• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Möhtəşəm Bakı derbisi: 4 qol, 3 qırmızı vərəqə, 2 penalti!

1-ci liqa / Reportaj

23-02-2024, 19:0

Ötən gün 1-ci liqada 15-ci tura start verildi. İlk oyun Bakı derbisi ilə əlamətdar oldu.

Çempionluğa ən real namizədlər – MOİK-lə “Qaradağ Lökbatan” üz-üzə gəldi. Mövsümün ikinci hissəsinə istədiyi kimi başlaya bilməyən komandalar qələbə ilə zirvəyə dönməyi hədəfləyirdi.

Tribunalarda hər iki komandanın azarkeşlərinə rast gəlmək mümkün idi. Binə qəsəbə stadionunun oturacaqlarının sol tərəfində lökbatanlılar, sağ tərəfində isə “hərbçilər”in fanatları yerləşmişdi. Hər iki sektorda komandaların bayraqları asılmışdı, azarkeşlər ara-bir bəstələr oxuyurdu. MOİK-in fanatları isə emosionallığı ilə seçilirdi. Onlar baş hakimin, demək olar ki, bütün qərarlarına etiraz edir, onu ədalətli oyuna səsləyirdilər.

Oyun qonaqların üstünlüyü ilə başladı. İlk təhlükəli hücum 2-ci dəqiqədə reallaşdı. Xəlil Bəşirov hesabı açmağa yaxın olsa da, Zeynal Əhmədzadə ona imkan vermədi. Çox keçmədən qonaqlar daha bir dəfə meydan sahiblərinə həyəcan yaşatmağı bacardı. Mikel Badejonun cərimə meydançası kənarından vurduğu top az fərqlə qapıdan yan keçdi. Müdafiənin səhvindən yararlanan Rayan Guiberonun zərbəsi isə qapıçının düz üstünə getdi. “Qaradağ Lökbatan”ın bu təzyiqi özünü 5-ci dəqiqədə doğrultdu. Fərid Mahmudov fərdi reydini qolla tamamladı. 29-cu dəqiqədə Kənan Cəfərovun zərbəsi yaddaqalan oldu. Lakin futbolçu “çərçivə”yə düşə bilmədi. Meydan sahibləri ən real qol vəziyyətini 31-ci dəqiqədə yaratdı. Qapıçı ilə üzbəüz qalan Ramil Orucov topa zərbə endirə bilmədi. Əvəzində qonaqlar fərqi 2-yə çatdırdı. Kornerdən gələn ötürməni Rayan Guibero başla tamamladı – 2:0. Amma onların sevinci 1 dəqiqə çəkdi. Dərhal hücuma atılan MOİK Elmir Rəhimzadənin qolu ilə fərqi minimuma endirdi.

İkinci hissəyə ordu klubu fəal başladı. 55-ci dəqiqədə Həsrət Mürsəlovun zərbəsini qapıçı dəf etdi. Real qol vəziyyətləri yaratmaqda çətinlik çəkən meydan sahibləri 80-ci dəqiqədə penalti ilə cəzalandı. Referi Rəvan Həmzəzadə Josef Akyama qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirdi. Topin arxasına 2-ci qolun müəllifi Guibero keçdi. Lakin o, Zeynal Əhmədzadə ilə dueldən məğlub ayrıldı. Qolkiper topu dəf etməyi bacardı. Matçın sonları dramatik keçdi. Guibero təxminən 5 metrdən dəqiq ola bilmədi. Həmin dəqiqələrdə meydanda vəziyyət gərginləşdi. Öncə MOİK-in köməkçi məşqçisi Orxan Səfiyarov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə aldı. Ardından komandanın futbolçusu Nazim Məmmədzadə yan xətt hakimi ilə problem yaşayaraq, meydandan qovuldu. Son saniyələrdə isə Guibero cərimə meydançasında topa əllə toxunduğu üçün qırmızı vərəqə ilə cəzalandırıldı. Penaltini Elmir Rəhimzadə yerinə yetirdi. O, həm dublunu rəsmiləşdirdi, həm də komandasına 1 xal qazandırdı. Beləliklə, komandalar ilk dövrədə olduğu kimi (1:1), yenə meydandan bərabərliklə ayrıldı – 2:2.

Oyundan sonra meydanda ən yaxşılardan olan Elmir Rəhimzadə ilə söhbətləşdik:

“Güclü rəqiblə qarşılaşdıq. “Qaradağ Lökbatan” çempionluğa oynayan komandadı. Biz də iddiamızı gizlətmirik. Birincilik uğrunda mübarizə aparırıq. Maraqlı görüş oldu. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, 1 xalla kifayətləndik. Düşünürəm ki, bu gün 2 xal itirdik. Çempionluğa oynayırıqsa, hər oyuna qələbə üçün çıxmalıyıq. Rəqibin kimliyindən asılı olmayaraq, tək amalımız 3 xal qazanmaqdı. Çempion olmaq üçün sona qədər döyüşəcəyik. Növbəti matçlara baxacağıq. Penaltini epizoduna gəlincə, açığı, tam görə bilmədim. Bu üzdən nəsə deyə bilməyəcəm. Hakim də bizim kimi insandı. O da səhv edə bilər”.


Daha sonra MOİK-in baş məşqçisi Qəzənfər Abbasova müraciət etdik. O, matç haqda düşüncələrini bölüşdü:
“Meydana qələbə üçün çıxmışdıq. Ağır oyun oldu. Görüşün belə keçəcəyini bilirdik. Sadəcə, erkən qol buraxdıq. İlk 15-20 dəqiqə oyuna köklənə bilmədik. Rəqib iki qol vurdu. Lakin futbolçularım xarakter göstərdilər, mübarizə apardılar. Yenə də şükürlər olsun ki, ən azı uduzmadıq, heç-heçə elədik. Qələbə qazanmaq olardı. Oyun da bunu göstərirdi. İkinci hissə, demək olar ki, bizim üstünlüyümüzlə keçdi. Epizodları dəyərləndirə bilmədik. Rəqibin də bir neçə təhlükəli hücumu oldu. Penaltini dəqiq yerinə yetirə bilmədilər. Biz isə risk elədik. İrəli atıldıq. İstədiyimiz xalı qazandıq”.


- Çempionluq uğrunda əsas namizədlərdən sayılan komandaların duelini izlədik. Bu gün bir xal qazandız, yoxsa iki xal itirdiz?
- İki xal itirdik. Düzdü, rəqib də güclü komandadı. Amma imkanları dəyərləndirə bilmədik. Hakimlər də imkan vermədilər ki, futbol oynayaq. Hər epizodu cərimə kimi qiymətləndirdilər. Belədə oyunun tempi aşağı düşdü.

- Həm köməkçiniz, həm də futbolçunuz qırmızı vərəqə ilə cəzalandırıldı. Həmin qərarlar ədalətli idi?
- Nazim Məmmədzadənin “qırmızı”sı ədalətsiz idi. Çünki həmin epizodda yan xət hakimi futbolçumuzu təhqir etdi. Hakim söyüş söyürsə, oyunçu nə etməlidi? O da cavab verdi. Hakim olasan, söyüş söyəsən... Nə bilim. Onu mən də eşitdim, yanımdakılar da eşitdi. Bizə yaraşmaz ki, yalan danışaq. Düzdü, o, yenə də özünə haqq qazandıracaq ki, təhqir etməmişəm. Amma belə olmaz. Ayıbdı. Laysman onu “qırmızı”ya məcbur elədi. Hakim futbolçunu təhqir etməsə, o da söyməyəcəkdi. Köməkçimə isə qırmızı vərəqə etiraza görə verildi. Həmin epizodda da referini ehtiyat hakim çağırdı. Məşqçimiz aqressiv və emosional idi. Həmin qərara qarışa bilmərəm.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov da oyunla bağlı “Futbol+”ə danışdı:
“Komandam ilk hissədə daha yaxşı çıxış etdi. Daha istəkli tərəf biz idik. 2:0-dan sonra gözləmədiyimiz halda qapımızda qol gördük. İkinci yarıda da bir xeyli epizodumuz oldu. 11 metrlik cərimə zərbəsini də dəqiq yerinə yetirə bilmədik. Həmin penaltini qola çevirsəydik, oyunun taleyi başqa ola bilərdi. Futbolda belə hallar olur. Qələbəni son dəqiqələrdə əldən verdik. Yaxşı oynadığımız qarşılaşmada 2 xal itirdik. Qapımıza təyin olunan penalti haqlı qərar idi. Qapıçının səhvindən sonra top Guiberonun əlinə dəydi. Həm penalti, həm də qırmızı vərəqə ilə razıyam”.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Reportaj

12-02-2024, 21:0

“Karvan” MOİK-lə xal fərqini minimuma endirdi

1-ci liqa / Manşet

14-12-2023, 16:0

“Qaradağ Lökbatan” yenidən lider oldu - YENİLƏNİB

1-ci liqa / Manşet

29-12-2023, 21:0

“Qaradağ Lökbatan”la premyer-liqaya qalxmaq istəyirəm”

1-ci liqa / Manşet

26-10-2023, 17:0

"Şamaxı" "İrəvan"a, MOİK "Mingəçevir"ə qalib gəldi - YENİLƏNİB

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə