• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz Saatlı”ya baza bağışlayan şəxs: “Yəqin ki, bizim belə əməlimizin qarşılığında AFFA da ədalətli qərar verər”

Ölkə futbolu / 1-ci liqa

14-05-2024, 10:0

Ölkədəki klubların bir çoxu büdcə, stadion, baza problemi ilə üz-üzədi.

Nümunə kimi premyer-liqada çıxış edən “Kəpəz”, “Turan Tovuz”, “Araz-Naxçıvan”ın adını çəkmək olar. Elə aşağı dəstələrdə də problem içində çabalayan klublar çoxdu. 1-ci liqada çıxış edən “Araz Saatlı”nın nəticələri ürəkaçan olmasa da, əvəzində bugünlərdə yaxşı bir hədiyyə alıb. Saatlıdan olan xeyirxah insan Mircavan Kazımov çətin vəziyyətdə olan doğma kluba yardım əlini uzadıb, baza hədiyyə edib. Mircavan bəy Ağarəhimli kəndində yerləşən villasını əvvəlcə otelə çevirib, indi isə futbolçuların ixtiyarına verib. Hətta dördulduzlu “Hunter” bir neçə hektarlıq ərazisiylə bərabər kollektivin istifadəsindədi. Bununla da kifayətlənməyərək klubun qida, yaşam üçün bütün ehtiyaclarını öz üzərinə götürüb.

Təbii ki, hər kəs bu xəbəri təəccüblə qarşılayıb. Axı sonuncu pillədə qərarlaşan komanda, çox güman, gələn mövsüm 2-ci liqada mübarizə aparacaq. Mövzu ilə bağlı Mircavan Kazımovun özünə müraciət etdik. O, əvvəlcə belə təşəbbüsün necə yarandığını qəzetimizə açıqladı:

“Qızım Türkiyədə turizm üzrə magistratura təhsili alıb. Buna görə də bu sahə ilə məşğuldu. Mən də buna görə ona kömək edirəm ki, ölkəmizdə ixtisası üzrə fəaliyyət göstərsin. Özümüz bir müddət olar ki, obyekt qurmuşduq. Gördüm ki, “Araz Saatlı” çətin vəziyyətdədi, imkanları zəifdi. Əvvəlcə klub rəhbərliyi mənə müraciət etdi ki, imkan varsa, oteldə yerləşək. Sahəmiz geniş olduğundan stadion, kottec yaratmaq istəiklərini mənə çatdırdılar. Razılaşıb, o şəraiti təşkil etdim. Hazırda işlər davam etsə belə, oteldə yerləşmələrini təklif etdim. Burda hər şey yüksək səviyyədədi. Təşəbbüsü mən göstərdim, onlar da bəyəndi. Baxdım ki, öz rayonumdu, dəstək olmalıyam. Əfsus ki, hələ üz ağartmırlar. Yəqin ki, bizim belə əməlimizin qarşılığında AFFA da ədalətli qərar verər”.


Mircavan bəy çətin vəziyyətdə olan klubla bağlı planlarını və gözləntilərini də bizimlə bölüşdü:
“Düzdü, “Araz Saatlı” dünənki oyunda (MOİK-lə mayın 9-da keçirilən oyunu nəzərdə tutur – red.) zəif təsir bağışladı. Söz verirlər ki, hər şeyi düzəldəcəklər. Öz borcumu yerinə yetirmişəm. Həmçinin burda oyunçuların ailə üzvləri ilə yaşaması üçün kotteclər inşa etdirəcəyik. O da yayın sonuna qədər istifadəyə veriləcək. Hər biri üçün ikinəfərlik otaqlar, lazım olan nə varsa, yüksək səviyyədə qurulub. İşlər də davam etdirilir. Stadion məsələsinə gəlincə, 3-4 aya hazırlayıb təhvil verəcəm. Oteldə yox, özlərinin ayrıca qalmaq, məşq etmək üçün bütün imkanları olacaq. Çalışsınlar ki, 2-ci liqaya düşməsinlər. Hər bir iş adamı qarşılığında nəticə gözləyir. Bilirəm ki, vəziyyət yaxşı deyil. Komanda 2-ci liqaya düşsə belə, yardım kampaniyasını davam etdirəcəm. Amma onların da bir fərasəti olmalıdı. Hansı liqa olur-olsun, öhdəliyimi yerinə yetirəcəm. Əslində futbola uzaq adamam. Lakin rayonumun klubunun belə vəziyyətə düşməsi mənə ağır gəldi. İmkanım nəyə çatırsa, o köməyi sona qədər edəcəm. İstərdim ki, ətraf rayonlarda da belə təşəbbüs olsun. Yəqin ki, çətin vəziyyətdə qalan bölgə klublarına da rayonun imkanlı şəxsləri dəstək göstərə bilər. Buna da kimisə məcbur etdirmək olmaz, ürəkdən gələn əməldi. Saatlı vətəndaşı kimi istəyərəm komandamız yuxarı pillələr uğrunda mübarizə aparsın. Ancaq dünənki oyuna baxdım, görürəm ki, 2-ci liqaya düşməyə yaxınıq. Buna görə məyus oluram. Çox istərdim ki, yardım etdiyim klub ən yüksək liqada olsun. İndiki halda, heç olmasa, 1-ci liqada qalsın. Nə olsa da, geri dönməyəcəm. Dünən futbolçularla görüşdüm, 5:0 uduzmaq nə deməkdi?! Bacarmırsansa, burda niyə varsan?! Hamısıyla danışdım. Rəhbərliklə məsləhətləşmələr olur. Futboldan uzaq olduğuma görə yalnız bəzi müzakirələrdə fikir söyləyə bilirəm. Rəhbərlikdən heç bir narazılığım yoxdu. Sadəcə, komanda üzvləri çox zəifdi. İndiyə qədər heyəti hardan yığıblar, klubu necə qurublar - bilmirəm. Hər bir halda mövsümün bitməsini gözləmək lazımdı”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

6-05-2024, 12:0

1-ci liqa ilə “Araz Saatlı”, yoxsa “İrəvan” sağollaşacaq?

Premyer-liqa

14-10-2023, 19:0

"Araz-Naxçıvan" - "Turan Tovuz" matçında 4 qol

Premyer-liqa / Manşet

20-06-2023, 19:0

"Araz Naxçıvan" Bakıda azarkeşsiz qalacaq?

Aktual / 1-ci liqa

17-10-2023, 16:0

“Bölgəmizdə ən azı iki futbol klubunun olmasını dəstəkləyirik” – Saatlıdan reaksiya

1-ci liqa

5-01-2024, 21:0

“Araz Saatlı”dan 3 transfer

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Dünən, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Dünən, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə