Roy Hocson komandasının cümə günü məşqində özünü qəfil pis hiss edib.
“Kristal Pelas”ın baş məşqçisi bu səbəbdən premyer-liqanın “Everton” ilə oyunundan əvvəlki mətbuat konfransını buraxıb. Xəstəxanaya aparılan 76 yaşlı mütəxəssisin özünü normal hiss etdiyi bildirilib.
“Everton” - “Kristal Pelas” matçı fevralın 19-da keçiriləcək.