Birinci liqanın aşkar autsayderi olan “Araz Saatlı” bu vəziyyətlə barışmaq istəmir. Komandanın azarkeş qrupu da iş başındadı.
Qrupun rəhbəri Fərid Məmmədli “Football-plus”a məqsədləri və hədəfləri barədə danışdı:
“Komandaya dəstək üçün toplaşmışıq. 2018-dən fəaliyyətə başlamışıq. Futbolçularımızın əhval-ruhiyyəsini yüksək tutmaq, onlara motivasiya vermək üçün bir araya gəlmişik. Rayonumuzun və komandamızın adını yüksək tutmağa çalışırıq. Hələ ki fankluba ad qoymamışıq. Lakin düşünürük. Yaxın zamanda bu məsələni həll edib, daha geniş kütlələri ətrafımızda cəmləmək niyyətindəyik. Növbəti turlardan komandamızla səfərlərə də yollanacağıq. Pankartlar və banerlər də düşünmüşük. Hamısı planda var. Dəstək olan xüsusi şəxslər yoxdu. Azad şəkildə öz dəstəyimizi veririk. Hələ ki bu haqda klub rəhbərliyi bilgiləndirilib. Bizə dəstək olmağa çalışırlar. Düzdü, hazırda komanda aşağı pillədə qərarlaşıb. İşlər yaxşı getmir. Demək olar ki, artıq son şanslardı. Amma biz əlimizdən gələni edib, onlara dəstəyimizi veririk. Sona qədər yanlarında durmağa hazırıq”.
İSMAYIL XEYRULLAYEV