• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bu klubun fəaliyyətini araşdırmağa ehtiyac var

Ölkə futbolu / Manşet

1-04-2024, 16:0

Futbol üzrə ölkə çempionatının 1-ci liqası turnir cədvəli baxımından problemsiz görünür.

Çempionluğa iddialı komandalar arasında xal fərqinin az olması, demək olar ki, hər oyunda bir neçə qolun qeydə alınması, bəzən favoritlərin uduzması və s. kimi hallarla rastlaşırıq. Belədə düşünürük ki, rəqabətli, gərgin və baxımlı çempionatımız var. Əlbəttə, müəyyən mənada belədi. Amma “hər gözəlin bir eybi var” məsəli burda da özünü göstərir. Belə ki, mövsüm irəlilədikcə bir çox problemlə qarşılaşırıq. Klubların maliyyə dayaqlarının möhkəm olmaması, infrastruktur çatışmazlıqları bir yana, indi də danışılmış oyunlar söhbəti tez-tez gündəmə gəlir. Düzdü, həftələrlə aparılan araşdırmalar bəhrə verir, zaman-zaman günahkarlar cəzasını alır, amma nədənsə heç nəticə çıxarmayan, 1-ci liqanı “boz sona” sayıb hər cür əmələ yol verən futbolçular və klublar da var. Belələrinin önündə “İrəvan” qarşılaşıb.

Mövsümün əvvəlində yola böyük iddia ilə çıxan Qərbi Azərbaycan təmsilçisi artıq futbol ictimaiyyətini bezdirib. Elbrus Məmmədovun tərk etdiyi komandanı indi Nazim Süleymanov çalışdırır. Rusiya çempionu olan yeganə azərbaycanlı faktiki illərlə qazandığı nüfuzu xərcləməklə məşğuldu. Əslində belə məşhur futbol adamı çoxdan “İrəvan” adlı bataqlıqdan canını qurtarmalı, qaçıb uzaqlaşmalıydı. Bildiyimizə görə, bu gün onu postunda saxlayan yeganə səbəb maliyyə mülahizəsidi. Yəni Nazim bəyin hansısa turnir iddiası, irəliləmək istəyi qalmayıb, sadəcə, klubun ona borclu olduğu 14 min manatı almadan getmək istəmir. Görünür, Nazim bəy daha əvvəl ayrılanların maaşını ala bilmədiyinə şahidlik etdiyi üçün eyni taleni yaşamaq istəmir. Bəlkə böyükhesablı və ardıcıl məğlubiyyətləri, məşqçilik karyerasını belə nəticələrlə ləkələməklə yanaşı, rəhbərlik etdiyi futbolçuların danışılmış oyunlara görə cəzalandırılmasını həzm etmək daha ləzzətlidi? “İrəvan”ın sabiq qapıçı məşqçisi Aleksandr Jidkov kimi davranmaq Süleymanovu daha əzəmətli göstərməzdimi? Qeyri-peşəkar funksioner, klubun prezidenti Zahid Niyazəliyevi də unutmayaq. O, “klubun adı “İrəvan”dı və komandanı Azərbaycanda adı-sanı olan biri çalışdırmalıdı” sözlərini işlədərkən Nazim bəyi nəzərdə tuturdusa, indi niyə mütəxəssisi “qaralayıb”? Ümumiyyətlə, “İrəvan” niyə çempionatdan uzaqlaşdırılmır? UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səliml İntizam Komitəsini, bu qurumun sədri Erkin Hüseynov isə AFFA-nı nişan verir. Belədə geriyə cavabsız suallar qalır. Niyə “İrəvan”a bu qədər şans tanınır? Həm zaman, həm də cəza baxımından niyə güzəşt olunur?

İndi isə Ege Atlamla Fəhmin Muradbəylinin ömürlük futboldan kənarlaşdırılmasından (Ramin Məhərrəmov və Kamal Mirzəyev isə danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə biri şərti olmaqla ikiilliyə futboldan uzaqlaşdırılıb – red.) sonra da problemlərin bitmədiyini düşünməyə sövq edən məqama toxunaq. 19-cu turun “Qaradağ Lökbatan” – “İrəvan” oyununun (3:0) 72-ci dəqiqəsi diqqəti cəlb edir. Belə ki, burda meydan sahiblərinin futbolçusu Seyxan Fərəcov qol vurmağa çalışır. Qapıçı Andrey Sinenka epizodun əvvəlində qapını tərk edir və rəqibin zərbəsini Balamirzə Soltanov dəf edir. Amma necə? Topu, sadəcə, meydan sahiblərinin oyunçusu Fərid Mahmudova çatdırır. Ardından Fəridin “çərçivə”yə doğru zərbəsinə müdaxilə edərək qapıdan keçirir. Beləliklə, avtoqol müəllifi olur. Bəs bu ərəfədə “İrəvan”ın qapıçısı Andrey Sinenka nə işlə məşğuldu? O, qapını boş buraxır və rəqib futbolçuyla təkbətək mübarizəni cərimə meydançasından kənarda aparmağa üstünlük verir. Halbuki həmin anda bu vəzifəni öhdəsinə götürəcək bir neçə komanda yoldaşı yaxınlıqdadı. Bunları qeyd etməklə kimisə suçlamaq fikrində deyilik. Ən azı danışılmış oyunlarla bağlı... Lakin həm epizoddan, həm də həmin anları dəyərləndirən azarkeşlərin rəylərindən aydın olur ki, əlavə araşdırmaya ehtiyac var.

Ümumiyyətlə, “İrəvan”ın mövsüm boyunca olan fəaliyyəti mükəmməl şəkildə araşdırılmalıdı. Bu klubun missiyası nədi, futbolçular niyə meydaya çıxır, onları “qara” əməllərə nə sövq edir? Futbolumuzun nüfuzunu, imicini qorumaq naminə ən kəskin addımlar atılmalıdı. Məşqlərdə forma tapmayan, zədəlilərin əməliyyatı üçün pulu olmayan, maaş verməyən, bu azmış kimi, həm nəticə, həm də oyun baxımından rüsvayçılıqla yadda qalan komandanın ömrü nə qədər uzun ola bilər ki?!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet

3-07-2023, 11:0

PFL çempionatların yayını üçün iki şirkətlə danışıq aparır

Aktual / Ölkə futbolu

20-10-2023, 12:0

PFL klublardan artıq bank zəmanəti tələb etmir

1-ci liqa / Manşet

7-02-2024, 22:0

Nazim Süleymanov “İrəvan”ın toplanışından narazıdı

Aktual / Premyer-liqa

27-02-2023, 14:0

Şahin Diniyev: "Ədalətsiz qırmızı və sarı vərəqələr görürük" - AÇIQLAMA

Manşet / Müsahibə

10-06-2022, 16:0

“Turan Tovuz”u seçməsi Kamal Bayramovu problemlə üz-üzə qoyub - MÜSAHİBƏ

Aktual
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
“Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
“Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Son xəbərlər
  • Bu gün, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Bu gün, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Bu gün, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Bu gün, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Bu gün, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Bu gün, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Bu gün, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Bu gün, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Bu gün, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Bu gün, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Bu gün, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Bu gün, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Bu gün, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 13:18
    Murad Musayev "Şəfa"da
  • Bu gün, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Bu gün, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Bu gün, 11:49
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 10:37
    Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
  • Bu gün, 10:26
    Çexiya mundiala məğlubiyyətlə başladı - DÇ səhəri
  • Bu gün, 10:00
    Karyerasını başa vurdu
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 497
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 204
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə