• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

MLS-də böyük hakim qalmaqalı

Dünya futbolu

29-02-2024, 21:0

Fevralın 22-də MLS-in 2024-cü il mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, necə deyərlər, mövsüm böyük həngamə ilə başlayıb. Yox, məsələ heç də startda hər hansı sensasion nəticə ilə bağlı deyil. Həngaməyə hakimlər səbəbkar olublar.

Nə baş verib?

ABŞ çempionatının yüksək liqasının açılış oyununda Lionel Messi, Xordi Alba, Serxio Buskets və Luis Suares kimi məşhurların çıxış etdikləri “İnter Mayami” öz meydanında “Real Solt Leyk”ə 2:0 hesabıyla qalib gəlib. Matçı Kristian Kampo Ernandesin başçılığı ilə hakimlər briqadası idarə edib. Maraqlıdı ki, bu briqada əvvəllər yalnız ABŞ çempionatının 2-ci divizionu sayılan USL-də və NCAA-da (tələbə futbolu) fəaliyyət göstərib. Belə səviyyəli briqadalar bütün növbəti matçlarda da işbaşında olacaq, ona görə ki, MLS rəhbərliyi Peşəkar Futbol Referiləri Assosiasiyası (PSRA) ilə məvacib mövzusunda razılığa gələ bilməyib. Niyə? Sualın cavabını növbə ilə nəzərinizə çatdırırıq.

Yanvarın 15-də Hakimlərin Həmkarlar İttifaqı kimi də dəyərləndirilən PSRA ilə ABŞ və Kanadada MLS-in və digər liqaların oyunlarında hakimliklə bağlı məsələlərə cavabdeh olan orqan - Peşəkar Referilər Təşkilatı (PRO) arasındakı müqavilənin müddəti sona çatıb. Bu müqavilə 2019-cu ildən qüvvədə idi. Tərəflər əməkdaşlığın müddətini müvəqqəti olaraq bir neçə dəfə artırmağa nail olmuşdular. Nəticədə hakimlər danışıqlar prosesinin gedişində təlim-məşq toplanışlarında iştirak və klubların mövsüm ərəfəsində keçirdikləri matçları idarə etmişdilər. Son razılaşmanın müddəti fevralın 12-nə qədər nəzərdə tutulmuşdu.

Fevralın 14-də PSRA PRO ilə ilkin razılığa gəldiyini bəyan etmişdi. Lakin tərəflər arasında güzəşt əldə ediləcəyinə yönələn ümidlər puç olub. PSRA çox keçmədən assosiasiyanın üzvlərinin böyük səs çoxluğu (95,8 faiz) ilə yeni müqavilə layihəsindən imtinaya qərar verdiyini açıqlayıb. PRO buna cavab olaraq fevralın 18-də yeni müqaviləni bəyənməyən hakimlərin MLS-də işləməsinə qadağa qoyub. Nəticədə onları mövsümün əvvəlində matçları əvvəlki şərtlərlə idarə etməyə razılaşan başqaları ilə əvəzləmək lazım gəlib.

Tərəflər hakim qalmaqalına görə bir-birini ittiham edirlər. PSRA-nın danışıqlarda iştirak edən prezidenti Piter Manikovskini dinləyək: “MLS-in kosmik dərəcədə inkişafı vəzifəli şəxslərə yönələn mental və fiziki planda tələbləri əhəmiyyətli dərəcədə artırıb. Təşkilatımızın üzvləri indi liqanın maliyyə imkanlarının rekord həddə çatması fonunla təzminatın ədalətli şəkildə artırılmasını xahiş edirlər. Danışıqlar prosesinin uğursuz nəticələnməsinə PRO-nun təklif etdiyi təzminat və imtiyazlar, həmçinin matçlar üçün səfərlərin yüksək səviyyədə təşkili, cədvəllər və keyfiyyətlə bağlı digər məsələlər səbəb olub”.
PRO-nun baş direktoru Mark Qeyqerin Manikovskiyə cavabı isə belə olub:

“Səsvermənin nəticələri bizi məyus edir. Əvvəlki danışıqlarda hakimlərin əməyinin yenidən qiymətləndirilməsi üzrə əhəmiyyətli dərəcədə inkişafa nail olmuşduq. Bu, 2023-cü illə müqayisədə ümumilikdə təxminən 25 faizlik artım demək idi. Bura məvacib və qonorarların artırılması, təlim-məşq prosesində və hər oyuna görə nəzərdə tutulan imtiyazlar, həmçinin MLS-in pley-off matçları üçün biznes-klass kateqoriyalı səfərlərin təşkili daxil idi”.

İmtina edilən son təklif üzrə kompensasiyaların 25 faizlik artımına hakimlər üçün 10-33 faizlik, assistentlər üçün 75-104 faizlik, VAR hakimləri üçün isə 15-100 faizlik yüksəlmə nəzərdə tutulmuşdu. Layihəyə əsasən, təzminatlar 2027-ci ilədək hər il 3 faiz artırılacaqdı.

MLS rəhbərliyi yeni mövsümdə hakimlikə bağlı VAR-ın qərarlarının izahı da daxil olmaqla bir sıra yenilikləri də nəzərdə tutmuşdu. Lakin ilk oyundan bir neçə saat əvvəl bu planların problemin həllinədək təxirə salındığı bəyan edilib. İndi MLS Futbolçularının Həmkarlar İttifaqının hətta adi hakimliklə bağlı sualları aktuallıq qazanıb:

“Hakimlərin dəyişməsi yalnız oyunlarımızın keyfiyyətinə və nəticəsinə mənfi təsir etməyəcək, həm də oyunçuların səhhəti və təhlükəsizliyini sual altına alacaq”.

MLS-in komissarı Don Qarber mövcud vəziyyətə görə PSRA-nı günahlandırır: “Mövsümə belə başlamağı düşünmürdük. Amma, fikrimcə, PRO ilə danışıqları ədalətli şəkildə aparmayan təşkilatla razılığa gəlmək mümkün deyildi. Baxarıq, görək yaxın həftələrdə nə baş verəcək...”

PRO-nun bossu VAR hakimi rolunda

PRO mövsümün ilk turları üçün müvəqqəti hakimlər tapmaya bilməzdi. Söhbət 66 nəfərlik qrupdan gedir: onlardan 26-sı əsas və ya ehtiyat hakim, 29-u isə assistent kimi fəaliyyət göstərə bilər. Maraqlıdı ki, PRO-nun bossu Qeyqer şəxsən videohakim kimi kömək etməyə hazır olduğunu bildirib. Yeri gəlmişkən, o, 2004-19-cu illərdə MLS-də hakimlik edib, DÇ-2014 və DÇ-2018-in oyunlarına da təyinat alıb.

Müvəqqəti seçilən əsas hakimlərlə bağlı məlumatları da diqqətinizə çatdırırıq. Onlardan 11-i Braziliya, Türkiyə, İspaniya, İtaliya, Yamayka, Meksika və Polşanın ilk üç divizionunda hakimlik edib. 10-u ABŞ-də milli kateqoriyalı sabiq və ya hazırkı hakimlərdi. Bir neçəsi isə yalnız tələbələr arasında təşkil edilən turnirdə işbaşında olub. 4 assistentin Braziliya, Kuba, Peru və Salvador da daxil olmaqla digər ölkələrdə iş təcrübəsi var.

ABŞ futbolunda sonuncu dəfə belə hakim qamaqalı 2014-cü ildə baş verib. Onda tərəflər mövsümün startından iki həftə sonra razılığa gəlmişdilər. Maraqlı fakt kimi həmin il MLS-in final matçında Qeyqerin fit çaldığını, ona məhz Manikovskinin assistentlik etdiyini də yada salaq...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-11-2023, 19:0

Yenidən Messi ilə birgə oynayacaq

Dünya futbolu

25-07-2023, 21:0

Ramos ilə Messi birgə oynayacaqlar?

Dünya futbolu

7-06-2023, 23:0

"İnter Mayami"nin istədiyi "Barselona"lılar

Dünya futbolu

21-07-2023, 23:0

Messinin təqdimat mərasimini 3,5 milyard adam izləyib?

Dünya futbolu

24-06-2023, 19:0

Buskets yenidən Messi ilə bir komandada

Dünya futbolu

1-05-2023, 16:0

Messi Busketsə necə təsir edib?

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Dünən, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • 6-08-2026, 23:0
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • 6-08-2026, 23:0
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • 6-08-2026, 22:0
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • 6-08-2026, 22:0
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 118
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 83
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 82
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə