Ruslan Əmircanov “Cəbrayıl"da

26.03.2024 18:50 190
I liqa
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını davam etdirmək qərarına gəlib.

“Football-plus.az” xəbər verir ki, 39 yaşlı oyunçu "Cəbrayıl"da çıxış edəcək. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ruslan karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarının formasını geyinib.