“Mən tanıdığım Musa yaya qədər “Yurqorden”in məşqçisinin başını hələ çox ağrıdacaq” – meneceri danışdı

26.03.2024 16:30 5 253
Dünya futbolu / Manşet
Musa Qurbanlının iyunda “Yurqorden”dən ayrılacağı, birillik icarə əsasında “Qarabağ”a qayıdacağı haqda xəbərlər yayılıb.

Görəsən, bu nə dərəcədə doğrudu? Həqiqətən belə variant gerçəkləşə bilərmi? Bu suallarla futbolçunun meneceri Tural Əsgərova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Qeyri-rəsmi şəkildə çox söz deyilir. Yaya kimi hələ çox sular axacaq. Bu barədə indi müzakirə açmaq tam mənasızdı. Mən tanıdığım Musa yaya qədər heyətə düşmək uğrunda mübarizədə “Yurqorden”in məşqçisinin başını hələ çox ağrıdacaq”.

GÜNAY SÜLEYMANOVA