Dünən Türkiyə çempionatının 33-cü turunda ''İstanbulspor'' evdə ''Fatih Karagümrük''lə qarşılaşdı.
Sonuncu pillədə qərarlaşan ''İstanbulspor'' 85-ci dəqiqədə hesabı açmasına baxmayaraq 1:2 hesabı ilə məğlub oldu. Bununla da 33 tura 4 qələbə, 7 heç-heçə, 22 məğlubiyyətlə 16 xal toplayan ''İstanbulspor''un elitanı tərk etməsi rəsmiləşdi. Onlar bu mövsüm superliqanı tərk edən ilk komanda oldular. Çünki sona 5 tur qalmış xilasedici 16-cı pillə ilə xal fərqi 17-yə bərabərdi. Qeyd edək ki, ''İstanbulspor'' 17 illik fasilədən sonra 2022/23-də superliqaya qayıtmışdı. Komanda ötən mövsümü 41 xalla 12-ci pillədə tamamlamışdı.
ƏLİ