• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”in dirçəlişinin üç səbəbi: bir əskik var! - YAZI

Manşet / Yazarlar

7-02-2024, 09:0

“Kəpəz” Misli premyer-liqasının 21-ci turunda Qəbələdə keçirilən matçda “Araz-Naxçıvan”ı məğlub etdi – 3:1. 19-cu turda Qərb derbisində “Turan Tovuz”u da məğlub edən “sarı-göylər” indi sonuncu pillədə qərarlaşan “Qəbələ”ni 5 xal qabaqlayır.

Bəllidi ki, 20-ci turda keçirilən “Kəpəz” – “Qarabağ” oyununda da nominal meydan sahibləri baxımlı oyunla yadda qaldı. Üstəlik 1 xalı Toral Bayramovun 90+5-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməsiylə əldən verdilər. Ümumiyyətlə, futbol ictimaiyyəti Gəncə təmsilçisinin gücləndiyini, əvvəlkinə nisbətən daha iddialı olduğunu görür. Maraq üçün qeyd edək ki, komanda Tovuz şəhər stadionundakı son matçını 15-ci turda keçirib və “Sabah”a məğlub olub – 0:2. Daha sonra burda baş verən məlum hadisəylə bağlı ev oyunlarını Qəbələdə keçirməyə başlayıb. 16-cı turda isə “qırmızı-qaralar”ı məhz burda darmadağın edib – 3:0.

Əlbəttə, yazdıqlarım ümumi mənzərənin görünən tərəfidi. Nəticələr, qollar, qələbələr, turnir cədvəlindəki durum və s. və i.a. Bəs komandada nə dəyişdi?

1. Təbii ki, başlıca səbəbkar sabiq baş məşqçi Azər Məmmədovun istefasından sonra bu vəzifəyə gətirilən Adil Şükürovdu. Onun, demək olar ki, bütün mətbuat konfranslarında “Azər müəllim yaxşı komanda formalaşdırıb” deməklə sələfini xatırlaması təqdirəlayiqdi. Amma komanda bugünkü uğurlarını daha çox Adil Şükürova borcludu. Baş məşqçi işini hiss etməmək mümkün deyil. “Sarı-göylər” istər psixoloji, istərsə də fiziki cəhətdən yaxşı səviyyədədi. Futbolçuların oyun tərzinə, performansına nəzər yetirdikdə məşq prosesinin necə keçdiyi göz önünə gəlir. Sıx qrafik, məsuliyyətli yanaşma, təcrübəli baş məşqçi, istək, hədəf... Vacib məqam çoxdu. Məqsəd isə “Qəbələ”ni 10-cu sırada saxlamaq deyil. Bunu Adil bəy özü etiraf edib. “Turan Tovuz”a çatmaq istəyirlər. Sonra o biri, sonra digəri... Əlbəttə, bu yanaşma futbolçuların arxayınlaşmasının qarşısını almaqla yanaşı, istəyə çatmaq üçün daha çox çalışmağa sövq edir.

2. Qəbələ şəhər stadionu təbii ot örtüklüdü. Sözsüz, bu amil futbolçuların daha rahat hərəkət etməsinə, sürət yığmasına, zədələnmə ehtimalından qorxunun minimuma enməsinə şərait yaradır. Desəz ki, bəs “Qəbələ” bu meydanda niyə eyni nəticələri qazanmır? Çünki “qırmızı-qaralar” psixoloji gərginlikdən əziyyət çəkir, “Kəpəz”də isə belə hal yoxdu. Həmçinin get-gedə nəticələrin yaxşılaşması gəncəlilərin motivasiyasını daha da artırır.

3. Xatırlayırsızsa, Gəncə şəhər stadionunda keçirilən ev oyunları qalmaqallarla yadda qalırdı. Bəzi azarkeşlər komandaya dəstək vermək əvəzinə ciddi təzyiq göstərirdi. Elə sabiq baş məqşçi Azər Məmmədov da bunu dəfələrlə dilə gətirmiş, səfər oyunlarında daha rahat oynamalarının, nisbətən yaxşı nəticələr qazanmasının səbəblərini belə izah etmişdi. İndi isə yaxşı nəticələr və baxımlı oyun var. Əskik olan AZARKEŞ DƏSTƏYİDİ!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

11-12-2023, 11:0

Misli premyer-liqasında mövsümün rekordu təkrarlandı

Aktual

10-04-2023, 14:0

"Kəpəz" növbəti iki ev oyununu Qəbələdə keçirəcək

Premyer-liqa / Manşet

18-08-2023, 18:0

“Turan Tovuz”dan səfər qələbəsi - YENİLƏNİB

Premyer-liqa

15-08-2023, 17:0

“Dalğa Arena”da sensasiya, “Qarabağ”dan darmadağın - TURUN ŞƏRHİ

Premyer-liqa

22-08-2023, 14:0

“Zirə” vahid liderdi, amma üç izləyicisi var - TURUN İCMALI

Premyer-liqa / Manşet

11-11-2023, 21:0

"Sumqayıt" və "Sabah" səfərdə qalib gəldi - YENİLƏNİB

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 11:14
    “Azərbaycan adını eşidən elə ölkələr var ki...” - səfər oyunlarının yayını sual altındadı
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə