Bu mövsüm “Salernitana”da növbəti baş məşqçi dəyişikliyi zəruri sayılıb.
"Football-plus.az" Xəbər verir ki, Fabio Liverani də bu vəzifədən istefaya göndərilib. 47 yaşlı mütəxəssis komandanı fevralın 11-dən çalışdırırdı. Qeyd edək ki, bu, 2023/24 mövsümü ərzində klubda üçüncü baş məşqçi istefasıdı. Bundan əvvəl Filippo İnzaqi və Paulu Souza ilə yollar ayrılmışdı.
“Salernitana” indi A seriyasında 14 xalla sonuncu - 20-ci yerdədi. Komandaya Stefano Kolantuononun təyinat alacağı məlum olub.