• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vidadi Rzayev nikbindi, Aslan Kərimov bədbin

Yığma / Manşet

12-02-2024, 21:0

Srağagün Millətlər Liqasının yeni mövsümünün püşkü atıldı.

Yığmamızın rəqiblərinin adına da aydınlıq gəldi. Baş məşqçisiz komanda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq. Təbii ki, millinin bu qrupdan çıxmaq şansı o qədər də real görünmür. Bəs mütəxəssislər bu haqda nə düşünür? Görəsən, yığmanın qrupdan çıxması üçün hansısa dəyişikliklərə ehtiyac varmı? Bu qrupda maksimum neçə xal toplaya bilərik?

Aslan Kərimov:

“Düşünürəm ki, bəxtimizə ən çətin rəqiblər düşdü. C liqasında başqa rəqiblərlə müqayisə etdikdə bunlar ən güclülərdi. Sanki dejavü yaşayacayıq. Yenidən Estoniya, İsveç və Slovakiya ilə eyni səbətdəyik. Təbii ki, İsveç və Slovakiya milliləri bizim üçün ən çətin rəqiblərdən biridi. Digər tərəfdən bizə düşə biləcək Makedoniya, Farer adaları və ya Lüksemburq var idi. Məsələn, belə rəqiblər daha çox “dişimizə görə” idi. Qrupdan çıxıb-çıxmamaq yönündən baxsaq, çox çətin olacağını düşünürəm. Çünki bir oyunda hansısa rəqibə qalib gəlmək mümkün ola bilər, ancaq altı oyunun nəticəsində 1-cı yerə çıxmağımız mənə bir balaca çətin görünür. Milli komandaya nə kimi dəyişiklik edə bilərsən ki?! Hansı oyunçular varsa, onların sayəsində də qalib gəlmək məcburiyyətindəsən. Böyük mənada heç bir dəyişiklik etmək mümkün deyil. Çünki bu bir milli komandadı. Klub olaraq əcnəbi futbolçular ala, komandaya tam yeni simalar gətirə bilərsən, ancaq millidə bunu etmək mümkün olmur. Ona görə də nə varsa, onunla da oynamaq məcburiyyətində qalırsan. Uzağı əlavə bir-iki futbolçunu komandaya cəlb edə bilərsən. Təbii ki, yeni gələn məşqçi amilinin də böyük rolu olacaq. O da özünü pozitiv və ya neqativ tərəfdən göstərəcək. Pozitiv tərəfi odu ki, yeni məşqçi oyunçularla yaxşı anlaşacaq və onlar da özlərini göstərməyə çalışacaq. Digər tərəfdən, yeni məşqçi yeni üslub tətbiq etmək, oyunçularını tanımaq, onların xarakterini bilmək məcburiyyətindədi. Bütün bunların hamısına da vaxt tələb olunur. Bu prosesin içində istər-istəməz nəticəyə təsir edən amillər ortaya çıxır. Bir sözlə, məşqçinin olmaması da bizə təsir edəcək, yeni məşqçini gəlişi də”.


Vidadi Rzayev:
“Yəqin ki, bu dəfə hədəf 1–ci yer olmalıdı. Doğrudu, indiyə qədər buna nail ola bilməmişik, amma daha bura qədər də gəlmişik. Autsayder kimi Estoniyanı görürəm. Əvvəlki tsikldə da Estoniya ilə bir qrupa düşmüşdük, elə sonuncu yeri də onlar tutmuşdu. İnşallah, yığmamız birinci yer uğrunda mübarizə aparacaq. Doğrusu, reallıq bunu göstərmir, amma 1-ci yeri tutmalarını arzulayıram. Yəni 2-ci yeri tutmağımız da uğur sayıla bilər, lakin hamımız bilirik ki, bunun amması var. Hələ görək baş məşqçi postuna kimi təyin edirlər. Fikrimcə, yerli mütəxəssisə etibar etmək daha məqsədəuyğundu. Oyunçu baxımından yığmada elə bir köklü dəyişiklik yoxdu. Eyni oyunçular, eyni sistemdi. Bayaq da qeyd etdiyim kimi, yerli mütəxəssis baş məşqçi postuna gətirilsə, ən azı 2-ci yeri tuta bilərik. Yəqin ki, sonuncu yeri tutmayacağıq. Ən azı buna sevinərik”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

8-02-2024, 21:0

Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Dünya futbolu

9-02-2024, 11:0

"Azərbaycan millisinə qaytarmalı olduğumuz borcumuz var" - Marek Hamşik

İdman

24-08-2023, 01:0

Yığmamızın qrupdan çıxması möcüzəyə qaldı

Yığma

9-02-2024, 14:0

Millimizin oyunlarının təqvimi - Millətlər Liqası

Ölkə futbolu

9-02-2024, 12:0

"Azərbaycanla oyun haqqında pis xatirələrimiz var"

Yığma / Manşet

16-11-2023, 19:0

“İsveç oyuna ciddi yanaşmayacaq” – Aslan Kərimov qələbə gözləyir

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə