• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024-ün son üç iştirakçısı Polşa, Ukrayna və Gürcüstan oldu

AÇ

28-03-2024, 20:0

Martın 21-i və 26-da AÇ-2024-ün seçmə turnirinin son oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, İki oyun günündə 9 matçın həyəcanı yaşandı və qitə çempionatının son iştirakçıları məlum oldu.

Xatırladaq ki, seçmə turnirin birinci mərhələsində 10 qrupda ilk iki yeri tutan 20 komanda Almaniyada keçiriləcək final mərhələsində oynamaq hüququ qazanıb. İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Xorvatiya, Fransa, Belçika, Portuqaliya, Slovakiya, Albaniya, Danimarka, Niderland, İsveçrə, Rumıniya, Serbiya, İtaliya, Çexiya və Sloveniya azarkeşlərini sevindirən ilk 20 yığma sırasına düşmüşdü. Başqa sözlə, pley-off oyunlarından əvvəl turnirin təşkilatçısı olan Almaniya yığması ilə birlikdə AÇ-2024-ün 21 iştirakçısı məlum idi. Qalan 3 vəsiqənin sahibi bu aya təyin olunan pley-off oyunlarından sonra müəyyənləşdi. Qeyd edək ki, həlledici seçmə oyunlarda qruplarda ilk iki yeri tutmayan və Millətlər Liqasının qruplarını yüksək yerlərdə başa vuran 12 komanda iştirak etdi. Bu komandalar son vəsiqələr uğrunda A, B və C yolu üzrə bir oyundan ibarət olan yarımfinal və final matçlarında qarşılaşdılar. 6 yarımfinal və 3 final oyunundan sonra Polşa, Ukrayna və Gürcüstan yığmaları 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək qitə birinciliyində iştirak hüququ qazandı.

yarımfinal
A yolu
Polşa – Estoniya 5:1 (1:0)
Polşa: Şçensnı, Bednarek, Davidoviç, Kivyor, Frankovski (Keş, 46/Puhaç, 56), Sliş, Petrovski (Moder, 73), Zyelinski (Buksa, 73), Zalevski, Sviderski (Şimanski, 73), Levandovski.
Estoniya: Heyn, Klavan, Y.Tamm, Mets, Paskoçi, Kallaste (Pikk, 67), Soomets (Aynsalu, 82), Vetkal, A-M.Tamm (Hussar, 31), Palumets (Poom, 67), Yurqens (Lepik, 67).
Qollar: Frankovski, 22 (1:0). Zyelinski, 50 (2:0). Petrovski, 70 (3:0). Mets, 74-öz qapısına (4:0). Şimanski, 77 (5:0). Vetkal, 78 (5:1).
Vərəqələr: Paskoçi, 15. Puhaç, 60 - sarı. Paskoçi, 27 – qırmızı (ikinci sarı).
Hakim: Slavko Vinçiç (Sloveniya).
21 mart. Varşava. 53868 tamaşaçı.
Seçmə qrupda yığmamızın 4 xal (1:1, 2:0) aldığı Estoniya Polşa ilə rəqabətdə aşkar autsayder statusunda idi. Yeganə matçın Varşavada keçirilməsi estonların sürpriz etmək imkanını daha da azaltmışdı. Mihal Probejin çalışdırdığı Polşa yığması rəqbini darmadağın etdi. Doğrudu, matçın yekun hesabına təsir edən digər amil də oldu. Frankovski ilk hissənin ortalarında hesabı açandan 5 dəqiqə sonra qonaqların müdafiəçisi Paskoçi növbəti xəbərdarlığa görə meydandan qovuldu. Ev sahibləri ikinci hissədə say üstünlüyündən masimum yararlandı. Vetkalın vurduğu qol postsovet məkanından olan komandanın 1:5 hesablı məğlubiyyətini rəsmiləşdirdi.
Uels – Finlandiya 4:1 (2:1)
Uels: Uord, N.Uilyams, Mefam, Devis, Rodon, Roberts, Ampadu, Uilson (Broudhed, 90), C.Ceyms, Conson (D.Ceyms, 73), Bruks (Mur, 60).
Finlandiya: Qradetski, Alho (Niskanen, 87), Tenho, İvanov, Peltola, Kamara, Şüller (Kayrinen, 73), Lod (Antman, 73), Pohyanpalo (Kelman, 77), Hokans, Pukki (Yensen, 77).
Qollar: Bruks, 3 (1:0). N.Uilyams, 38 (2:0). Pukki, 45 (2:1). Conson, 47 (3:1). D.Ceyms, 86 (4:1).
Vərəqələr: Lod, 22. Tenho, 50. C.Ceyms, 54. Uilson, 68. Mefam, 74. Hokans, 68. Mur, 90+5 - sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
21 mart. Kardiff. 32162 tamaşaçı
Uels yığması da meydan amilindən maksimum yararlanaraq Finlandiya üzərində inamlı qələbə qazandı. Doğrudu, Kardiffdə keçirilən matçın ilk yarısında az-çox rəqabət mühiti hiss olunurdu. Artıq 3-cü dəqiqədə Bruks Qradetskinin qaytardığı topu tora qovuşdurmaqla hesabı açdı. Bundan sonra qonaqlar təşəbbüsü ələ alsalar da, Uordun qoruduğu qapı qarşısında real təhlükə yaratmaqda çətinlik çəkdilər. Niko Uilyams isə 38-ci dəqiqədə “doqquzluğ”u dəqiq nişan alaraq finlərin işini daha da çətinləşdirdi. Bununla belə, təcrübəli hücumçu Pukki skandinaviyalıları fasilə ərəfəsində ümidləndirən qola imza atdı. Lakin fasilədən dərhal sonra Consonun fərqi yenidən iki topa çatdırması finlərə psixoloji cəhətdən mənfi təsir etdi. Deniel Ceyms son dəqiqələrdə Uelsin 4:1 hesablı qələbəsini təmin etdi.

