• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi heç də MLS-in ən zəngin futbolçusu deyil

Dünya futbolu

26-02-2024, 22:0

Lionel Messi tarixin ən uğurlu və yüksək ödənişli futbolçularından biridi, ancaq təxminən 650 milyon dollarlıq sərvətlə klubu “İnter Mayami”də bu baxımdan birinci deyil. Əfsanəvi argentinalının komanda yoldaşları arasında biri var ki, ailəsi ikiqat artıq zəngindi.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı ekvadorlu Leonardo Kampana 1,5 milyard dollarlıq sərvətin sahibi sayılır. Futbolçunun anası İzabel Kampana iri kənd təsərrüfatı torpaqlarının, daşınmaz əmlakın və turizmin sahibidi. Atası Pablo Kampana məşhur ekvadorlu siyasətçi və biznesmendi. Bir neçə il əvvəl ölkənin ticarət naziri idi, indi isə vətənində nəhəng developer şirkətinin baş direktoru və yaradıcısıdı.

Ata Kampana peşəkar tennisçi olub. Atlanta Olimpiadasının tennis turnirində Ekvadorun şərəfini qoruyub. 1996-cı ildə ATP reytinqində 165-ci yerdə olub, bir il sonra isə karyerasını bitirib. Yeri gəlmişkən, 51 yaşlı biznesmen futbolu heç də tennisdən az sevmir. Təsadüfi deyil ki, oğlunun klubunun rəhbəri Devid Bekhemlə dostluq münasibətləri saxlayır.

Məhz Pablo yeniyetmə Leonardonun əlindən tutaraq futbol məktəbinə aparıb. Kiçik Kampana 16 yaşında “Barselona” ilə müqavilə imzalayıb. Messinin həmin vaxt şərəfini qoruduğu İspaniya təmsilçisi ilə yox, Ekvadorun Quayakil şəhərindən olan eyniadlı komanda ilə. Hücumçu 19 yaşında ölkəsinin gənclər yığmasında debüt edib, bu komanda ilə Cənubi Amerikanın çempionu olub, turnirin ən yaxşı bombardiri adını qazanıb, ardından U-20-lər arasında Polşada keçirilən dünya çempionatında iştirak edib.

Futbolçunun Avropaya köçü heç də uğurlu olmayıb. Kampana “Vulverhempton”un gənclər komandasından əsas heyətə düşməyə çalışsa da, buna nail ola bilməyib. Portuqaliya “Famalikan”ında və İsveçrə “Qrasshopper”ində qısamüddətli icarədən sonra Leo Amerikaya qayıdıb və “İnter Mayami” ilə müqavilə bağlayıb. MLS liqasında çıxış edən klubda, demək olar ki, hər iki oyundan bir qol vurur.

“Transfermarkt” 23 yaşlı forvarda 3,5 milyon avro qiymət qoyub, o, MLS-də keçirdiyi 52 oyunda 20 qol vurub. Kampana futbolla yanaşı, bir neçə reklam müqaviləsi də bağlayıb, bunun sayəsində valideynlərinə maddi yardım üçün müraciət etməli olmur. Leonardo səyahət vurğunudu, qız dostu Ariana ilə yer kürəsinin müxtəlif nöqtələrinə yollanır.

Futbolçunun maraqları arasında paraşütlə tullanma da var, ümumiyyətlə, çox məşğul həyat yaşayır. Sosial şəbəkələrdə müntəzəm Qalapaqosda və ya Havay adalarında istirahət, səmada uçuş zamanı çəkilən şəkillərini yerləşdirir. Kampananın rəssamlığa da həvəsi var. Leonardo pop-art ilə maraqlanır, müasir müəlliflərin rəsmlərini toplayır. Mayamidəki dostları arasında məşhur rəssam Leonardo İdalqo da var.

Təbii ki, Kampana Messi ilə oynadığına görə xoşbəxtdi. Müsahibəsində etiraf edir ki, “Lionel komandaya mənəvi dinclik verir, meydanda məsləhətlərini əsirgəmir, matçlardan əvvəl danışır və meydanda hər şeyə qadir olmasına baxmayaraq, özünü başqalarından üstün tutmur”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-07-2023, 23:0

Messi “İnter Mayami”də nə vaxt debüt edəcək?

Dünya futbolu

3-10-2023, 13:0

Messi nə vaxt qayıdacaq?

Dünya futbolu

25-06-2023, 20:0

Messi 1-ci, Ronaldo 2-ci yerdə

Dünya futbolu

21-07-2023, 23:0

Messinin təqdimat mərasimini 3,5 milyard adam izləyib?

Dünya futbolu

24-02-2024, 18:0

Messi ABŞ-ın ən sevilən idmançısı oldu

Dünya futbolu

30-05-2023, 17:0

Messi İngiltərədə oynaya bilər

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə