Serbiyalı tennisçi Novak Cokoviç bildirib ki, məşqçisinin kim olacağını hələ bilmir.
"Football-plus.az" xəbər verir ki, onun xorvatiyalı mütəxəssis Qoran İvanişeviçlə əməkdaşlığı dayandırdığını xəbər vermişdik:
“Hələ də dəqiq bilmirəm ki, yeni məşqçim kim olacaq, ümumiyyətlə, olacaqmı? Lap uşaq yaşlarımdan məşqçim olub, indi isə öz hisslərimə əsaslanmağa, nəyin mənə lazım olub-olmadığı ilə bağlı müstəqil qərar verməyə çalışıram. Kimsə komandama qoşulsa, ictimaiyyətə xəbər veriləcək”.
Cokoviçlə İvanişeviş 2018-ci ildən bəri birgə çalışıb. Serbiyalı ulduz bu müddətdə “Australian Open”lə “Uimbldon”u 4, “Rolan Qarros”la “US Open”i 2 dəfə qazanıb.