B yolu
İsrail – İslandiya 1:4 (1:2)
İsrail: Qlazer, Dasa, Vitor, Qoldberq, Revivo, Kanixovski (Qlux, 46), Perets (Abu-Fani, 70), Kinda (Safuri, 62), Halayli (Abada, 71), Zahavi, Turqeman.
İslandiya: Valdimarsson, Palsson, İnqason, Qretarsson, Torarinsson, Villümsson (Torsteynsson, 46), Haraldsson, Traustason (Youhannesson, 62), A.Siqurdsson (Anderson, 77), Oskarsson (A.Qudyonsen, 62), A.Qudmundsson.
Qollar: Zahavi, 31-p. (1:0). A.Qudmundsson, 39 (1:1). Traustason, 42 (1:2). A.Qudmundsson, 83 (1:3). A.Qudmundsson, 87 (1:4).
Zahavi 80-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Zahavi, 74 - sarı. Revivo, 73 – qırmızı.
Hakim: Entoni Teylor (İngiltərə).
21 mart. Budapeşt. 1226 tamaşaçı.

Ev sahibi olsa da, məlum səbəbdən neytral meydanda keçirilən matç İsrail yığması üçün qəribə axarda reallaşdı. Yəhudilər yarım saatlıq mübarizə arxada qalandan sonra Zahavinin özünün qazandığı penalti ilə vurduğu qolla hesabı açdılar. Lakin İslandiya yığması Budapeştdə mindən bir qədər artıq tamaşaçının izlədiyi oyunun fasiləsi ərəfəsində ardıcıl iki qol vurmağa nail oldu. 73-cü dəqiqədə Revivonun kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə görməsi adalıların işinə yaradı. Doğrudu, Zahavi bir neçə dəqiqə sonra komandasına növbəti penaltini qazandırdı, amma bu dəfə zərbəsi dəqiq alınmadı. Rəqib isə çox keçmədən daha bir qol vuraraq asiyalıların mübarizə əzmini qırdı. Albert Qudmundssonun het-triki İslandiyanın İsrail üzərində tarixdə ilk qələbəsini rəsmiləşdirdi.

Bosniya və Hersoqovina – Ukrayna 1:2 (0:0)
Bosniya və Hersoqovina: Şehiç, Ahmedhociç (Kovaçeviç, 82), Hacikaduniç, Kolaşinats, Dediç (Çiviç, 67), Tsimirot, Hayradinoviç (Pyaniç, 82), Kruniç (Rahmanoviç, 90+2), Qazibeqoviç, Demiroviç, Ceko.
Ukrayna: Lunin, Konoplya, Matviyenko, Zabarnı, Mikolenko, Brajko (Yaremçuk, 81), Zinçenko (Malinovski, 76), Zubkov (Qutsulyak, 76), Sudakov, Mudrik, Dovbik (Taloverov, 90+2).
Qollar: Matviyenko, 56-öz qapısına (1:0). Yaremçuk, 85 (1:1). Dovbik, 88 (1:2).
Vərəqələr: Kolaşinats, 9. Matviyenko, 16. Qazibeqoviç, 26. Konoplya, 59. Ahmedhociç, 79. Yaremçuk, 90+1. Pyaniç, 90+4 - sarı.
Hakim: Feliks Tsvayer (Almaniya).
21 mart. Zenitsa. 10992 tamaşaçı.
Gözlənildiyi kimi, Zenitsadakı matç gərgin keçdi. İlk hissə təxminən bərabər mübarizə ilə yadda qaldı. Ukrayna topa daha çox sahib olsa da, ev sahibləri Luninin qoruduğu qapı qarşısında iki yaddaqalan qol vəziyyəti təşkil etdilər. Qonaq komanda ikinci hissəyə fəal başladı. Amma 56-cı dəqiqədə oyunun axarına uyğun olmayan epizod baş verdi: Dediçin zərbəsinə reaksiya verən Matviyenko topu öz qapısına yönəltdi. Sergey Rebrov əvəzləmələrə əl atmaqla oyunda dönüş yaratmağa çalışdı. Meydana 81-ci dəqiqədə çıxan Yaremçuk az sonra Konoplyanın ötürməsi ilə hesabı bərabərləşdirdi. Təcrübəli futbolçu əsas vaxtın sonuna yaxın Dovbikin qələbə qolunu vurmasına şərait yaratmaqla oyunun qəhrəmanı oldu.
C yolu
Gürcüstan – Lüksemburq 2:0 (1:0)
Gürcüstan: Mamardaşvili, Kverkveliya, Kaşiya, Dvali, Şengeliya (Tsitaişvili, 72), Kiteişvili, Koçoraşvili (Kankava, 87), Kakabadze, Mikautadze (Davitaşvili, 77), Zivzivadze (Kvilitaya, 86), Çakvetadze (Kvekveskiri, 77).
Lüksemburq: Moris, Yans, Bonert, Mahmutoviç (Muratoviç, 90+1), Şano, Pintu (Martens, 42), Martins, Martinş, Olesen (O.Till, 77), Sanşeş (Çurçi, 77), J.Rodriges (Koraç, 90+1).
Qollar: Zivzivadze, 40 (1:0). Zivzivadze, 63 (2:0).
Vərəqələr: Zivzivadze, 22. Pintu, 24. J.Rodriges, 54. Martinş, 66. Kvekveskiri, 78. Martens, 82. Martins, 87. Kankava, 87. Bonert, 90+2. Kaşiya, 90+3 - sarı. Şano, 58 – qırmızı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
21 mart. Tbilisi. 51404 tamaşaçı.

Villi Sanyol Lüksemburqa qarşı ev oyununda Kvaratsxeliyanın xidmətindən yararlanmağı lazım bilmədi. Onun çalışdırdığı Gürcüstan yığması aparıcı oyunçusu olmadan da qalib gəlməyi bacardı. “Boris Payçadze” stadionundakı matçın qəhrəmanı hər hissədə bir qol vuran Zivzivadze oldu. Nəticəyə az-çox təsir edən səbəb kimi qonaqların müdafiəçisi Şanonun 58-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandığını da qeyd edək.

Yunanıstan – Qazaxıstan 5:0 (4:0)
Yunanıstan: Vlahodimos, Boldok (Rota, 67), Mavropanos, Hatsidiakos (Retsos, 46), Tsimikas, Kurbelis, Bakasetas (Buhalakis, 73), Mantalos, Masuras, İoannidis (Konstantelias, 63), Pelkas (Yakumakis, 63).
Qazaxıstan: Şatski, Kairov (Talalov, 46), Bıstrov, Maroçkin, Yerlanov, Voroqovski, Çesnokov (Zuyev, 67), Beysebekov (Sadıbekov, 46), Zaynutdinov, Astanov (Orazov, 46), Samorodov (Aymbetov, 77).
Qollar: Bakasetas, 9-p. (1:0). Pelkas, 15 (2:0). İoannidis, 37 (3:0). Kurbelis, 40 (4:0). Maroçkin, 85-öz qapısına (5:0).
Vərəqələr: Voroqovski, 17. Hatsidiakos, 30. Sadıbekov, 54. Orazov, 66. Yerlanov, 68 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
21 mart. Afina. 25200 tamaşaçı.

Gözlənildiyi kimi, Yunanıstan yığması Qazaxıstanla ev oyununda heç bir çətinlik çəkmədi. İlk hissədə 4 cavabsız qol vuran Qustavo Poyetin komandası sonda 5:0 hesablı qələbə ilə finala adladı.

final
A yolu
Uels – Polşa 0:0, p. - 4:5
Uels: Uord, N.Uilyams, Mefam, Devis, Rodon, Roberts (Bruks, 84/ Broudhed, 112), Ampadu, Uilson, C.Ceyms, Conson (D.Ceyms, 70), Mur.
Polşa: Şçensnı, Bednarek (Salyamon, 80), Davidoviç, Kivyor, Frankovski, Sliş, Petrovski (Romançuk, 106), Zyelinski (Şimanski, 101), Zalevski, Sviderski (Pyontek, 80), Levandovski.
Penalti seriyası: Levandovski – 0:1. Devis – 1:1. Şimanski – 1:2. Mur – 2:2. Frankovski – 2:3. Uilson – 3:3. Zalevski – 3:4. N.Uilyams – 4:4. Pyontek – 4:5. D.Ceyms – 4:5 (qapıçı).
Vərəqələr: Petrovski, 51. C.Ceyms, 55. Zalevski, 72. Mefam, 98 - sarı. Mefam, 120+1 – qırmızı (ikinci sarı).
Hakim: Daniele Orsato (İtaliya).
26 mart. Kardiff. 31876 tamaşaçı.

Finalın və qələbənin əhəmiyyətini yaxşı anlayan hər iki komanda daha az səhv etmək üçün ehtiyatlı oyuna üstünlük verdi. Bununla belə, Sviderski bir qədər dəqiq oynasaydı, polşalılar matçın əvvəlində hesabı aça bilərdilər. Fasilə ərəfəsində təşəbbüsü ələ alan uelslilər qapıya yol tapdılar, lakin Devisin vurduğu qol ofsayda görə hesaba alınmadı. Meydan sahibləri 2-ci hissənin əvvəlində də topa daha çox nəzarət etdilər. Bu dəfə Murun təhlükəli zərbəsinə Şçensnı möhtəşəm reaksiya verməklə britaniyalıların sevinməsinə mane oldu. Polşa yığmasında hücumları məntiqi sonluğa çatdırmaq üçün dəqiqlik çatmırdı. Zalevski ilə Levandovskinin hədəfə düşməyən zərbələri daha yaddaqalan idi. Nəticədə rəqiblər daha 30 dəqiqə mübarizə aparmalı oldu. Qapı torları yalnız zərurətə çevrilən penalti seriyası zamanı silkələndi. Bu sınaqda Ceymsin zərbəsini dəf edən Şçensnı Polşa yığmasının final mərhələsinə yollanmasında böyük rol oynadı.

B yolu
Ukrayna – İslandiya 2:1 (0:1)
Ukrayna: Lunin, Konoplya, Matviyenko, Zabarnı, Mikolenko, Brajko, Malinovski (Zinçenko, 64), Sıqankov (Taloverov, 88), Sudakov, Mudrik, Yaremçuk (Dovbik, 72).
İslandiya: Valdimarsson, Palsson, İnqason, Qretarsson, Torarinsson (Finsson, 64), Y.Qudmundsson, Haraldsson (Anderson, 87), Traustason, Torsteynsson (Ellertsson, 87), A.Qudmundsson, A.Qudyonsen (Oskarsson, 64).
Qollar: A.Qudmundsson, 30 (0:1). Sıqankov, 54 (1:1). Mudrik, 84 (2:1).
Vərəqələr: Haraldsson, 21. Malinovski, 42. İnqason, 57. Y.Qudmundsson, 90. Zinçenko, 90+2 - sarı.
Hakim: Kleman Türpen (Fransa).
26 mart. Vrotslav. 29310 tamaşaçı.

Ukrayna yığması yarımfinalda olduğu kimi, final matçında da topa daha çox nəzarət etdi və qapısında topu ilk dəfə görən komanda oldu. Torsteynssonun təhlükəli zərbəsini dəf edən Lunin 30-cu dəqiqədə Albert Qudmundssonun hesabı açmasına mane ola bilmədi. Fasilə ərəfəsində Yaremçuk buna cavab versə də, o, ofsaydda olduğu üçün qol hesaba alınmadı. Sergey Rebrovun komandası yenə əzmkarlıq nümayiş etdirdi. 2-ci hissənin əvvəlində Sıqankov Sudakovun ötürməsi ilə hesabı bərabərləşdirdi. Hücumları davam etdirən ukraynalılar 84-cü dəqiqədə Polşanın Vrotslav şəhərindəki stadiona toplaşan azarkeşlərini və iki ildən artıq müddətdə Rusiya ilə müharibənin əzabını çəkən həmvətənlərini sevindirdilər: Sudakov bu dəfə Mudrikə assistenlik etdi.

C yolu
Gürcüstan – Yunanıstan 0:0, p. - 4:2
Gürcüstan: Mamardaşvili, Kverkveliya, Kaşiya, Dvali, Şengeliya (Tsitaişvili, 86), Kiteişvili (Kvekveskiri, 104), Koçoraşvili, Kakabadze, Çakvetadze (Davitaşvili, 104), Zivzivadze (Mikautadze, 74), Kvaratsxeliya (Kvilitaya, 109).
Yunanıstan: Vlahodimos, Boldok (Rota, 61), Mavropanos, Hatsidiakos (Retsos, 106), Tsimikas, Kurbelis (Siopis, 67), Bakasetas, Mantalos (Buhalakis, 98), Masuras, İoannidis (Yakumakis, 91), Pelkas (Konstantelias, 61).
Penalti seriyası: Koçoraşvili – 1:0. Bakasetas - 1:0 (qapıçı). Davitaşvili – 2:0. Masuras – 2:1. Mikautadze – 2:1 (yan). Buhalakis – 2:2. Dvali – 3:2. Yakumakis – 3:2 (yan). Kvekveskiri – 4:2.
Vərəqələr: Boldok, 6. Hatsidiakos, 35. Mavropanos, 45. Kverkveliya, 50. Konstantelias, 90. Rota, 90+3 - sarı. Loriya, 45+3 – qırmızı (meydandan kənarda).
Hakim: Şimon Marçinyak (Polşa).
26 mart. Tbilisi. 44000 tamaşaçı.

Final oyunu Gürcüstanın paytaxtında keçirilsə də, favorit Yunanıstan sayılırdı. Qonaq komanda topa daha çox nəzarət etməsinə baxmayaraq, qapı qarşısında real təhlükə yaratmaqda çətinlik çəkirdi. Əsas vaxtda yeganə real qol vəziyyətini ev sahibləri yaratdılar. Ancaq Çakvetadzenin cərimə zərbəsini Vlahodimos çətinliklə dəf etdi. Əlavə vaxtda tərəflər hərəyə bir dəfə hesabı açmaq şansından yararlana bilmədi. Nəticədə penalti seriyası labüd oldu. Bu seriyada 4:2 hesabıyla qalib gələn Gürcüstan yığması tarixində ilk dəfə nəhəng turnirdə oynamaq hüququ qazandı.

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

22-03-2024, 01:0

Finalçılar bəlli olub - YENİLƏNİB

Dünya futbolu

6-12-2023, 21:0

Danimarka və İspaniya üçün qisas fürsəti

AÇ

24-11-2023, 17:0

İtaliya nə üçün 4-cü “səbət”də qərarlaşıb?

AÇ

21-09-2022, 10:0

Avro-2024-də səbətlərin tərkibi bilindi

AÇ / Manşet

16-11-2023, 15:0

AÇ-2024: seçmə turnirdən son 12 vəsiqənin sahibləri hansı komandalar olacaq? - YENİLƏNİR

Aktual
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
“Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
Son xəbərlər
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 243
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 219
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 189
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə