• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çempionlar Liqasına vəsiqə qazanmaqla bağlı hədəfimizə köklənməliyik”

Dünya futbolu

18-02-2024, 16:0

Hələ bir neçə həftə əvvəl İtaliya çempionluğuna real namizədlərdən sayılan “Yuventus” üçün 24-cü tur da uğursuz alındı.

"Football-plus.az" xəbər verir ki, Massimiliano Alleqrinin komandası “Udineze”yə minimal hesabla uduzmaqla cari mövsümdə öz meydanında ilk məğlubiyyətini aldı. Daha əvvəl “İnter” (0:1) və “Empoli” (1:1) ilə keçirilən matçlarda hesabına yalnız bir xal yaza bilən turinlilər indi “İnter”dən 7 xal geri qalırlar. Liderin ehtiyatda bir təxirə salınan oyununun olduğunu nəzərə alsaq, “Yuventus”un skudetto uğrunda real mübarizəyə qoşulmaq şansının yetərincə azaldığı aydındı. Baş məşqçi Alleqri “Udineze” ilə bazar ertəsi keçirilən matçdan sonra mətbuat konfransında aktual sualları cavablayıb.

- Gözlənilməz məğlubiyyətdi. İlk hissədə futbolçuları daha cəsarətli olmağa çağırırdınız, amma komandanızda məhz bu amilin çatışmadığı aydın göründü...
- Belə deyək, bu, bir qədər özünəməxsus məqamdı, ona görə ki, son 3 oyunda yalnız 1 xal qazanmışıq və buna görə təəssüflənirk. Amma sakitliyi qorumaq lazımdı, çünki qarşımıza konkret hədəf qoyulub – Çempionlar Liqasına vəsiqə qazanmalıyıq. Bunun üçün yenidən qələbələri sıralamalıyıq. Bizim üçün uğursuz keçən 15 gündə çox xal itirdik. “Empoli”yə qarşı matçın yarıdan çox hissəsini on nəfərlə keçirdik (hücumçu Milik 18-ci dəqiqədə qırmızı vərəqə almışdı – red.), azlıqda hesabı açdıq, amma sona yaxın axmaq qol buraxdıq. Bu gün isə “Udineze”, demək olar ki, qapımıza zərbə endirmədi, rəqibin heç bir şansı yox idi. İlk hissədə 3-4 real qol imkanı yaxaladıq. Bu uğursuzluq komandanın mövsümün arxada qalan hissəsindəki zəhmətinə əsla kölgə salmamalıdı. “Yuventus” üçün vacib olan mövsüm davam edir. Komanda məhz belə uğursuz məqamlarda səhvlərdən nəticələr çıxarır, möhkəmlənir və hər şeyə rəğmən, inkişafımızı davam etdirməliyik.

- Texniki baxımdan futbolçuların çıxışından razısınız?
- Daha yaxşı oynaya bilərdik. İlk hissədə qənaətbəxş oynadığımızı düşünürəm. “Udineze” yaxşı müdafiə olunur. Bu səbəbdən ələ düşən imkanlardan yararlanmaq lazımdı. Məsələn, Kambyaso bir epizodda qol vurmağa çox yaxın idi.

- Komandanız yorğun görünürdü, əksər oyunçular topa çatmaqda çətinlik çəkirdilər. Yarımmüdafiəçilər isə topu, demək olar ki, irəli aparmaq üçün ciddi ideya düşünə bilmirdilər.
- Razıyam, demək olar ki, ikinci hissədə hücum quruculuğu planında ciddi nəsə edə bilmədik. İlk hisədə sol cinahda daha fəal oyun sərgilədik. Bu səbəbdən həmin cinahla qurulan hücumlar qapı qarşısında yaxşı imkanların yaranmasıyla nəticələndi. Əsas problem ondadı ki, qol vura bilmirsənsə... “Udineze” bu mövsüm çempionatda hamıdan çox - 13 dəfə heç-heçə edən və son 12 oyundan isə yalnız 4-də uduzan komandadı. Çox təəssüf ki, evdəki məğlubiyyətsiz seriyamızı davam etdirə və 5-ci yerdəki komanda ilə xal fərqini artıra bilmədik. Buna baxmayaraq, qollarımızı yenidən çırmalamalı, öz üzərimizdə daha çox çalışmalı və Çempionlar Liqasına vəsiqə qazanmaqla bağlı hədəfimizə köklənməliyik. “İnter”i təqib etmək vacib stimuldu, amma bu da var ki, milanlılar mövsümü əla keçirirlər. Və bizə onları yalnız təbrik etmək qalır. Məsələnin əsas məğzi odu ki, bu komanda cari mövsümdə qurulmayıb: “İnter”in əsası komandanı çempion edən Antonio Kontenin dövründə qoyulub. “Yuventus”da isə son iki ildə olduğu kimi, bu mövsümdə də yeni komanda quruculuğu prosesi davam edir. Bir daha deyirəm, bizim əsas hədəfimiz ötən mövsüm çıxış etdiyimiz Çempionlar Liqasına qayıtmaqdı.

- Bəs Simone İnzaqinin “İnter”in cari mövsümdəki uğurlu çıxışındakı rolunu necə dəyərləndirirsiz?
- Simone böyük işlər görür, ancaq... Məni yanlış anlamayın, amma futbolda müəyyən dəyərlər mövcuddu. Konkret desəm, bu oyunda futbolçuların müəyyən dəyərləri var. “Yuve”dəki fəaliyyətimin ilk 5 ilində İtaliyanın ən güclü komandası idik. Ümumiyyətlə, həmin komanda skudettonu ardıcıl 9 dəfə qazandı. Eyni vəziyyət indi “İnter”lə bağlıdı. Milanlıların 60 xalı və ehtiyatda bir oyunu var. Bu, əsas titul uğrunda mübarizədə yüksək tempdi. Belə məqamda həmkarım Simoneni və komandasını təbrik edə bilərəm. Yaxşı anlayıram ki, çempionluq yarışında rəqabəti dəstəkləmək mövzusunu KİV səviyyəsində daimi davam etdirmək xoşdu. “Yuventus”un çempionluq yarışında sona qədər olacağını demək mümkündü. Amma mən hələ mövsümün əvvəlində çıxışımızda yeri gələndə eniş olacağını demişdim. Buna görə sakitliyi qorumaq və üzərimizdə çalışmağa davam etmək vacibdi. Komandamızın indiyədək gördüyü işlərdən razıyam. Ona görə ki, hesabımızda 53 xal var və bu göstərici kifayət qədər yüksəkdi. Bununla belə, mövsümün qalan hissəsində xal ehtiyatımızı mümkün qədər çox artırmalıyıq.

- Komandanızda oyun planında irəli addım atmaqla bağlı problem olduğunu söyləmək mümkündü? Və ya bu, oyunçuların sahib olduqları mentallıqla bağlı olan məsələdi?
- Bu fikrinizlə razıyam. Vaxtilə işlədiyim “Milan”da bir çox gənc futbolçu ilə işləmişəm, indi isə “Yuventus”da sərəncamımda kifayət qədər gənc var. Onların inkişaf etmələri üçün vaxta ehtiyac duymaları normaldı. Amma hamıya balans da lazımdı. Çünki hərdən futbolçulara münasibətdə gözlənilmədən həddən artıq nikbinlik yaranır. Komandamız təcrübəli və təcrübəsi az olan oyunçulardan qurulub. “İnter” ilə oyunda qənaətbəxş nəticəyə nail ola bilərdik. Çünki səfər matçında sona qədər mübarizə apardıq. Bu gün “Udineze”yə uduzduq, “Empoli” ilə əvvəlki ev oyununda isə 70 dəqiqədən artıq müddətdə azlıqda oynadıq. Bundan sonra daha çox işləməliyk. Çünki hələ qarşıya qoyulan hədəfə çatmamışıq. Bu hədəfə yenidən köklənməli, turnir cədvəlinə baxmağı bir kənara qoymalı və mümkün qədər çox xal yığmalıyıq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

14-11-2023, 15:0

Alleqri favoritin adını açıqladı

Dünya futbolu

28-03-2022, 17:0

Alleqri: “Yuve” skudetto uğrunda yarışmır, bu həqiqətdi”

Dünya futbolu

23-04-2022, 14:0

Alleqri şayiələrə son qoydu

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə