Şahmatçımız Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı qrossmeyster 9-cu turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.
Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
Şahmatçılar arasında 2-ci tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.
Qeyd edək ki, Nicat hazırda 2.5 xalla sonuncu - səkkizincidi. 4,5 xala malik Karuana isə beşinci sıradadı.