Football-plus.az xəbər verir ki, Aleksey Baqanın komandası Türkiyənin 1-ci liqa təmsilçisi "Samsunspor"la üz-üzə gəlib. Çeşmə bölgəsində baş tutan qarşılaşma rəqibin qələbəsiylə başa çatıb - 2:0.
Qeyd edək ki, “Sumqayıt” qardaş ölkədəki ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib – 2:2.
Matçdan sonra “kimyaçılar”ın vitse-kapitanı Vüqar Mustafayev “Futbol+”ə açıqlama verdi. Dayaq yarımmüdafiəçisi toplanışı dəyərləndirdi:
“İyulun 16-dan Türkiyədə təlim-məşq toplanışdayıq. Şükür Allaha, hər şey qaydasındadı. Əsas odu ki, düşərgədə zədəli futbolçumuz yoxdu. Bu gün ikinci yoxlama matçını keçirdik. Qarşıda bizi növbəti görüş gözləyir. Səhvlərimiz üzərində işləyirik. Çatışmazlıqları aradan qaldırmağa çalışırıq. İnanıram ki, mövsümün ilk oyununa qədər komanda şəklində hazır olacağıq”.
RƏŞAD



