“Milan” əsas hədəfini seçib

28.02.2024 11:30 164
Dünya futbolu
Stefano Pyolinin yayda “Milan”ı tərk etmək ehtimalı daha da artıb.

Artıq İtaliya klubu baş məqşçi vəzifəsi üçün əsas hədəfini seçib. Yerli mənbələr Tyaqo Mottanın Pyolinin yerini tutmaq imkanını yüksək dəyərləndirir. Onun bu mövsüm “Bolonya”dakı fəaliyyəti həqiqətən də tərifəlayiqdi. Braziliyalı mütəxəssisin komandası hazrda A seriyasında 4-cü yeri tutur.

41 yaşlı Tyaqo Motanın “Yuventus”, “Barselona” və PSJ-nin maraq dairəsində olduğu da məlumdu.