Kişi voleybolçular arasında ölkə çempionatında yarışan Şuşa “Xarı Bülbül”ünün fəaliyyətini dayandırdığını xəbər vermişdi.
Klubun rəhbəri İlqar İmamquliyev və baş məşqçi Ziya Rəcəbov buna görə Azərbaycan Voleybol Federasiyasını (AVF) günahlanmışdı. Görəsən, məlum açıqlamalardan sonra AVF-dən klub rəsmiləri ilə əlaqə saxlayan olubmu? Ziya Rəcəbovun fikirləri:
"Durumda heç bir dəyişiklik yoxdu. Federasiyadan heç kim əlaqə saxlamayıb. Morozdan başqa bütün oyunçular gedib. Onun gedəcəyi yer yoxdu. Deyəsən, Ukrayna - Rusiya müharibəsinə görə getmək istəmir. Təkliflər olsa, karyeramı xaricdə davam etdirəcəm. Burdakı çempionatı izləmirəm. 2019-dan təsis etdiyim "Zikos kids voleybol" akademiyam var, hazırda orda uşaqlarla məşğulam. İstəyirəm ki, ölkəmizin gələcəyinə nəsə töfhə verim".