Ölkənin ən titullu futbolçusu Mahmud Qurbanovun məşqçilik karyerası eyni dərəcədə uğurlarla müşayiət olunmadı.
“Football-plus.az” xəbər verir ki, 2022/23 mövsümünün qış fasiləsində “Səbail”dən ayrılandan sonra işsiz qalan çalışdırıcı futbol səhnəsində görünmür. Bu üzdən 50 yaşlı mütəxəssislə əlaqə saxladıq:
“Hazırda evdəyəm, istirahət edirəm. Hələ ki heç bir təklif yoxdu”.
Təcrübəli mütəxəssis ölkə xaricində işləməklə bağlı sualımıza da aydınlıq gətirdi:
“Gərək xaricdən dəvət etsinlər ki, gedim. Əlbəttə, işləmək istəyirəm. İstər ölkə daxilində olsun, istərsə də xaricində. Sadəcə, heç bir təklif yoxdu, məcburi istirahətdəyəm”.
KAMAL SƏFƏR