• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnter” artıq 11 oyundu büdrəmir!

Dünya futbolu

4-03-2024, 20:0

Bu ildən formatı dəyişən İtaliya Superkuboku matçlarına görə A seriyasının yanvarda keçirilən 21-ci turunda nəzərdə tutulan on oyundan altısı baş tutmuşdu.

"Football-plus.az" xəbər verir ki, artıq müxtəlif vaxtlara təxirə salınan matçların hamısı keçirilib. Turun son iki oyunu fevralın 28-nə təyin olunmuşdu.

Çərşənbə günü əvvəlcə “Napoli”nin “Sassuolo” ilə səfər oyunu diqqət mərkəzində oldu. Maraqlıdı ki, hər iki komandada son bir həftədə məşqçi dəyişikliyi baş vermişdi. Cari mövsümdə fanatlarına çox məyusluq yaşadan neapollular istefaya göndərilən Valter Matsarrinin yerini tutan Françesko Kaltsonanın başçılığı altında ilk iki matçda qələbə qazana bilməmişdi: İtaliyanın son çempionu əvvəlcə Çempionlar Liqasının (ÇL) “Barselona” ilə ev, sonra isə A seriyasının “Kalyari” ilə səfər oyununu 1:1 hesabı ilə başa vurmuşdu. “Sassuolo” rəhbərliyi isə Alessio Dionizi ilə yolları ayırıb. Komandanın əvvəlki 6 oyunda qələbə qazana bilməməsi “Sassuolo”ya 2021-ci ilin yayından rəhbərlik edən mütəxəssisin işdən azad edilməsini zərurətə çevirib. “Yaşıl-qaralar”a müvəqqəti olaraq gənclərdən ibarət komandanın məşqçisi Emiliano Biqiç başçılıq edəcək. Neapollularla oyun A seriyasında autsayderlər qrupunda qərar tutan “Sassuolo”nun problemlərinin daha çox olduğunu əyani göstərdi. Ev sahibləri hesabı 17-ci dəqiqədə açsalar da, belə desək, qalan vaxtda rəqibin qol yağışı altında islandılar. Kaltsonalı “Napoli”nin ilk qələbəsi möhtəşəm alındı - 6:1!

Günün və 21-ci turun son oyununa maraq daha böyük idi. Maraqlıdı ki, “Atalanta” bir neçə gün əvvəl də Milanda meydana çıxmışdı. Şəhərin eyniadlı komandası kimi praktiki olaraq ÇL-ə vəsiqə uğrunda yarışan berqamolular çətin səfərdə sərfəli nəticəyə nail olmuşdular. Amma 1:1 hesablı “sülh” onların ÇL-ə son vəsiqəni verən 4-cü yeri tərk etməsinə səbəb olmuşdu.

“Atalanta” A seriyasının lideri ilə oyuna çox yaxşı başladı və hətta hesabı da açdı. Lakin De Ketelarenin vurduğu qol Mirançukun topa əllə toxunması səbəbindən hesaba alınmadı. Tədricən təşəbbüsü ələ alan “İnter” hissənin ortalarında Darmian ilə hesabı açdı. Fasilə ərəfəsində isə Martines ikinci topu qonaqların qapısından keçirdi. Lombardiyalıların və liqanın ən yaxşı bombardiri 54-cü dəqiqədə dubl etməyə yaxın oldu, ancaq Karnesekki Lutaronun penalti zərbəsini dəf etdi. Bununla belə, Dimarko onun qaytardığı topu tora qovuşdurdu. Sonradan meydana çıxan Frattezi isə 4-cü qolun müəllifi oldu. Qələbə yürüşünü davam etdirən “İnter” skudetto yarışında böyük ölçüdə rəqibsiz qaldığını bir daha göstərdi. Zarafat deyil, Simone İnzaqinin komandası əsas izləyicisi “Yuventus” ilə xal fərqini 12-yə yüksəltməklə mövqeyini daha da gücləndirdi. A seriyasında artıq 20 oyundu (17 qələbə, 3 heç-heçə) uduzmayan milanlıların çempionluq uğrunda mübarizədə intriqanı məhv etdiklərini əminliklə söyləmək olar.

21-ci turdan təxirə salınan oyunlar
Sassuolo – Napoli 1:6
Raçiç, 17 - Rrahmani, 29. Osimhen, 31; 41; 47. Kvaratsxeliya, 51; 75. (17085)
Napoli: Meret, Ruy, Estiqor, Rrahmani (Natan, 62), Di Lorentso, Traore (Zyelinski, 76), Lobotka (Dendonker, 80), Zambo Angissa, Kvaratsxeliya, Politano (Raspadori, 62), Osimhen (Simeone, 76).
İnter – Atalanta 4:0
Darmian, 26. Lautaro Martines, 45+1. Dimarko, 54. Frattezi, 72. (71422)
İnter: Zommer, A.Bastoni, De Vrey, Pavar, Dimarko (Auqusto, 68), Mxitaryan (Frattezi, 62/ Klassen, 73), Asllani, Darmian (Dyumfris, 46), Barella, Arnautoviç, Lautaro Martines (Sançes, 68).
Atalanta: Karnesekki, Kolaşinats (Bakker, 58), Skalvini (Hin, 58), Cimşiti, Zappakosta, Hatebur, Ederson, Koopmeyners (Adopo, 57), Paşaliç, De Ketelare (Ture, 76), Mirançuk (Lukmen, 57).
Turun digər oyunlarının nəticələri: Roma – Verona 2:1 (Lukaku, 19. Lorentso Pelleqrini, 25 – Folorunşo, 76), Udineze – Milan 2:3
(Samarciç, 42. Toven, 62 – Loftus-Çik, 31. Yoviç, 83. Okafor, 90+3), Leççe – Yuventus 0:3 (Vlahoviç, 59; 68. Bremer, 85), Frozinone – Kalyari 3:1
(Matsitelli, 64. Sule, 75. Kayo Jorje, 90+6 – Sulemana, 26), Empoli – Montsa 3:0 (Jurkovski, 13; 38; 73), Salernitana – Cenoa 1:2 (Martecani, 2 – Retegi, 13. Qudmundsson, 57-p.), Bolonya – Fiorentina 2:0 (Orsolini, 12. Odqor, 90+5), Torino – Latsio 0:2 (Genduzi, 51. Kataldi, 57).
1. İnter 26 22 3 1 67-12 69
2. Yuventus 26 17 6 3 41-19 57
3. Milan 26 16 5 5 50-32 53
4. Bolonya 26 13 9 4 39-23 48
5. Atalanta 26 14 4 8 48-28 46
6. Roma 26 13 5 8 48-32 44
7. Fiorentina 26 12 5 9 39-30 41
8. Latsio 26 12 4 10 32-28 40
9. Napoli 26 11 7 8 40-30 40
10. Torino 26 9 9 8 25-25 36
11. Montsa 26 9 9 8 27-30 36
12. Cenoa 26 8 9 9 28-31 33
13. Empoli 26 6 7 13 22-40 25
14. Leççe 26 5 9 12 24-43 24
15. Udineze 26 3 14 9 25-40 23
16. Frozinone 26 6 5 15 34-55 23
17. Verona 26 4 8 14 23-36 20
18. Sassuolo 26 5 5 16 32-54 20
19. Kalyari 26 4 8 14 24-47 20
20. Salernitana 26 2 7 17 20-53 13
Bombardirlər: Lautaro Martines (İnter) - 23, Vlahoviç (Yuventus) - 15, Jiru (Milan) - 12.

Turun rəqəmi
300 - “Yuventus” Leççedə eyniadlı komandanın qapısından üç cavabsız top keçirdi. Turinliləri çalışdıran Massimiliano Alleqri A seriyasında 300-cü qələbəyə sevindi. Xatırladaq ki, 56 yaşlı mütəxəssis bu liqada daha əvvəl “Milan”, “Kalyari”, “Sassuolo” və “Udineze”ni də çalışdırıb.

Turun ulduzu
Viktor Osimhen (Napoli) – nigeriyalı futbolçu Afrika Millətlər Kubokundan İtaliyaya qayıdandan sonra məhsuldar çıxışı ilə diqqəti cəlb edir. Osimhen komandasının “Sassuolo” üzərində 6:1 hesablı qələbəsində 3 qol və 1 məhsuldar ötürmə ilə rol oynadı.

Turun sitatı
Daniele De Rossi, “Roma”nın baş məşqçisi: “Bu stadiona oyun izləmək üçün gələrkən və ya şəhərdə gəzişərkən həmişə azarkeşlərin mənə xüsusi diqqətinin və bağlılığının şahidi olmuşam. İndi komandada fərqli rolu üzərimə götürmüşəm. Çox güclü emosiyalar hiss edirəm, üzərimdə böyük təzyiq yükü var, axı mən işimi yerinə yetirməliyəm. “Verona” ilə oyun zamanı tifozinin adımı səsləndirdiyini eşitdim. Özümü buna görə xoşbəxt sayıram”.

Faktlar
* Osimhen bu mövsüm A seriyasındakı qollarının sayını 11-ə çatdırdı. O, ardıcıl 6-cı mövsümdə ölkə çempionatlarında azı 10 qol vurub. “Napoli”nin hücumçusu 2018/19 mövsümündə “Şarlerua”nın formasında Belçika çempionatında 12, növbəti mövsüm “Lill”in heyətində Fransa Liqa 1-də 13, əvvəlki üç mövsümdə isə A seriyasında 10, 14 və 26 dəfə qapıya yol tapıb.

* Osimhen “Napoli”nin İtaliya çempionatının ardıcıl 4 mövsümündə azı 10 qol vuran 3-cü oyunçusudu. Ondan əvvəl buna Dieqo Maradona (1984-88) və Attila Sallüstro (1929-33) nail olublar.

* “İnter” bu il bütün turnirlərdə qələbə seriyasını 11 oyuna çatdırdı. Komandada vurulan və buraxılan topların fərqi 30-4-ə bərabərdi.

* “İnter” çempionatda ardıcıl 4-cü oyunda 4 qol vurdu. İnzaqinin komandası bundan əvvəl “Roma” (4:2), “Salernitana” (4:0) və “Leççe”nin (4:0) qapısına da bu qədər yol tapmışdı.

* “İnter” çempionatda 67 qol vurub. Milanlılar hazırda qitənin 5 aparıcı liqasında ən məhsuldar komandadı. Bu planda 2-3-cü yerləri hərəyə 63 qol vuran “Liverpul” (İngiltərə) və “Bavariya” (Almaniya) tutur.

* Martines cari mövsümdə A seriyasındakı qollarının sayını 23-ə çatdırmaqla öz rekordunu yenilədi. 26 yaşlı argentinalı hücumçu hazırda qitənin 5 aparıcı liqasında 2-ci yeri tutur. Bu planda lider isə “Bavariya”nın hücumçusu Harri Keyndi. O, cari mövsümdə bundesliqada 27 qol vurub.

* Dimarko bu mövsüm A seriyasında 4-cü qolunu vurdu. Hesabında 6 məhsuldar ötürmə də olan Federiko ümumi məhsuldarlıq göstəricisini 10-a çatdırdı. O, qitənin 5 aparıcı liqasında çıxış edən müdafiəçilər arasında bu planda 4-cü yerdədi. İtalyan futbolçu Alexandro Qrimaldo (“Bayer-04”, 8+9), Ceremi Frimponq (“Bayer-04”, 7+6) və Kiran Trippyerdən (“Nyukasl”, 1+10) geri qalır.

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Atalanta” ilk 10-15 dəqiqədə bizə qarşı çox güclü pressinq tətbiq etdi. Bu səbəbdən matçın əvvəlində işimiz çətinə düşdü. Bizim üçün heç də adət etdiyimiz start deyildi. Amma sonra qol vurduq, dirəyi nişan aldıq və ikinci hissəyə qəzəbli halda çıxdıq. Bu, işə yanaşma planında çox yaxşı əlamətdi. Komandamızın yaxşı oynadığını deməliyəm, özü də son iki il yarım ərzində işimizi kifayət qədər yüksək səviyyədə görürük. Bu müddətdə 5 titul qazanmışıq, Çempionlar Liqasının finalında oynamışıq, indi isə çempionatda 1-ci yerdə möhkəmlənmişik. Yanvarda “Yuventus”a qarşı keçirdiyimiz oyunda bir baş üstün olduğumuzu bilirik. Ötən bir ay ərzində bu komanda ilə xal fərqini artırmışıq, amma bu fərq elə növbəti bir ayda yox ola bilər. Qarşıda hələ çox oyuna çıxacağıq. Hazırkı konsentrasiyanı qorumaq vacibdi. Sərəncamımda olan komandanın heyəti oyundan-oyuna dəyişsə də, prinsiplərimiz olduğu kimi qalır. Bunun bizim üçün ən böyük məmnunluq olduğunu düşünürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-02-2024, 14:0

A seriyasında istefa

Dünya futbolu

2-03-2024, 18:0

İtaliya klubunda yeni təyinat

Dünya futbolu

18-02-2023, 21:0

“Napoli”də ciddi itki

Dünya futbolu

30-04-2022, 19:0

"Napoli"dən böyük hesablı qələbə

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 19:18
    "Qəbələ"dən növbəti qol - YENİLƏNİR
  • Bu gün, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Bu gün, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Bu gün, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Bu gün, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Bu gün, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Bu gün, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Bu gün, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Bu gün, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Bu gün, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Bu gün, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Bu gün, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Bu gün, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Bu gün, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Bu gün, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Bu gün, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Bu gün, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Bu gün, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Bu gün, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Bu gün, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 224
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 190
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə