“Karvan” elitadan əlini üzüb - “Reallıq odu ki, şansımız azdı”

8.04.2024 12:15 212
Aktual / I liqa
Mövsümün qışdan sonrakı hissəsinə inamlı başlayan “Karvan” uğurlu seriyanın davamını gətirə bilmədi.

“Football-plus.az” xəbər verir ki, yevlaxlılar ardıcıl üç qələbədən sonra keçirdiyi 5 oyunun 3-də məğlub olub, 2-də isə heç-heçə edərək turnir cədvəlində geriyə yuvarlanıb. Hazırda 5-ci pillədə qərarlaşan “Karvan”ı 4-cü yerin sahibi MOİK-dən 9 xal ayırır. Görəsən, komanda üçün çempionluq uğrunda mübarizənin bitdiyini demək mümkündümü? Bu suala cavab almaq üçün baş məşqçi Kənan Kərimovla danışdıq:

“Reallıq odu ki, şansımız azdı. Amma ən azı yerimizi qorumaq və üst sıralarda qərarlaşmaq imkanımız var”.

KAMAL SƏFƏR