• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Eşşək kimi anqırma” - Hakim hadisə ilə bağlı hansı tədbiri gördü?

Aktual / 1-ci liqa

20-02-2024, 09:0

1-ci liqada mövsümün yarısını geridə qoyduq.

Çempionatın 14-cü turuna yekun vuruldu. Autsayder “Araz Saatlı” “Zaqatala”nı qəbul etdi. Meydan sahibləri qələbə sayəsində “Difai Ağsu”ya yaxınlaşmağı, qonaqlar isə “İrəvan”ı geridə qoymağı planlaşdırırdı.

Saatlı Olimpiya İdman Kompleksinin stadionuna təxminən oyundan 1 saat əvvəl çatdım. Doğma komandasına azarkeşlik etməyə gələnlər arasında həm azyaşlılara, həm də yaşı 60-dan yuxarı olanlara rast gəlmək mümkün idi. Həmin ərəfədə tribunada tanınmış sima diqqətimi çəkdi. Növbəti tur “Zaqatala”nın rəqibi olacaq “İmişli”nin məşqçisi Ruhid Usubov oyunu izləməyə gəlmişdi.

Oyun nəzərdə tutulandan tez başladı, start fiti 4-5 dəqiqə öncə verildi. Gözlənildiyi kimi, matç qonaqların üstünlüyü şəraitində start götürdü. İlk təhlükəli hücum da “Zaqatala”dan gəldi. Lloydun ötürməsini İbrahim Qədirzadə zərbə ilə tamamladı. Lənkəran futbolunun fərqlənməsinə qolkiper imkan vermədi. Meydan sahiblərinin buna cavabı gecikmədi. Oqtay Məmmədovun cinah asmasını Elnur Mustafazadə qəbul etsə də, səliqəsiz oynadı. 20-ci dəqiqədə Ben qonaqların qapıçısının öndə olduğunu görüb aşırma vurdu. Lakin qolkiper vaxtında yerinə dönməyi bacardı. Həmin anda meydanda qəribə hadisə baş verdi. Baş hakim Kənan Müslümova qarşı qayda pozuntusu qeydə aldı. Azarkeşlərdən biri futbolçuya “eşşək kimi anqırma”, - deyə səsləndi. Müslümov isə peşəkarlığını qoruyaraq, hadisə ilə bağlı hakimə xəbərdarlıq etdi. Hissənin ortalarında “Zaqatala” özünə gəldi. Komanda ardıcıl hücumlar qurub, “Araz Saatlı”ya təhlükəli anlar yaşatdı. Bunların birində Roini İsmayılov gözəl ötürmə ilə Nizami Səmədovu zərbə mövqeyinə çıxardı. Lakin Səmədovun başla zərbəsi dəqiq olmadı. Ardınca komandanın kapitanı Kənan Müslümov da “çərçivə”yə düşə bilmədi. 40-cı dəqiqədə isə qonaqlar real qol vəziyyətindən yararlana bilmədi. Qolkiperlə üz-üzə qalan Lloyd topu qapıdan yan vurdu. Lakin çox keçmədən “Zaqatala” istəyinə çatdı. Qapıçı Roini İsmayılovun zərbəsini dəf etsə də, dönən topu Nizami Səmədov qapıdan keçirdi.

Meydan sahibləri ikinci yarıya qapıçı əvəzetməsi ilə başladı. Hissə isə yenə eyni ssenari ilə start götürdü. Start fiti yenicə verilmişdi ki, yerli azarkeşlərdən bir neçəsi mənə yaxınlaşıb, “Zaqatala”nın cəzalı məşqçisinin tribunadan hakimə zəng etdiyini bildirdi. Lakin əslində o, Rüstəm Məmmədovla əlaqəyə çıxmağa çalışırdı. Qonaqlar, daha dəqiqi, Roini ardıcıl 4 epizodda qola yaxın oldu. Amma qolu meydan sahibləri vurdu. 86-cı dəqiqədə Rəvan Əvəzov müdafiədəki qarışıqlıqdan yararlandı – 1:1. Bir maraqlı faktı da qeyd edim: 90 dəqiqənin tamamında künc zərbələrində vəziyyət 10:0 qonaqların xeyrinə idi.

Bununla da “Araz Saatlı” 8 turdan sonra ilk xalını qazanaraq, hesabındakı xal sayını 4-ə çatdırdı. “Zaqatala” isə “İrəvan”ın məğlubiyyətindən yararlana bilmədi.

Oyundan sonra qonaqların çalışdırıcısı Rüstəm Məmmədova yaxınlaşdıq:

“Qol vura bilmirsənsə, xal itirəcəksən. Çoxlu imkandan istifadə edə bilmədik. Müdafiədəki səhvdən qapımızda qol gördük. Bununla da 3 xalı əldən verdik. Komandamdan razı deyiləm. Hücum xəttindəki futbolçulara iradlarım var. Qol vura bilmirlər və bu problemdi”.

Meydan sahiblərinin baş məşqçisi Rüfət Quliyevin fikirləri:

“Hazırda vəziyyətimiz heç yaxşı deyil. Sonuncu pillədəyik. Qazandığımız hər xal bizim üçün çox önəmlidi. Turnir cədvəlində axırıncı yerdə qərarlaşmaq özü də futbolçulara təsir göstərir, onları təzyiq altında saxlayır. Buna baxmayaraq, qış fasiləsində bacardığımız qədər dəyişikliklər etdik. Bildiyiniz kimi, futbolçuların çoxu mövsümünə sonuna qədər müqavilə imzalayır. Qış “transfer pəncərəsi”ndə azad oyunçu tapmaq çətindi. Ona görə də mümkün olan qədər güclənməyə çalışdıq. Heyətimizə 5-6 yeni futbolçu qatdıq. Bir neçə ayrılıq da baş verdi. Futbolçuların bir-birinə uyğunlaşması zaman istəyir. Lakin vaxtımız yoxdu. Hər oyuna qələbə və xallar qazanmaq üçün çıxırıq. Bu gün də yetərincə döyüşdük. Düzdü, çətin qarşılaşma idi. “Zaqatala” futbolçularına baxımlı oyuna görə təşəkkür edirəm. Öz komandamı da təbrik edirəm. Bir xal da vacibdi. Yolumuz uzundu. Hələ qarşıda çox matç var”.

- Qapıçı Məhəmməd Əhmədov ilk yarıda bir neçə kritik müdaxilə ilə rəqibin qol vurmasına mane oldu. Lakin ikinci yarının startında onu əvəzlədiz. Buna səbəb nə oldu?
- Məhəmməd özünü yaxşı hiss etmirdi, səhhətində problemlər var idi. Onu əvəzləməyimi xahiş etdi. Hazırda durumu yaxşıdı.

- Komandada motivasiya nə yerdədi?
- Uşaqlar özlərini son pilləyə layiq görmürlər. Ordan qurtulmağı çox istəyirlər. Həm məşqə yanaşmaları, həm də oyuna köklənmələri tam fərqlidi. Lakin hərdən həddən artıq çox istəməyin özü də problem yaradır. Bu üzdən tempi qorumağa çalışırıq. Əlimizdən gələn heç nəyi onlardan əsirgəmirik.

İSMAYIL XEYRULLAYEV

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

1-ci liqa / Manşet

6-12-2023, 16:0

Yevlaxda "Karvan", Zaqatalada ev sahibləri qalib gəldi - YENİLƏNİB

1-ci liqa / Manşet

25-10-2023, 16:0

“Zaqatala” və "İmişli" qalib gəldi, yevlaxlılar uduzdu - YENİLƏNİB

1-ci liqa / Manşet

25-12-2023, 16:0

"İrəvan" və "Zaqatala"dan qələbə, İmişlidə "sülh" - YENİLƏNİB

1-ci liqa / Manşet

10-11-2023, 15:0

"Qaradağ Lökbatan" lider oldu, Yevlaxda "sülh" - YENİLƏNİB

1-ci liqa / Manşet

9-11-2022, 16:0

1-ci divizionda 11-ci tura yekun vuruldu - YENİLƏNİB

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə