• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Almaniyalı fanatlar məqsədinə çatdı

Dünya futbolu

1-03-2024, 00:0

Son aylar Almaniya futbolu üçün heç də asan keçmədi. Bundesliqanın rəhbərliyi daha zəngin İngiltərə premyer-liqasından maliyyə geriliyini aradan qaldırmaq üçün yeni səhmdar cəlb etmək ideyası ilə alışıb-yansa da, azarkeşlər qətiyyətlə buna qarşı çıxdılar.

"Football-plus.az" xəbər verir ki, onların etiraz aksiyaları bir neçə tur davam etdi. Tribunalardan meydana atılan yüzlərlə tennis topu və qızılı şokolad sikkələri, qapılara vurulan qıfıllar və meydanın üzərində idarətmə pultu ilə uçurulan təyyarələr üzündən dəfələrlə oyunları dayandırmaq lazım gəldi. Belə görünür ki, Almaniyadakı futbol həvəskarları hədəfinə çatdı – Almaniya Futbol İttifaqı (DFL) əcnəbi səhmdarla müqavilə bağlamaq fikrindən daşındı. Klublar əvvəlcə ideyanın əleyhinə idi.

İş ondadı ki, hələ ötən mövsümün gedişində DFL rəhbərliyi klublarla maliyyə durumunu yaxşılaşdırmaq məsələsini müzakirə etdi. 2013-cü ilin yazında klublara səhmdarların cəlb olunması üzrə layihəni göstərdilər. Bu layihə 1-ci və 2-ci bundesliqa klublarının növbəti 20 ildə media və başqa kommersiya hüquqlarının satışı üzrə gəlirlərinin 12,5 faizinin satışını nəzərdə tuturdu. DFL onda səhmdar axtarışına çıxdı və qarşıya hədəf qoydu ki, bu sövdələşmədən 2 milyard avro qazansın. Layihənin təsdiqlənməsi üçün 1-ci və 2-ci bundesliqada mübarizə aparan klubların üçdəikisinin razılığı tələb olunurdu. Ancaq səsvermə hər şeyi dəyişdi: 36 komandadan yalnız 20-si yeni ideyaya “hə” dedi. Zəruri səs sayını toplamaq mümkün olmasa da, səhmdar cəlb etməklə bağlı ideya unudulmadı.

Layihənin yeni variantı
DFL ötən ilin dekabrında əvvəlki layihənin müasirləşdirilmiş variantını təqdim etdi. Bu dəfə klublara kommersiya və media gəlirlərinin 8 faizini növbəti 20 il üçün milyard avroya satmaq təklif olunurdu. Və dərhal da səhmdar tapıldı – “CVC Capital Partners” və “Blackstone” şirkətləri. Bu dəfə keçirilən gizli səsvermədə 24 komanda razılıq verdi, bununla da yeni ideya yolunda “yaşıl işıq yandı”.
Almaniya Futbol Liqasının rəhbərliyini anlamaq olar. Axı, doğrudan da, bundesliqa əsas rəqibindən premyer-liqadan gəlirlər baxımından cidd şəkildə geri qalır.

Premyer-liqada və bundesliqada hüquqların satışından gələn pul
Daxili bazarda hüquqların satışına görə gəlir 1,75 milyard avro 1,1 milyard avro
Xarici bazarda hüquqların satışına görə gəlir 1,9 milyard avro 200 milyon avro

Azarkeşlərin mövqeyi
Bütün bu hadisələr Almaniya ərazisini əhatə edən azarkeş etirazlarına start verdi. Birinci və ikinci bundesliqada yarışan 36 komandanın fanat birliyi birgə bəyanat yayaraq DFL rəhbərliyinin fəaliyyətini tənqid etdi: “Biz Almaniya futbolunun necə satılmasını seyr etməyə hazır deyilik. Çox geniş reklam olunan 12-ci oyunçunun (azarkeşin) Almaniya Futbol Liqasının şübhəli səhmdarlarla sövdələşməsinin bir hissəsi olmağa hazır olmadığını aydın şəkildə göstərmək üçün 12 dəqiqə susacağıq".

Daha sonra konkret klubların fanat qrupları tərəfindən sövdələşmə əleyhinə ayrıca manifestlər də yayımlandı. Mahiyyət eynidi: belə sövdələşmə Almaniya futbolunun kommersiyalaşdırılması naminə onun ənənələrini məhv edəcək.

Anlamaq lazımdı ki, Almaniyada azarkeşlərlə komandalar arasında xüsusilə həssas münasibət var. “50+1” qaydası mövcuddu ki, buna görə, özəl səhmdarlar və sponsorlar kluba sahiblik hüququnun 49 faizindən artığına malik ola bilməzlər.

İki ay ərzində bütün Almaniya üzrə azarkeşlər öz mövqeyini bildirdi. Bundesliqanın 21-ci turunun "Bayer-04" - "Bavariya" matçı (3:0) istisna olmadı. Mövsümün ən çox gözlənilən oyunu vaxtında başlamadı: Leverkuzendəki stadionun əməkdaşları təxminən səkkiz dəqiqə ərzində yad əşyalarla örtülmüş meydançanı təmizlədilər.

Başqa bir nümunə: eyni turun "Union" - "Volfsburq" (1:0) görüşü. Oyunu iki dəfə dayandırmaq lazım gəldi, bu üzdən birinci hissəyə az qala yarım saat əlavə olundu! Nəticədə azarkeşlərin davranışı sayəsində rekord qol gördük - bu, ilk hissəyə artırılan 25-ci dəqiqədə vuruldu.

2-ci bundesliqanın “Hamburq” – “Hannover-96” matçında (3:4) bəlkə də ən yaradıcı etiraz aksiyası təşkil olundu. Fasilə zamanı bir neçə azarkeş sakitcə qapıya doğru yollandı və hər dirəyə üçü olmaqla altı qıfıl vurdu. İkinci hissənin başlanğıcı gecikməli oldu, kəsmə aparatı olan adamlar meydana çağrıldı.
“Hanza” və “Hamburq” (2:2) azarkeşləri də kreativ ideya ilə çıxış etdi. Stadionda əsl şou nümayiş etdirildi: iki kiçik “cip” göy və ağ tüstü buraxırdı. Yazıq stüardlar bir neçə dəqiqə maşınları təqib etdilər. Onları kimin idarə etdiyi aydındı - tribunada olan azarkeşlər.

Bundan sonra fanatlarının səsinin lazımi ünvanlara çatdığı qəti şəkildə aydın oldu. Əvvəlcə DFL rəsmi şəkildə “Blackstone” şirkətinin sövdələşmədən çıxdığını elan etdi, ardından, ümumiyyətlə, əcnəbi səhmdarla müqavilə bağlamaqdan imtina etdiyini bildirdi. DFL-in sədri Hans-Yoahim Vatske qərarı ictimaiyyətə belə açıqladı:

“Cari hadisələr fonunda bu prosesin uğurla davam etdirilməsi artıq mümkün deyil. Tərəfdaşlığa böyük dəstək olsa belə, Almaniya peşəkar futbolu təkcə klublar arasındakı assosiasiya daxilində deyil, bəzi hallarda klublar daxilində ciddi mübahisələr doğuran möhkəmlik sınağı ilə üz-üzədi. Azarkeş qrupları get-gedə daha aqressiv şəkildə matçların keçirilməsini, deməli, həm də yarışların bütövlüyünü təhlükə altına salır. Mövcud şəraitə görə sövdələşmənin işlək mexanizmini təmin etmək mümkün deyil”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-05-2023, 22:0

Almaniya futbolunda yeni sərmayəçilərə yer yoxdu!

Ölkə futbolu / Manşet

8-08-2023, 15:0

“Demək olar ki, hər klubun bu sahədə problemləri, nöqsanları var” – PFL-dən açıqlama

Premyer-liqa / Manşet

4-02-2024, 17:0

“Legioner limitinin müzakirə edilməsi belə ölkə futboluna ziyandı” – jurnalist etiraz etdi

İdman

15-12-2022, 16:0

Aleksandr Oveçkin çoxdan arzuladığı hədəfinə çatdı

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
Daha çox
Oxunub: 221
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə