• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Maraqlı

7-02-2024, 23:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" arxada qalan həftənin maraqlı sitatlarını təqdim edir:

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi (mövsümün sonunda “Barselona”ya yollanacağı haqda iddiaya reaksiyası): “Bu xəbərlərin hamısı yalandı. Yayılan şayiələrə görə təəssüflənirəm. Hazırda “Arsenal”a köklənmişəm. Burda görəcəyimiz çox iş var”.
Canni İnfantino, FİFA-nın prezidenti: “Futbolçuların dəyərinin müəyyənləşdirilməsinə yanaşmanın dəyişdirilməsi zərurətə çevrilib. İndi bizim üçün bu və digər mövzular haqqında danışmaq həmişəkindən daha vacibdi. Məsələn, transfer sistemində şəffaflığı artırmaq və maraqlı tərəflərə kömək etmək üçün transfer haqqının ədalətli dəyərini qiymətləndirmək üçün alqoritmdən istifadə imkanlarının müzakirəsi zəruridi”.
Vircil van Diyk, “Liverpul”un müdafiəçisi (mövsümün sonunda komandanı tərk edə biləcəyi haqda iddiaya reaksiyası): “Bilmirəm. Müqaviləmin müddətinin bitməsinə 18 ay qalıb. Klubu qarşıda çox işlər gözləyir. Məşqçini, həmçinin bütün gedəcək işçiləri başqaları ilə əvəzləmək lazım gələcək. Çox şey dəyişəcək. İşin hansı istiqamətdə gedəcəyi mənə maraqlıdı. “Liverpul”un hansı dəyişiklikləri edəcəyini bildikdən sonra nə olacağını görəcəyik. İndi özümlə bağlı heç nə deyə bilmərəm”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Atletiko”nun ölkə kubokunun oyununa hazırlaşmaq üçün yalnız iki gününün olması mənə ədalətsizlik kimi görünür. Bu, federasiya tərəfindən klubumuza qarşı hörmətsizlikdi. Qarşıda vacib yarımfinal oyunu var. Federasiyanın rəhbərliyi başa düşməlidi ki, bir komandanın hazırlaşmaq üçün cəmi 2 günü qalır (Simeonenin komandası fevralın 6-da yarımfinalda “Atletik” ilə qarşılaşacaq, bu matçdan əvvəl - fevralın 4-də “Real”a, 2-də isə “Malyorka”ya qarşı oynayacaq – R.Y.). “Atletik” ilə çərşənbə günü yox, cümə axşamı oynasaydıq, çox şey dəyişəcəkdi?”.
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Mən “Barselona”da bu işə yenicə başlayanda sözün əsl mənasında futbola aludə idim (Qvardiola 2008-12-ci illərdə baş məşqçisi olduğu “Barselona” ilə 3 dəfə La Liqanın, 2 dəfə İspaniya kubokunun Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub – R.Y.). İndi divanda dincələ bilirəm, televizora baxıram və heç nə haqqında düşünmürəm. Bu faydalıdı, çünki belə fasilələrdən sonra geri qayıtmaq istəyi artır. Əvvəllər daim futbol haqqında düşünürdüm, mənə elə gəlirdi ki, nəyisə görmürəm. Buna görə də işə yanaşmam kifayət qədər peşəkar deyildi. İndi başa düşürəm ki, mən bu barədə yanılmışam”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Bura gələndə düşündüklərimi demişdim. Mən deyəndə ki, biz klubu yenidən qururuq, siz mənə qarşı çıxmışdınız. Mən də demişdim ki, hazırkı “Barselona” 2010-cu ildəki komanda deyil. Mənə elə gəlir ki, 12 xalla La Liqanın qalibi olsaydım belə, bu rola uyğun gəlməzdim. Bunun tarixlə bağlı olduğunu düşünmürəm. Bu, ətraf mühitə, kluba, tələblərə və şəxsən mənə aiddi”.
Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Xavi mövsümün sonunda postunu tərk edəcəyini yenicə açıqlayıb deyə, bu barədə yetərincə düşünmək imkanım olmayıb. Futbolda belə hallar olur, biri gedir, başqası gəlir. “Barselona”dakı vəziyyət idman böhranının yetidiyi halı əks etdirir. Bu hal, maliyyə işlərinin yaxşı gedib-getməməsindən asılı olmayaraq, istənilən klubda baş verə bilər. “Barselona” həmişə hər şeyi qazanmağa can atan komandadı. Belə komandanı çalışdıran məşqçi bu halda böyük məyusluq yaşayır. Dediyim kimi, belə vəziyyət istənilən böyük komandada baş verə bilir”.
Yaser Əl-Mişaal, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti (milli komandanı çalışdıran Roberto Mançininin Asiya Kubokunun 1/8 finalının Koreya ilə matçından sonrakı penalti seriyası zamanı Sami Əl-Nacinin zərbəsinin dəf edən rəqib qapıçının xətti keməsinə görə VAR-a baxılması tələbinin geri çevrilməsi səbəbindən seriyanı sona qədər gözləmədən paltardəyişmə otağına yollanmasına reaksiyası): “Məşqçinin matç tam başa çatmamış çıxıb getməsi qətiyyən qəbuledilməzdi. Bunun niyə baş verdiyini onunla müzakirə edəcəyik. O, hərəkətini izah etmək hüququna malikdi. Biz yalnız baş məşqçini dinləyəndən sonra müvafiq qərar verə bilərik”.
Jafar İrismetov, Tacikistan yığmasının sabiq hücumçusu: “Asiya Kubokunun finalında Tacikistan və Özbəkistan yığmalarının oyununu izləmək maraqlı olardı? Əlbəttə, ölkələrimizin finalda qarşılaşmasını çox istərdim. Biz özbəklərə də azarkeşlik edirik. Onlar bizim qonşularımızdı”.
Denni Mörfi, “Liverpul”un sabiq yarımmüdafiəçisi: “Məndən olsaydı, baş məşqçi postuna Messini təyin edərdim. “Barselona”nın azarkeşləri bu seçimi çox bəyənərlər. Leo nəyə toxunursa, qızıla çevirir. Lionel Yerə qeyri-real işlər görmək üçün göndərilib. Və bu fəaliyyəti məşqçiliklə də sona çatmayacaq”.
Filip Foden, “Mançester Siti”nin yarımmüdafiəçisi: “Hərdən mənə elə gəlir ki, hər şey sürətlə baş verir. Çünki artıq karyeramda çox şeyə nail olmuşam. Artıq “Siti” ilə qazandığım titulların sayını açıqlasam, ağlagəlməz vəziyyət yaranacaq. 23 yaşımda 16 tutulun sahibi olmaq qeyri-real göstəricidi. Amma bu yolla davam etmək və futbol tarixinə ən titullu oyunçulardan biri kimi düşmək istərdim”.
Tyerri Anri, Fransa yığmasının sabiq hücumçusu: “Bu mövzuda daim danışıram. Sualı ölkələrin hakim dairələrinə ünvanlamaq lazımdı. Lilian (milli komandadan olan sabiq oyundaşı Lilian Türamı nəzərdə tutur – R.Y.) əlindən gələni edir. O, mövcud qanunu dəyişə bilər? Yox, bunu edə bilməz. Onun bacardıqlarından artığını edə biləcəyini düşünmürəm. İrqçilikdən söz düşəndə həmişə qaradərili oyunçulara suallar ünvanlanır. Və bu doğrudu. Bu mövzuda həqiqəti demək vacibdi. Amma bu barədə cəmiyyətin bütün üzvlərinin fikir bildirməsi və qanunların yenidən yazılması daha doğru olardı. Hərdən elə təəssürat oyanır ki, irqçi təhqirə məruz qalan oyunçular meydanda tək qalırlar...”
Luis Enrike, PSJ-nin baş məşqçisi: “2023/24 mövsümü üçün qarşıya qoyulan hədəflərimiz? Bizim hədəfimiz iyunun 1-nə qədər mümkün olan bütün kubokları qazanmaqdı. Biz bu qədər cəsarətliyik”.
Eden Azar, “Real”ın sabiq yarımmüdafiəçisi: “Mən uşaq yaşlarımdan Zidanı, “Santyaqo Bernabeu”nu, “Real”ı sevirəm. “Real”ın başqa klublarda olmayan bir cazibəsi var. Ancaq artıq hesab edirəm ki, bu komandaya tamamilə uyğun gəlməmişəm. “Real”ın oyunu xoşuma gəlmədi. Amma “Real”da olmaq mənim arzum idi. Bu klubda oynamadan karyeramı başa vura bilməzdim. “Real”da çıxış etmək çətindi. Bəlkə də orda olanda daha çox məşq etməliydim. Həmin müddətdə daha ağır zədələr aldım və bir neçə dəfə əməliyyat keçirdim”.
Robert Levandovski, “Barselona”nın hücumçusu: “2023-cü ildə özümü həm psixoloji, həm də fiziki cəhətdən zəif hiss etdiyim dövr oldu. Həmin dövrdə bütün pis və mənfi amillər mənə təsir etmişdi. Uğursuzluqlar üst-üstə yığılmışdı. Əlbəttə, özüm də səhvlərə yol vermişdim. Müəyyən axına düşmüşdüm, ordan çıxaraq normal vəziyyətə qayıtmaq üçün uzun müddət əziyyət çəkməli oldum. Futbolda isə belə uğursuzluq zolağından qısa müddətdə çıxmaq heç də asan deyil. İndi karyeramda daha yaxşı dövrün qarşıda olacağını hiss edirəm. 2023-də isə qığılcımımın söndüyü an baş vermişdi...”
Paulu Futre, Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi: “Yaxın gələcəkdə “Real”da ən vacib oyunçu Vinisius olacaq. O, matçda təkbaşına qalib gəlməyə qadir olan çox təhlükəli oyunçudu. O, fenomendi”.
Denni Mörfi, “Liverpul”un sabiq yarımmüdafiəçisi: “Məndən olsaydı, baş məşqçi postuna Messini təyin edərdim”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-01-2024, 10:0

Arteta “Arsenal”ı “Barselona”ya dəyişəcək?

Dünya futbolu

31-01-2024, 13:0

“Liverpul”u o da tərk edəcək?

Dünya futbolu

26-05-2022, 16:0

Neymar haqqında gəzən iddiaya münasibətini bildirdi

Dünya futbolu

2-04-2022, 17:0

Arteta bütün məşqçiləri arxada qoydu

Maraqlı

24-01-2024, 21:0

Ötən həftənin sitatları

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə