Belə ki, 32 yaşlı futbolçu komandanın məşq bazasının yaxınlığında birdən-birə maşınını saxlayaraq aşağı düşüb və ona söz atan futbolsevərlərdən biri ilə mübahisə etməyə başlayıb. Bu görüntülər telefon ilə videoya çəkilib. Həmin fanatın yeniyetmə tiktokerlərdən biri olduğu məlum olub. Çox əsəbi görünən Martines fanatın yanına gedərək bunları deyib:
''Axırıncı dəfə olsun, məni ''axmaq'' adlandırırsan. Başa düşdün məni? Sənə son xəbərdarlığımı etdim. Bu sözlər sənin dostuna da aiddi. Məni təxribata çəkmə''.
Təcrübəli futbolçu sonda ağzından söyüş də çıxararaq maşınına əyləşib və ordan uzaqlaşıb. Kataloniya nəhəngində ilk mövsümünü keçirən Martines əsas heyət üzvü sayılmır. O, cari mövsüm cəmi 19 rəsmi oyunda iştirak edib və bunların yalnız 12-də əsas heyətdə meydana çıxıb.
ƏLİ





