• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Arif Əsədov da yanıldı, millimizi Yaponiya ilə müqayisə edən Otsuka da... - TƏHLİL

Yığma / Manşet

23-03-2024, 20:0

Futbol üzrə əsas millimiz dünən “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirdi. Rəqib Monqolustan idi.

Matçdan əvvəl "21 aydı qələbə qazanmayan Monqolustan və Azərbaycan" sərlövhəli yazıda hadisələrin axarını təxmin etmişdik. Bildirmişdik ki, rəqib müdafiə olunmaqda ustadı, komandamız qol vurmaq üçün xeyli güc sərf etməli olacaq. Bu üzdən yığmanın rəqibə ciddi yanaşmasının və ön xətdə fəal olub ilk dəqiqələrdən müdafiə xəttini yarmasının vacibliyini vurğulamışdıq. Düzü, bunu qeyd edərkən yeganə qolun 90+1-ci dəqiqədə vurulacağını düşünmürdük. Çünki bütün detallarda rəqibdən üstün idik. Nə biləydik ki, yüzfaizlik qol imkanları 90 dəqiqə boyunca sağa-sola xərclənəcək?

Bəli, komandamız erkən qol vura bilmədiyindən qonaqların özünəinamı artdı və daha yaxşı müdafiə olunmağa başladı. Əvvəl arxa xətdə beş futbolçu vardısa, getdikcə say artdı və demək olar ki, keçilməz sədd quruldu. Arif Əsədovun qol silahları isə "pas tutmuşdu". Söhbət əsasən Ramil Şeydayev, Renat Dadaşov və Musa Qurbanlıdan gedir. Onlardan ilk ikisi azı 5 şansdan yararlana bilmədi. Ya qeyri-dəqiq zərbələrlə yadda qaldılar, ya da rəqibin qapıçısı Mönk-Erden Enktaivana məğlub oldular. Maraq üçün qeyd edək ki, Enktaivan "Ulan-Bator"un futbolçusudu və əsas heyət üzvü sayılmır. Qolkiper cari mövsümdə 4 oyun keçirib, 7 qol buraxıb. Musa özünü, ümumiyyətlə, yaxşı tərəfdən göstərmədi. Hücum mövqeyindəki ciddi çatışmazlıqdan Arif Əsədov da agah idi və özünü “sığortalamaq” üçün "forvardlar öz klublarında oyun praktikasının azlığından əziyyət çəkir. Belə anlarda onları dəvət etməliyik. Ruh düşkünlüyü var. Belə futbolçuları klublarına yaxşı əhval-ruhiyyədə göndərmək istəyirik" sözlərini demişdi. Görəsən, bir nəfər belə azarkeşin dəstəkləmədiyi, səfərdə çıxış edən, FİFA reytinqinə görə 77 pillə qabaqladığımız Monqolustan millisinə qol vura bilməyən hücumçular indi nə dərəcədə xoşbəxtdi?

Qol demişkən, yığmanı rüsvay olmaqdan Qurban Qurbanovun yetirmələri xilas etdi. Toral Bayramovun qapı önünə ötürməsini Bəhlul Mustafazadə baş zərbəsiylə "çərçivə"dən keçirdi. Əlbəttə, buna qədər Emilin tirdən, Bəhlulun dirəkdən qayıdan, Ozobiçin və Coşqunun isə "çərçivə"dən yan keçən zərbələrinə şahidlik etdik. Ümumiyyətlə, bütün futbolçular fəal idi. Sıralanan hücum cəhdlərində hər biri əlindən gələni əsirgəmədi. Lakin nəticə verən müdaxilələrin müəllifi məhz "Qarabağ"ın üzvləri oldu. Özünün də etiraf etdiyi kimi, Arif Əsədovun 80-ci dəqiqədən sonra keçirdiyi həyəcana su səpildi. Yox, bunu məcazi mənada demirik. Mütəxəssis qol vurulan kimi rahatladığını büruzə verib su içdi...

Azarkeş sayının azlığı da diqqətdən yayınmadı. Son məlumata görə, 31200 yerlik Tofiq Bəhramov stadionunda keçirilən görüşə 3954 bilet satılmışdı. Lakin tribunalarda təxminən 2500 tərəfdar gəlmişdi. Onların əksəriyyətini "Göyqurdlar" və "Milli Hooligans" fanklubları təşkil edirdi ki, azarkeş qrupları o qədər də fəal deyildi. Sadəcə, vacib epizodlarda "canlanan" tribunalarda əsasən səssizlik müşahidə edildi.

Beləliklə, millimiz yeni ilə qələbəylə başladı. Xeyirli olsun, bu öz yerində. Amma bir məqamı etiraf edək. Monqollar yığmamıza qarşı çox yaxşı hazırlaşsa da, bizimkilər rəqibi ciddiyə almamışdı. Yanıldılar. Qonaqları asanlıqla məğlub edəcəyini düşünən Arif Əsədov da yanıldı, millimizi Yaponiya ilə müqayisə edən Monqolustanın baş məşqçisi İçiro Otsuka da...

Sonda sizi matçın əsas rəqəmləriylə tanış edirik.

25 (10) qapıya ("çərçivə"yə zərbə) 6 (1)
13 korner 2
7 ofsayd 2
10 qayda pozuntusu 12
1 (0) sarı (qırmızı) vərəqə 1 (0)
73 topa sahibolma (faizlə) 27

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

22-03-2024, 14:0

21 aydı qələbə qazanmayan Monqolustan və Azərbaycan - TƏHLİL

Yığma / Manşet

22-03-2024, 23:0

"Azərbaycan millisi yüksək səviyyəli komandadı" - İçiro Otsuka

Yığma

16-03-2024, 10:0

Arif Əsədov millinin yeni açıqlanan heyətindən danışdı

Yığma

4-03-2024, 16:0

Millimizi yoldaşlıq oyunlarına kim çıxaracaq?

Yığma / Manşet

5-03-2024, 23:0

Arif Əsədov ancaq yerli futbolçulara güvənəcək?

Yığma / Manşet

25-03-2024, 21:0

Millimiz Bolqarıstanla heç-heçə etdi - YENİLƏNİB

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə