• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xavi “Barselona”dan belə getməyi haqq etməmişdi

Dünya futbolu

2-02-2024, 19:0

Faktiki bir sutka ərzində Xavinin iki fərqli obrazını gördük.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın baş məşqçisi yanvarın 26-da Kloppun “Liverpul”dan ayrılmaq qərarını şərh edərkən belə dedi: “Klopp enerji çatışmazlığına görə gedir? Anlayıram, hər şeyi anlayıram. Məndə enerji ilə bağlı problem yoxdu. İyunda işlərin necə getdiyini qiymətləndirəcək və qərar verəcəyik”.

Yanvarın 27-də - “Vilyarreal”dan alınan 3:5 hesablı məğlubiyyətdən sonra isə Xavi yayda klubdan ayrılacağını bildirdi: “Barselona”da işləməklə bağlı duyğular qəddardı, xoşagəlməzdi, özünə hörmətsizlik hiss edirsən. Bu iş psixi sağlamlığınıza, mənəvi durumunuza o dərəcədə pis təsir edir ki, özünə davam etdirməyin mənasız olduğunu deyirsən”.

Qəfil əhval-ruhiyyə dəyişikliyi çox qəribə görünür. Belə çıxır ki, kataloniyalı Kloppun gözlənilən gedişi haqda danışarkən bir qədər yalana yol verib – sadəcə, “Barsa” fanatlarına və oyunçularına böhrandan tezliklə cıxacaqları ilə bağlı inam aşılamaq istəyib. Ancaq “Vilyarreal”la oyundan sonra dərk etdi ki, bütün tənqidləri qulağının yanından buraxan məşqçi-maço roluna yaramır.

Yalnız baş məşqçini suçlamaq axmaqlıqdı
Xavinin gedişində günahı olmayan yoxdu. Həmişəki kimi lap yuxarıdan – rəhbərlikdən başlamaq lazımdı. “Barsa”nın indiki siyasətini uzaqgörən saymaq olmaz: klub çətinliklə müflis olmaqdan qurtuldu, prezident Xuan Laporta isə 50 milyon avrodan baha oyunçular almaqla indi uğura nail olmağı gələcəyi qurban verməkdən (“BarcaVision”un səhmlərinin satılmasını nəzərdə tuturuq) üstün tutdu. Menecerlər heç cür heyəti tam komplektləşdirə bilmədi: Balde sol cinahda təkbaşına ağalıq etdi (Alonsonun “fizika”sı onunla rəqabət aparmağa imkan vermir), dayaq yarımmüdafiəçisi Romeu zəif olduğuna görə həlledici mövqedə eksperimentlərə əl atmaq lazım gəldi, Kanselonun əvəzedici yoxdu. Tibbi korpusun komplektləşməsi ilə bağlı da suallar var. Əksər top-klublar üçün ağrılı mövzudu, ancaq kataloniyalılar üçün daha aktualdı.

Laporta hər şeyin eyni zamanda olmasını istədi: “Barsa” dünya futbolundakı mövqeyini bərpa etməliydi. Ancaq belə kəskin maliyyə problemləri fonunda Çempionlar Liqasında “Siti”, “Bavariya” və “Real” ilə qələbə uğrunda mübarizə aparmağın mümkünlüyünə yalnız axmaqlar inana bilərdi. Prezidentin Napoleonsayağı vərdişləri Xavinin həyatını heç də asanlaşdırmadı.

Vəziyyətin bu həddə çatmasında futbolçular da günahkardı. Meydanın kənarında dayanan baş məşqçinin onların hər hərəkətinə rəhbərlik etməsiylə bağlı nəzəriyyəni boş verin. İndi baş məşqçilər qədər ən azı futbolçular da əsas qəhrəmandı. Ancaq nə edəsən ki, Joao Feliş bir oyunda möcüzəvi performans göstərir, növbəti oyunda isə görünməz olur. Nə edəsən ki, Robert Levandovski qol vəziyyətlərindən necə yararlanmaq lazım olduğunu unudub. Nə edəsən ki, Kunde özünü əfsanəvi müdafiəçi sayır və cinahda oynamaq tapşırığı alanda aləmi bir-birinə qatır.

Oyunçular bəzən Xavini inanılmaz şəkildə “yandırıb”. Kataloniyalılar Çempionlar Liqasının ötən mövsümündə qrupdan çıxmalıydı: rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırdılar, möhtəşəm “Bavariya”nı üstələyirdilər, lakin müdafiədəki başıpozuqluq və qol imkanlarının boşa verilməsi komandanı Avropa Liqasına atdı.

Bədxahlar siyahısına azarkeşləri də yazmaq olar. “Real” azarkeşlərinin pis oyuna və nəticələrə görə komandanı fitə basmasına öyrəşmişik. İndi isə total futbol vurğunu olan “Barsa” kulesini təsəvvür edin – onlar hətta qələbə halında da komandanı söyməyə hazırdı. Klub artıq çoxdan öz ideologiyasının qurbanına çevrilib. “Real”ı belə şeylərə görə danlamağı sevirsizdə, onda özünüz standartlara uyğun gəlməyə çalışın.

Bəs Xavinin günahı nədədi?
Demək olmaz ki, Xavi tənqidi haqq etməyən ağ vərəqdi, mələkdi. O özü hər həftə klub DNT-si, fəlsəfəsi haqda mülahizə yürütməklə, rəqibləri inamsız qələbələrə görə yamanlamaqla azarkeşlərin gözləniltilərini qidalandırıb. Ancaq baş məşqçiyə ünvanlanası başqa suallar da var.

Hakimlərlə bağlı daimi sirk nəyə lazım idi? Futbolçu Xavini hər kəs yaxşı xatırlayır. Onda az qala hər ikinci mübahisəli epizod zamanı futbolçuları başına toplayır, hakimin üzərinə hücum çəkirdi – 20 ildən sonra da heç nə dəyişməyib. Məşqçi hər həftə bu mövzuda qalmaqal yaratmağa öyrəşmişdi: gah referi yanlış fit çalırdı, gah paralel keçən oyunlarda hakimlər “Barsa”nın rəqiblərinə yardım edirdi... Sonra isə daha bir tamaşa çıxardı: “Polemikaya səbəb olmaq istəmirəm. Mənə, sadəcə, hakimlərə təzyiq göstərmək xoş gəlmir”. Amma cəmi bir neçə gün sonra – “Vilyarreal”la oyunun ardından hakimlərin işini şərh edərkən kameraya “biabırçılıq, biabırçılıq” qışqıracaqdı. Belə eksentrik davranış və günahın başqalarının üzərinə qoyulması fonunda səndən də hesabat tələb olunması gözləniləndi. Ancaq Xavi hər dəfə nəsə bəhanə tapırdı: ya günəş yaxşı işıq saçmırdı, ya da qazon quru idi...

Növbəti sual: Levandovskiyə kor-koranə nə qədər güvənmək olar? Polşalı ulduz tənəzzül edir, o artıq qol vəziyyətlərini reallaşdıran mexanizm deyil. Heç irəli çəkilən forvard roluna da yaramır. Bəs onda niyə Vitor Rokeyə şans verilmir? Niyə Xavi Ferran Torresi hücumçu mövqeyində sınamır? Niyə komanda “yalançı” 9 nömrə ilə oynamır? Çox qəribə qapalı dairə alınır. Levandovski bir oyunu boşa verir, hər kəs əmindi ki, Xavi növbəti oyunda onu ehtiyatda saxlayacaq, amma polşalı yenə start heyətində yer alır. Və hər dəfə, hər dəfə belə davam edir.

Xaviyə ünvanlanan belə tənqidi dəlillər tam haqlıdı. Axı biz onu ehkamların əsiri olan mütəxəssis kimi tanımırıq. O artıq oyunu yenidən qurmaq bacarığını göstərib, maraqlı ideyaları var (Qavini 2023-ün əvvəlində gizli yarımmüdafiəçi kimi oynadırdı). Bəs onda Levandovski ilə bağlı niyə yersiz inadkarlıq edir?

Xavinin fiasko ilə nəticələnən Superkubokun final oyunundakı qərarları daha böyük təəccüb doğurur. Birincisi, kataloniyalı mütəxəssis Vinisiusun qarşısını almaq üçün Arauxonu yenə sağ cinaha qoydu. Braziliyalı bu mövsüm nominal mərkəz hücumçusu kimi oynayır, onun meydandakı hərəkətləri artıq yalnız sol cinahda yürüməklə məhdudlaşmır. Junior indi mərkəzdə tez-tez kombinasiya qurur, cinah müdafiəçiləri ilə az anlaşır. İkincisi, kataloniyalılar “Real”la həmin oyunda əsaslandırılmayan şəkildə hədsiz yüksək müdafiə xətti qurmuşdu.

Hər kəs bilir ki, “Real” əks-hücumlarda çox təhlükəlidi, hiperaktiv Vinisiusla Rodriqo qırıcı təyyarə kimi irəli şığıyır. Hər kəs bilir ki, Vinisius fərqli oynamağa başlayıb. İndi hamı anlayır ki, “Real” dəyişməyə hazırdı, Xavi isə ardıcıl üç ildi “el-klasiko”da eyni taktikadan yararlanır.

Amma yenə də Xavinin belə sonluğu haqq etdiyini demək olmaz. O, klubun öz uşağıdı, qənimətsiz mövsümü də bağışlamaq olardı. Xavinin potensialının, ideyalarının və xarakterinin olduğu şübhə doğurmur. Klubun əfsanəsinin ötən mövsüm qurduğu, La Liqanın qazanılmasında müstəsna pay sahibi olan dəmir-beton müdafiəsi bu il zədələr üzündən dağıldı. Əslində hücumda o qədər problem yoxdu, sadəcə, qol vəziyyətlərini daha yaxşı reallaşdırmağa dəyər. Kataloniyalılar “quru” oyunların sayı baxımından həqiqətən pis mövsüm keçirir, ancaq ədalət naminə bəxtin də bir çox hallarda komandadan üz döndərdiyini vurğulamalıyıq.

Xavi medianın və azarkeşlərin təzyiqini haqq etdimi? Müəyyən mənada bəli: o özü neqativ fona əsas verirdi. Ona ürəyimiz yanmalıdımı? Əlbəttə. Digər tərəfdən, Karlo Ançelotti 20 ildən artıq sürən məşqçi karyerası boyunca dəfələrlə belə hallarla üzləşib. Amma dözüb və əfsanə olub.

Xavi güclü xarakterə malik adam təsiri bağışlayır, ancaq ciddi təcrübəsinin olmaması bu şəkildə istefa verməsində önəmli rol oynadı. Çox güman, ilk dəfə yüksək səviyyədə işləməyin çətinlikləri də var. Təbii ki, Qətər çempionatında “Əl-Sədd”i çalışdırmaq başqadı, dünya nəhənglərindən “Barselona”nı çalışdırmaq başqa. Çox günan, Xavinin bundan sonra da top-liqada çalışmaq imkanı olacaq. Ancaq gerçəkdən onun kənardan özünə baxmasına və müəyyən nəticələr çıxarmasına ehtiyac var. Bunun mütləq Xaviyə faydası dəyəcək. Amma “Barselona” üçün bu istefadan sonra hər şey yaxşı olacaqmı? – demək çox çətindi.

“Vilyarreal”la oyundan sonra dedikləri
* Bu qərar mövcud durumu yumşaldacaq. Özümü bu duruma görə cavahdeh sayıram və düşünürəm ki, hər kəs çox yaxşı çalışdı. Çox keyfiyyətli iş görülüb, ancaq qərar verdim ki, ortaq layihəmiz iyunun 30-da başa çatmalıdı. Güman edirəm ki, bu addım oyunçuları möhkəmləndirəcək və klubun ümumi durumunu yüngülləşdirəcək. Bir neçə gün düşünəndən sonra qərar verdim, müəyyən mənada özüm-özümü istefaya göndərdim. Buxov olmaq istəmirəm. Bu klub üçün həmişə problem yox, onun həlli olmaq istəyirəm. İki il üç ay əvvəl problemin həlli idim, ancaq indi qəlbimin səsinə qulaq verərək iyunun 30-da getməyə qərar verdim. Etimada görə prezidentə təşəkkür edirəm. Möhtəşəm prezidentimiz var, o da, vitse-prezident Rafa Yuste də çox peşəkardı. Düşünürəm ki, mənim getməyimn gərginliyi azaldacaq.

* Bir qədər əvvəl qərarımın səbəblərini prezidentə izah etdim, insanca danışdıq. Onu, Yusteni, Dekunu sevirəm... İndiyə qədər onlardan tam etimad gördüm, ancaq zaman yetişdi. İqtisadi durum məni həyəcanlandırmır, ürəyimin səsinə qulaq asıram və düşünürəm ki, bu, klub üçün ən yaxşı çıxış yoludu. Bu gün tam qorxunc oyun göstərdik. Və bu, belə aqibəti haqq etməyən futbolçular üçün istiqaməti dəyişmək anıdı. Karyeramda bugünkü qədər sərt cəzalandığım oyun xatırlamıram. Klubun mənafeyi naminə kursu dəyişməliyik və bu, “Barselona” azarkeşləri üçün vəziyyəti yumşaldacaq.
* Adətən, mən sakitəm, məni əsəbləşməyə məcbur edən heç nə yoxdu. Bu gün durum fərqlidi. Enerjim var, ancaq məsələ bunda deyil. Söhbət kursu dəyişməkdən gedir, qalan dörd ay ərzində maksimumu verəcəm. “Barselona”nın çalışdırıcısı olmaq xoşagəlməz və qəddar işdi. İşini qiymətləndirməməkdən doğan hörmətsizlik hiss edirsən və bu sənə psixoloji zərbə vurur. Və yenə də düşünürəm ki, mövsüm bizim üçün yaxşı bitə bilər. Ancaq belə hiss də var ki, iyunun 30-da mənim gedişimlə klub daha yaxşı olacaq. Sağlam məntiqlə qərar verdiyimi, düz hərəkət etdiyimi hiss edirəm. Bu klub ayrı-ayrı şəxsiyyətlərdən daha artıqdı, ona görə belə hərəkət edirəm ki, mən də “Barselona” fanatıyam. Prezidentə də bunu dedim. O mat qalsa da, məni anladı.
* İrəlidə məni nə gözlədiyini bilmirəm. İş üzündən ailəmlə az ünsiyyətdə oluram. Ailəm əziyyət çəkir, eqoist ola bilmərəm. Uşaqlarla daha çox vaxt keçirməliyəm, bu üzdən bir müddət evə qapanacam.

Rekordçu ola bilməyəcək
“Barselona” 22 turdan sonra “Jirona” ilə “Real”dan çox geri qalır. Kataloniyalıların titul qazanmaq şansı azdı, deməli, Xavi çətin ki, futbolçu və məşqçi kimi çempionluq sayına görə rekord müəyyənləşdirə bilə. 43 yaşlı mütəxəssis (futbolçu kimi 8, məşqçi kimi 1 dəfə çempion olub) hazırda liderliyi Pep Qvardiola ilə bölüşür. Jozep Samityer, Yohan Kroyff və Luis Enrike də hər iki statusla qalib olub.

“Barselona”nın oyunçusu və məşqçisi kimi çempion olanlar
ad-soyad vətəndaşlıq çempionluq oyunçu məşqçi cəmi
Pep Qvardiola İspaniya 6 (1990/91, 1991/92, 1992/93, 1993/94, 1997/98, 1998/99) 3 (2008/09, 2009/10, 2010/11) 9
Xavi İspaniya 8 (1998/99, 2004/05, 2005/06, 2008/09, 2009/10, 2010/11, 2012/13, 2014/15) 1 (2022/23) 9
Yohan Kroyff Niderland 1 (1973/74) 4 (1990/91, 1991/92, 1992/93, 1993/94) 5
Luis Enrike İspaniya 2 (1997/98, 1998/99) 2 (2014/15, 2015/16) 4
Jozep Samityer İspaniya 1 (1929) 1 (1944/45) 2

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-12-2022, 18:0

Xavi Busketsi razı salmağa çalışacaq

Dünya futbolu

28-01-2024, 11:0

''Barselona'' 5 qol buraxdı, Xavi qərarını açıqladı

Dünya futbolu

20-05-2023, 18:0

Xavinin istəyi ''Barselona''nı təəccübləndirdi

Dünya futbolu

2-11-2022, 17:0

"Xavi “Barselona”ya keçdikdən sonra komanda inkişaf edib" - İniesta

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Bu gün, 00:11
    Qışda ''Fənər''dən ayrılan futbolçu ''Qalatasaray''la danışıqlar aparır?
  • Dünən, 23:38
    Demçenko, indi günah nə səndədi, nə məndə... – YAZI
  • Dünən, 22:52
    "Bu qələbədə komanda işi var" - Valdas Dambrauskas
  • Dünən, 22:27
    AFFA “Futbol Təhsili Vebinarları”na start verdi
  • Dünən, 22:20
    "Futbolçularımı əzmlarlığına görə təbrik edirəm" - Rəşad Sadıqov
  • Dünən, 21:55
    "Sabah" "qızıl dubl" etdi! - YENİLƏNİB
  • Dünən, 20:55
    Karateçilərimiz 6 medal qazandı - AÇ
  • Dünən, 20:24
    Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu
  • Dünən, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Dünən, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Dünən, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Dünən, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Dünən, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Dünən, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Dünən, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Dünən, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Dünən, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Dünən, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Dünən, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Dünən, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Dünən, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Dünən, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Dünən, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Dünən, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Dünən, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Dünən, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Dünən, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Dünən, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Dünən, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Dünən, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Dünən, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Dünən, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • 12-05-2026, 23:0
    Flikin məsələsinə aydınlıq gəldi
  • 12-05-2026, 23:0
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 225
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 193
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 192
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə