• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lütfi Zadənin qeyri-səlis məntiqi və heç bir nəzəriyyə tanımayan “Qarabağ” - REPORTAJ

Ölkə futbolu / Reportaj

6-02-2024, 12:0

“Səbail”in şənbə günü keçirilən oyununda 103 illiyi ilə bağlı tribunada pankartı asılan dünyaca məşhur azərbaycanlı riyaziyyatçı Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti ondan ibarətdi ki, ən müxtəlif şəraitlərə uyğun fərqli cavab variantları tapmaq mümkündü, yəni həyat yalnız ağ və qara rənglərdən ibarət deyil. Amma indi bu nəzəriyyəni Azərbaycan futboluna tətbiq etmək olarmı? Mənə elə gəlir ki, yox! Çox güclü, istənilən heyətlə qələbə qazanmağa qadir “Qarabağ”, bir də bu komanda ilə qarşılaşanda “kaş Qurban Qurbanovun mənə rəhmi gələydi, çox qol qurub istefama səbəb olmayaydı” düşünən qalan baş məşqçilərin çalışdırdığı rəqiblər var.

Şahin Diniyev oyunsonrası mətbuat konfransında “düşünmürəm ki, indiyə kimi hansısa komanda “Qarabağ”ın qapısı önündə bu qədər qol vəziyyəti yaratsın” deyirsə, gərək onu da əlavə edə ki, təhlükəli vəziyyətlər “dənizçilər”in düşünülmüş hücumlarının nəticəsi deyildi, adətən, qonaq müdafiəçilərin qeyri-adi səhvləri nəticəsində yaranırdı. Məsələn, 7-ci dəqiqədə Masikanın zərbəsini qaytarmaq istəyən Bəhlul ayağını elə qoydu ki, top təkrar “Səbail”in belçikalı hücumçusuna qayıtdı və belədə Veşoviç 2-ci zərbəni boş qapıdan çıxarmalı oldu. “Qarabağ”ın ilk zərbəsi 9-cu dəqiqədə Toraldan gəldi, onda da top qapının üstündən keçdi. Bir dəqiqə sonra ağdamlılar elə ilk ciddi hücumda penalti qazandı. Juninyo ilə mübarizəyə girişən Najah topa əllə toxundu, Cavid Cəlilov VAR-la da uzun-uzadı məsləhətləşəndən sonra “nöqtə”ni göstərdi. Toral zərbəni yerinə yetirməyə hazırlaşsın, mən sizlə iki önəmli məqamla bağlı müşahidələrimi bölüşəcəm. Referi hər dəfə VAR-la məsləhətləşməyi lazım bilsə də, penalti qərarlarının hamısı doğru idi. Çox güman, ölkə çempionatı tarixində ilk dəfə bir oyunda 4 penalti təyin olundu. “Çox güman” deməyimin əsas səbəbi odu ki, 90-cı illərin bəzi mövsümləri ilə bağlı tam statistika yoxdu. İkinci müşahidəm: deyəsən, “Qarabağ”da əli başına çatan penalti vurmağa can atır. 14-cü dəqiqədə bunu Toral (Juninyo özü vurmaq istəyirdi), 59-cu dəqiqədə Benzya etdi, uzatma dəqiqələrində Hüseynəlini aldatmağa çalışan Keyta da yerdə qalandan sonra hakimin penalti təyin edəcəyini düşünüb, Toral meydanda ola-ola, “nöqtə”yə yaxınlaşdı. Bir sözlə, “Qarabağ” bu məsələyə çəki-düzən verməlidi.

Bəli, Toral hesabı açdı və hissənin sonuna qədər qarşılıqlı hücumlar izlədik. Düzdü, topa və oyuna “Qarabağ” nəzarət edirdi. 24-cü dəqiqədə Nəriman 2-ci qolu vurmağa yaxın oldu. 29-cu dəqiqədə ağdamlıların daha bir təhlükəli hücumu nəticəsiz qaldı. “Dənizçilər” isə 39-cu dəqiqədə gözəl əks-hücum qurdu. Nagah – Nuno – Abdullazadə kombinasiyasını portuqaliyalı qolla bitirməyə borclu idi.

Gözlənildiyi kimi, “Səbail” 2-ci hissəyə daha fəal başladı. Ramalinqomun sevdiyi nöqtədən yerinə yetirdiyi iki cərimə zərbəsi ilə ifadə olunun bu fəallıq dalğasını “Qarabağ” 59-cu dəqiqədə yatırdı. Valdemar Almeydanın əllə oyununa görə təyin olunan penaltini Benzyanın qola çevirməsini nəzərdə tuturam. Çox güman, Diniyev 0:2-dən sonra Murad Musayevin taleyini düşünməyə başlamışdı. Amma Maksim 63-cü dəqiqədə Valdemara qarşı yersiz kobudluq etməklə həm Diniyevin düşüncələrini yarımçiq qoydu, həm də meydandan qovuldu. Axı bu hərəkətin cəzası penalti, deməli, həm də fərqin azalması idi. Pedro Nuno iki cəhddə topu tora saldı. Təbii ki, 1:2-dən sonra “Qarabağ” daha ehtiyatlı oynamağa başladı. Qurbanov da Romaonu Bədavi ilə əvəzləməklə müdafiəni möhkəmlətməyə çalışdı. Amma “dənizçilər” bərabərlik qolunu da vura bilərdi. 72-ci dəqiqədə Masika nədənsə topu iki toxunuşla qapıya vurmaq istədi, 74-cü dəqiqədə Ramalinqomun zərbəsi az fərqlə qapıdan aralı keçdi. “Qarabağ” isə uzatma dəqiqələrində daha bir penalti qazandı. Toral topu yandan vurmaqla sonluğun daha gərgin keçməsinə səbəbkar oldu. Cavid Cəlilov 2-ci hissəyə 7 dəqiqə artırsa da, komandalar mübarizəni dayandıranda 102-ci dəqiqə gedirdi...

Gözdən qaçmadı
* “Qalatasaray”ın idman direktoru Cenk Ərgün də oyunu izləyənlər arasındaydı.
* Diniyev hakim qərarlarına münasibətdə olduqca aqressiv idi. Onun hakimə ünvanlanan ilk iradı 15-ci (“bəsdi də, bl...”), ikincisi 17-ci (“arxadan vururlar, görmürsən, yenə gəldin də sən bizim başımıza”) dəqiqəyə təsadüf etdi və heç dayanmadı.
* “Qarabağ Ordu” fanklubu yalnız 30-cu dəqiqədə tribunadakı yerini tutdu və dərhal şüarlara başladı.
* Benzya ilk yarının uzatma dəqiqələrində 4-cü hakim Rauf Allahverdiyevə yaxınlaşdı, onu tənbeh etdi və söydü. Elə penaltidən vurduğu qoldan sonra da “Səbail”in oyunçularından kiməsə barmaq silkələdi.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

8-07-2022, 14:0

Şahin Diniyev: "Andradenin "Qarabağ"dan ayrılmasının komandaya təsiri var, amma..." - AÇIQLAMA

Aktual / Ölkə futbolu

28-11-2023, 15:0

“…Gərək rejissorluqda ən azı olimpiya çempionu olum ki, belə filmlər çəkə bilim” – Bəhram Bağırzadədən açıqlama

Premyer-liqa / Manşet

13-05-2023, 23:0

"Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar" - Şahin Diniyev

Manşet

10-08-2023, 18:0

Qoy rəqiblər bizdən qorxsun! - YAZI

Premyer-liqa / Manşet / Yazarlar

7-09-2023, 19:0

Nə xoşbəxt son: Şahın da canı qurtardı, bizim də! - KÖŞƏ

Premyer-liqa / Manşet

3-02-2024, 18:0

"Məğlub olsaq da, utanılası bir əlamət görmürəm"

Aktual
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Son xəbərlər
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 127
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə