir andaca xal fərqi 3-ə endi! Amma “sarı-qırmızılar” ilk yarının sonlarına doğru yuxudan ayıldılar. Əvvəlcə Ziyeş gözəl fürsəti boşa verdisə, çox keçmədən Barış Alpər Yılmaz başla bərabərlik qolunu vurdu. Fasiləyə qədər “Fənər” Ciku ilə fərqi iki topa çatdırdı. Yəni Kadıköydə faktiki ikinci yarıya intriqa qalmadı. “Qalatasaray” 70-ci dəqiqədə hesabda önə keçdi. İlk qolda Mertens Barış Alpərin fərqlənməsinə şərait yaratmışdısa, bu dəfə bu futbolçular rollarını dəyişdilər. Belçikalı ulduz ardıcıl 8-ci turda hesabına məhsuldar ötürmə yazdı! Bu mövsüm superliqada onun artıq 15 məhsuldar ötürməsi var. Oyunboyu “Fatih Karagümrük”ün ən fəal oyunçularından olan Markao 83-cü dəqiqədə fərqlənərək qonaq fanatları şoka saldı. Ümumiyyətlə, “Karagümrük” “Cim-Bom” üçün uğursuz rəqib sayılırdı. Təsadüfi deyil ki, “Qalatasaray” bu rəqibi 1983-dən bəri heç vaxt mövsümün hər iki oyununda yenə bilməmişdi. Üstəlik bu mövsüm İstanbul nəhəngi Türkiyə kubokunda məhz bu rəqibə öz meydanında uduzaraq mübarizəni dayandırmışdı. “Aslan”ı superliqada evdə büdrədən son komanda da məhz elə “Fatih Karagümrük”dü. Amma dəfələrlə olduğu kimi, “Qalatasaray” yenə çətin keçən matçda qələbə qazanmağın yolunu tapdı. Dayaq yarımmüdafiəçisi Berkan Kutlunun qolu “Qalatasaray”lıları sevincdən dəli olmaq həddinə çatdırdı. Digər oyunda “Fənər” 3-cü qolu da vuraraq inamlı qələbə qazandı. Komanda xalını 93-ə çatdıraraq şəxsi rekordunu təkrarladı. Amma bunun bir faydası olmadı və zirvədə 6 xallıq fərq dəyişmədi. Bu mövsüm 80-ci dəqiqələrdən sonra ən çox (20) qol vuran komanda olan “Qalatasaray” bu qollarla ümumilikdə 11 xal qazanıb! Bundan başqa, Okan Burukun kollektivi səfərdə ardıcıl 8-ci qələbəsini qazandı. Bu, “Qalatasaray”ın 2003-dən bəri ən yaxşı seriyasıdı. Qeyri-adi nəsə baş verməsə, “Qalatasaray” çempionluğu gələn tur “Fənərbaxça” ilə ev derbisində rəsmiləşdirəcək. Komandaya çempionluq üçün 1 xal kifayət edəcək.

36-cı tur
Fatih Karagümrük – Qalatasaray 2:3
Mendes, 34. Markao, 83 – Barış Alpər Yılmaz, 45+4. Mertens, 70. Berkan Kutlu, 90.
Qalatasaray: Muslera, Kaan Ayhan, Nelsson, Əbdülkərim Bardakcı (Sançes, 87), Kön, Torreyra, Kərəm Dəmirbay (Berkan Kutlu, 81), Ziyeş (Kərəm Aktürkoğlu, 81), Mertens (Ndombele, 90+4), Barış Alpər Yılmaz (Zaha, 90+4), İkardi.

Fənərbaxça – Kayserispor 3:0
Batşuayi, 18. Ciku, 43. Çağlar Söyüncü, 59.
Fənərbaxça: Livakoviç, Fərdi Kadıoğlu, Bekao, Çağlar Söyüncü (Mərt Hakan Yandaş, 78), Oostervolde (Osayi-Samuel, 66), Ciku, Fred, Cengiz Ündər (Bonuççi, 82), Şimanski, Tadiç (Kinq, 66), Batşuayi (Sərdar Dursun, 78).

Alanyaspor – Beşiktaş 1:1
Ahmed Hassan, 79 – Muleka, 61.
Beşiktaş: Mərt Günok, Svensson, Nəcip Uysal, Talha Sanuç, Masuaku, Salih Uçan (Efe Tıknaz, 74), Fernandeş (Fəxri Ay, 86), Onur Bulut (Azad Dəmir, 85), Muçi, Muleka (Əmrəcan Terzi, 64), Cenk Tosun (Mustafa Həkimoğlu, 85).

Trabzonspor – İstanbulspor 3:0
Onuaçu, 6; 7. Menye, 49.
Trabzonspor: Uğurcan Çakır, Menye (Mehmet Aydın, 83), Mendi, Densvil, Ərən Elmalı, Umut Günəş, Bardi (Kərəm Şən, 64), Pepe, Visça (Fernandes, 63), Funtas (Orşiç, 75), Onuaçu (Umut Bozok, 64).

Adana Dəmirspor – Qaziantep 1:6
Mendosa, 31 – Draquş, 11; 77. Markoviç, 32. Ciloboci, 45+7. Mustafa Eskihellaç, 67. Badci, 90.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış (Atal, 66), Manev, Qravilyon, Məhəmmədi (Yusuf Barasi, 46), Maestro (İzzət Çelik, 86), Mişu (Ozan Dəmirbağ, 86), Tayfun Aydoğan (Aliui, 66), Mendosa, Yusuf Ərdoğan, Balotelli.

Sivasspor – İstanbul BŞ 0:1
Devidson, 29.

Kasımpaşa – Antalyaspor 3:1
Nqoy, 16. Da Koşta, 37. Hayradinoviç, 82-p. – Gercaliu, 90+1.

Konyaspor – Samsunspor 3:0
Nzonzi, 21. Gilyerme, 28. Çikalleşi, 38.

Pendikspor – Çaykur Rizəspor 2:1
Tiam, 65. Umut Nayır, 74 – Şelvi, 44.

Hatayspor – Ankaragücü 2:1
Görkəm Sağlam, 70. Renat Dadaşov, 90 – Makeda, 85.

1. Qalatasaray 36 32 3 1 89-24 99
2. Fənərbaxça 36 29 6 1 92-31 93
3. Trabzonspor 36 19 4 13 64-48 61
4. İstanbul BŞ 36 17 7 12 51-40 58
5. Beşiktaş 36 16 7 13 49-43 55
6. Kasımpaşa 36 15 7 14 60-64 52
7. Alanyaspor 36 12 14 10 51-48 50
8. Çaykur Rizəspor 36 14 7 15 48-56 49
9. Sivasspor 36 12 12 12 42-52 48
10. Antalyaspor 36 11 12 13 41-47 45
11. Adana Dəmirspor 36 10 14 12 51-53 44
12. Samsunspor 36 11 9 16 40-48 42
13. Kayserispor (-3) 36 11 11 14 41-53 41
14. Konyaspor 36 9 13 14 37-48 40
15. Ankaragücü 36 8 15 13 44-48 39
16. Qaziantep 36 10 8 18 46-56 38
17. Fatih Karagümrük 36 9 10 17 45-48 37
18. Hatayspor 36 8 13 15 41-50 37
19. Pendikspor 36 9 9 18 42-72 36
20. İstanbulspor (-3) 36 4 7 25 26-71 16
Bombardirlər: İkardi (Qalatasaray) – 23, Ceko (Fənərbaxça) – 20, Manay (Sivasspor) – 18, Tiam (Kayserispor/Pendikspor) – 17.
Növbəti turun oyunları mayın 19-da keçiriləcək: Qalatasaray – Fənərbaxça, İstanbulspor – Sivasspor, İstanbul BŞ – Trabzonspor, Qaziantep – Fatih Karagümrük, Antalyaspor – Adana Dəmirspor, Beşiktaş – Hatayspor, Samsunspor – Alanyaspor, Çaykur Rizespor – Kasımpaşa, Ankaragücü – Pendikspor, Kayserispor – Konyaspor.

Turun rəqəmi
17 – “Qalatasaray”ın Türkiyə çempionatı çərçivəsində fenomenal qələbə seriyası davam edir. Komanda bu tur da hesabına 3 xal yazmaqla ardıcıl 17-ci qələbəsini bayram etdi və turnirin rekordunu bir qədər də yaxşılaşdırdı. Xatırladaq ki, bu mövsümə qədər bu rekord ardıcıl 14 qələbəyə bərabər idi, o da ötən mövsüm “Qalatasaray” tərəfindən müəyyənləşdirilmişdi.

Turun ulduzu
Berkan Kutlu (Qalatasaray) – kim düşünərdi ki, mövsümün əvvəlində “Qalatasaray”a lazım olmayan və “Cenoa”ya icarəyə göndərilən futbolçu çempionluq yolunda ən vacib qollardan birini vuracaq?! Düzdü, qışda İtaliyadan icarədən qayıdandan bəri o, əsas heyət üzvünə çevrilə bilmədi. “Fatih Karagümrük”lə matçda 26 yaşlı futbolçu həmişəki kimi sonradan meydana çıxdı. Amma son dəqiqədə vurduğu qolla komandasının qəhrəmanına çevrildi. Ən maraqlısı odu ki, 2021-dən “Cim-Bom”un şərəfini qoruyan Berkan İstanbul nəhəngində 77-ci superliqa oyununda ilk qolunu vurdu!

Turun sitatı
Burak Yılmaz, “Kayserispor”un baş məşqçisi:

“Əlimizdən gələni etdik. Gücümüz bu qədər yetdi. Bu mövsümlə bağlı çox şey söyləmək istərdim. Amma elitada yerimizi qoruyaq və mövsüm bitsin, sonra danışacam. Mən oyunları türkiyəli hakimlərin idarə etməsinin tərəfdarıyam. VAR-da əcnəbi hakimin olmasını qəbul etmirəm. Əcnəbi hakimlərin bura gəlməsi ədalət təmsilçilərimizə hörmətsizlikdi”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Atatürk Olimpiya”da oynamaq asan deyil. Atmosfer həmişə çətin olur. Düzdü, ot örtüyü ideal vəziyyətdədi. Amma stadionun kənarları çox açıq olduğundan bizim kimi komandalar üçün oyun çətinləşir. Topa nəzarət etsək də, tempi artırmaqla bağlı problem yaşayırdıq. Əslində göstəricilərimiz pis deyil. Qapıya 25 zərbə endirdik. Rəqibin cərimə meydançasında 40 dəfə topla oynadıq. Amma ümumi götürəndə yaxşı oynamadıq. Topu itirəndən sonra müdafiəyə dönməkdə gecikirdik. İlk qolu məhz belə buraxdıq. Rəqib bu gün çox yaxşı oynadı. Hücumda yaradıcı olmağa çalışdıq. Berkanın qolu sayəsində qalib gələrək 6 xallıq fərqi qoruduq. Barış Alpər Yılmaz önəmli işlər gördü. Cinahda rəqiblə təkbətək qaldığı epizodlarda sürətindən çox yaxşı faydalandı. Mertens də əla oynadı. Növbəti tur çempionluq matçına çıxacağıq. Ötən mövsüm də sondan əvvəlki turda “Fənərbaxça” ilə qarşılaşmışdıq. Həmin vaxt derbiyə 5 xallıq fərqlə çıxmışdıq. Bu dəfə 6 xallıq fərqlə çıxırıq. Derbidə bizə bərabərlik kifayət etsə də, meydana yalnız qələbə üçün çıxacağıq. Fanatlarımızla birləşəcəyik və möhtəşəm bir gün olacaq. İnşallah, günün sonunda çempionluğu qeyd edəcəyik”.


İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:
“Meydana bu futbolçular çıxıbsa, deməli, onlara güvənirəm. Həftəiçi məşqlərdə bu oyuna yaxşı hazırlaşmışdıq. Daha böyük hesabla qalib gələ bilərdik. Əvvəldən sona qədər hücum etdik və qol vurmağa çalışdıq. Oyunçularımı təbrik edirəm. Gözəl qələbə qazandıq. Oyundan öncə meydanda futbolçularla kiçik bir toplantı keçirdim. Onlara öz güclərini göstərmək və fanatlarımızı sevindirmək üçün əllərindən gələni etməli olduqlarını xatırlatdım. Bazar ertəsindən etibarən derbiyə hazırlaşacağıq. Bizim üçün çətin bir durum yaranıb. 93 xalla öz rekordumuzu təkrarlamışıq. Amma rəqibimiz bizdən öndədi. Gələn tur “Qalatasaray”ı yenməyə çalışacağıq. Başlıca hədəfimiz məhz budu. Ondan sonra isə nə olacağını birlikdə görəcəyik. Bizi bərabərliklər geri saldı. Bu mövsüm xal itirdiyimiz matçlardan yalnız “Sivasspor” və “Qalatasaray”a qarşı yaxşı oynamamışıq. Digər büdrədiyimiz oyunlarda qələbəni qaçıran tərəf biz olduq”.


Halim Okta, “Beşiktaş”ın köməkçi məşqçisi:
“Bu oyuna tam heyətlə çıxa bilməmişdik. Həm də bəzi oyunçularımız yorğun idi. İlk yarıda tempimiz aşağı idi, üstünlük rəqibin tərəfindəydi. Amma ikinci yarının ilk yarım saatında yaxşı oynadıq. Qolu da həmin məqamda vurduq. Sonradan konsentrasiyanı itirdik. Bir sıra gənc oyunçulara şans verdik. Onlar da ümidlrimizi doğrultdu. Ən azı uduzmadıq. Maraqlı oyun oldu. Hər iki komandanı təbrik edirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

9-12-2023, 13:0

''Qalatasaray'' bunu tarixində 4-cü dəfə bacardı

Dünya futbolu

27-04-2024, 16:0

Şahruddin ''Qalatasaray''ın qələbə seriyasına mane ola bilmədi

Dünya futbolu / Manşet

10-03-2024, 22:0

''Qalatasaray'' superliqa tarixində bunu bacaran ilk klub oldu

Dünya futbolu

12-02-2024, 11:0

Okan Buruku Luçeskunun rekordundan cəmi 2 ev qələbəsi ayırır

Dünya futbolu

5-04-2024, 23:0

“Qalatasaray”dan parlaq olmayan, amma vacib qələbə – TURUN ŞƏRHİ

Aktual
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
Son xəbərlər
  • Bu gün, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Bu gün, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Bu gün, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Bu gün, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Bu gün, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Bu gün, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Bu gün, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Bu gün, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdəikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 131
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə