Məbəd hazırdı, azarkeşlərin yolunu gözləyir! - FOTOLAR

19.02.2024 12:43 304
Manşet / Avropa Liqası
Bu gün Azərbaycan futbol ictimaiyyətində hər kəs – 7-dən 77-yə - fevralın 22-nə, o gözəl günün həyəcanını və sevincini yaşamağa köklənib.

“Qarabağ” “Braqa”nı qəbul edəcək. Görüş yeri dəyişməyib: uzun illər ərzində futbolumuzun ən böyük qələbələrinə şahidlik edən Tofiq Bəhramov adına Respublika stadionu cümə axşamı daha bir böyük uğura şahid olmaq istəyənlərə qucaq açmağa hazırdı! Fevralın 22-də məhz burda – “Tofiq Bəhramov”da yer yerindən oynayacaq. Stadionun, qazanun durumu ilə tanış olmaq üçün bu gün “Bəhramov”a yollandım. Bəzi fotoları təqdim edirəm. Hazırlaşın, böyük gün qapıdadı! Bu iş burda bitəcək!

Məbəd hazırdı, azarkeşlərin yolunu gözləyir!





ƏSƏD SEYİDOV