• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Daçiya Arena”da irqçilik rəzaləti: Menyanın təhqir olunması böyük ajiotaj doğurub

Dünya futbolu

26-01-2024, 19:0

İtaliya futbol ictimaiyyəti artıq bir neçə gündü Udinedə baş verən hadisəni müzakirə edir.

Ölkə çempionatının yanvarın 20-də keçirilən “Udineze” – “Milan” oyununda (2:3) qonaqların qapıçısı Mayk Menyanın onu irqçi təhqirə məruz qoyan yerli azarkeşlərə etirazını qeyri-adi şəkildə bildirməsi qitədə, hətta dünyada da böyük ajiotaj doğurub.

Nə baş verib?
“Milan” yarım saatlıq mübarizə arxada qalandan sonra hesabı açdı. Ruben Loftus-Çikin qolundan sonra “Daçiya Arena”da arzuolunmaz hadisə baş verdi. Bəzi yerli fanatlar “Udineze”nin hesabda geri düşməsinin acığını Menyandan çıxdılar. Qonaqların qapıçısı tribunaların onu irqçi təhqirlərə məruz qoyduğunu Fabio Mareskaya bildirdi. Hakim komandaları ehtiyat oyunçular skamyasına göndərərək matçda fasilə verdi. Amma Mayk bu anda əlcəklərini çıxararaq paltardəyişmə otağına yollanmağı lazım bildi. Fransalı futbolçu yalnız oyundaşlarının xahişi ilə meydana qayıtdı. Buna görə matçda 6 dəqiqəlik fasilə yarandı.

Oyun yenicə bərpa olunmuşdu ki, ev sahibləri hesabı bərabərləşdirdilər. Görünür, təhqirlə üzləşməsi Mayka çox pis təsir etmişdi. Yoxsa normal vəziyyətdə Lazar Samarciçin güclü zərbəsinə reaksiya verə bilərdi. Ancaq həmin anda yerindən belə tərpənmədi. Menyanın ikinci hissədə buraxdığı növbəti qol isə onun tam başqa əhvalda olduğuna sübutdu: 62-ci dəqiqədə Florian Toven onun qoruduğu yaxın küncü nişan alaraq komandasını hesabda önə keçirdi. Yaxşı ki, oyundaşları Menyanın səhvlərini “sığortalamağı” bacardılar: son dəqiqələrdə əzmkarlıq göstərən milanlılar iki qol vuraraq qələbə qazandılar. Əks halda komandanın o qədər də güclü olmayan rəqiblə matçda xal və ya xallar itirməsinə görə məhz onu qınayacaqdılar.

Mayk sanksiyalar tələb edir
28 yaşlı qapıçı oyundan sonra jurnalistlərə ürəkdolusu açıqlama verib: “Topu ilk dəfə oyuna daxil edərkən meymun səsləri eşitmişdim, amma buna o qədər də məhəl qoymadım. Bu səslər təkrarlanandan sonra 4-cü hakimə və ehtiyat oyunçular skamyamıza bildirdim. Belə şəraitdə futbol oynamaq olmaz. Belə hallar ilk dəfə baş vermir. Biz onların davranışının yanlış olduğunu deməliyik. Söhbət heç də stadionda oyunu izləyənlərin hamısından getmir. Əksər azarkeşlər komandasına dəstək verir və rəqibi fitə basırlar. Bunlar normaldı, amma bu gün başverənlər normal hal sayıla bilməz. Məni təhqir edənlərə nə deyərdim? Onların heç biri ilə qarşılaşmaq istəməzdim. Belə hallara görə verilən sanksiyalar yetərincə sərt olmalıdı. Danışıqlar heç bir nəticə verməyəcək”.

“Mən “irqçiliy”in qurbanı deyiləm”
Klubu Maykı hələ Udinedəki matçın gedişində dəstəkləyib. “Milan”ın sosial şəbəkə hesablarında belə yazılıb: “Bizim oyunumuzda irqçiliyə yer yoxdu: bu hadisəyə görə çox məyus olmuşuq. Biz səninləyik, Mik!” A seriyasının sosial media hesablarında isə bunlar qeyd edilib: “Liqa irqçiliyin hər bir növünü qətiyyətlə pisləyir”.

Məlumunuz olsun ki, Menyan karyerasında bəzi fanatların məlum münasibəti ilə heç də ilk dəfə üzləşməyib. Onu 2021-ci ilin sentyabrında “Yuventus”lular da məyus etmişdilər. Fransalı onda sosial şəbəkə hesablarında belə yazmışdı: “Mən “irqçiliy”in qurbanı deyiləm. Mən Maykam, qarayam və bununla fəxr edirəm. Nə qədər ki, yüksək səslə danışa və vəziyyəti dəyişə bilirik, bunu edəcəyik”.

2022-ci ilin martında hətta “Kalyari” ilə “Milan” arasında irqçiliyə görə dava-dalaş düşmüşdü. Ümumiyyətlə, milanllar Kalyaridə keçirilən matçboyu təhqirlərə məruz qalmışdılar. Menyan isə bu baxımdan xüsusilə hədəfə çevrilmişdi. Ona görə ki, fanatlara daha yaxın olan futbolçu məhz o idi. Mayk matçdan sonra sosial şəbəkə hesabında əlinin orta barmağını göstərən meymunun şəklini qoymuş və “N.W.A” yazmışdı. Bilməyənlər üçün qeyd edək ki, N.W.A qanqst-repin əsasını qoyanlardan olan kaliforniyalı hip-hop qrupudu.

“Udineze” və fanatı cəzalandırıldı
Artıq İtaliya Futbol Federasiyası (İFF) arzuolunmaz hadisəyə reaksiya verib. İFF-nin İdman Tribunalı adlı orqanı “Udineze”nin ölkə çempionatının növbəti ev oyununu boş tribunalar qarşısında keçirməsini lazım bilib. “Ağ-qaralar” A seriyasının 23-cü turunun “Montsa” ilə fevralın 3-nə təyin olunan matçında rəqibi kimi azarkeş dəstəyinə bel bağlaya bilməyəcək.

İrqçi davranışa əl atan udineli azarkeşlərdən biri də cəzasını alıb. Yerli klub ona stadiona gəlməyi ömürlük qadağan edib.

İnfantino texniki məğlubiyyət istəyir
Əlbəttə, “Daçiya Arena”da irqçilik rəzalətinə beynəlxal səviyyədə reaksiya verilməyə bilməzdi. FİFA-nın prezidenti Canni İnfantino həm bu hadisəyə, həm də İngiltərə çempionatının 2-ci divizionunda keçirilən “Şeffild Uensdey” – “Koventri” matçında (1:2) bəzi yerli fanatların qonaqların yarımmüdafiəçisi Keysi Palmerə qarşı irqçi jestlər etməsinə münasibətini yetərincə sərt bildirib: “Şənbə günü Udinedə baş verən insident çox məyusedici və qəbuledilməzdi. Futbol meydanında və cəmiyyətdə irqçiliyə və hər cür ayrı-seçkiliyə yer yoxdu. İtaliyada baş verən son hadisə ilə üzləşən bütün oyunçulara dəstəyimi ifadə edirəm. Gələcək nəslin irqçiliyin futbol və cəmiyyətin bir hissəsi olmadığını anlaması üçün bu problemin həllində maraqlı olan hər bir kəs bu planda ilk addımlarını məktəblərdə atmağa başlamalıdı. Biz üçmərhələli prosesdən (matçın dayandırılması, matçın ikinci dəfə dayandırılması, matçın ləğvi) başqa, azarkeşləri irqçi davranış və hərəkətlərə əl atmaqla oyunun dayandırılmasına səbəbkar olan komandalara avtomatik texniki məğlubiyyət verilməli, irqçilər bütün dünyada stadionlardan birdəfəlik kənarlaşdırılmalı və onlar barəsində cinayət işi açılmalıdı”.

Fransa parlamentindən maraqlı təklif
İrqçiliklə mübarizədə Maykın vətənində maraqlı təklif səslənib. Fransa parlamentində belə hallar zamanı matçların yayınının dayandırılması zəruri sayılıb. Bazar ertəsi idman federasiyalarının fəaliyyətində qayda pozuntularını araşdıran komitə matçın gedişində “ayrı-seçkiliyin ciddi şəkildə nümayişi” qeydə alınan oyunların efirə verilməsinin hadisə qeydə alınan anda dayandırılmasını təklif edib. Bu təşəbbüsü Ekoloqçular Partiyasının deputatı Sabrina Sebayhi irəli sürüb.

Lakin bu təşəbbüsə qarşı çıxan yayın şirkətləri belə metodun “həddən artıq radikal” və “problemin əsas məğzindən” uzaq olduğu qənaətinə gəliblər. Bundan başqa, KİV üzrə ekspertin dediyinə görə, yayın şirkəti bu addımı birtərəfli qaydada, federasiya rəhbərliyinin qərarı olmadan ata bilməz. Belə halda təklif edilən metod isə yayının səsini azaltmaq və kadrda məlum təsvirlərə yer verməməkdi.

Reaksiyalar
Stefano Pyoli, “Milan”ın baş məqşçisi: “Bu hadisəyə görə çox məyusam. Mayk kimi dürüst oyunçunu çalışdırmağımla fəxr edirəm. Cahillər evdə qalmalıdılar. Belə hallara son qoymağın vaxtı yetişib”.

Rafael Leao, “Milan”ın hücumçusu: “Menyan, biz səninləyik, qardaş. İrqçiliyə birlikdə “yox” deyirik. Bu, futbola lazım deyil”.

Kilian Mbappe, PSJ-nin hücumçusu: “Sən tək deyilsən, bu dəqiqdi. Mayk Menyan, biz səninləyik. Problem çoxdan mövcuddu, amma indiyədək həlli tapılmayıb. Hər şeyin bir həddi var! İrqçiliyə “yox” deyirik!”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-01-2024, 23:0

Pyoli 100-ə, Alleqri 300-ə çatdı

Dünya futbolu

20-02-2023, 15:0

Sonu kim təhqir edib?

Dünya futbolu

24-04-2023, 19:0

“Milan” onu qorumağa çalışacaq

Aktual
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Son xəbərlər
  • Bu gün, 00:00
    Milli komandanın tarixinə düşdü
  • Dünən, 23:05
    Braziliya 1/8 finala vəsiqə qazandı - DÇ gecəsi
  • Dünən, 22:48
    Avtoqol rekordu təkrarlandı
  • Dünən, 22:15
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 21:46
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 21:20
    Dünya çempionatının tarixinə düşdü
  • Dünən, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Dünən, 20:10
    “Barselona”nı tərk etdi
  • Dünən, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Dünən, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Dünən, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Dünən, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Dünən, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Dünən, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Dünən, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Dünən, 15:41
    Berqamonu tərk etdi
  • Dünən, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Dünən, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
  • Dünən, 14:07
    Əfsanəli illər... - KÖŞƏ
  • Dünən, 13:36
    Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək
  • Dünən, 13:05
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:35
    “Ferentsvaroş”un məşqçisi "Sahah" və "Qarabağ"la oyunlar haqda nə dedi?
  • Dünən, 12:04
    Paro daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:33
    “Şahdağ Qusar”dan növbəti transfer
  • Dünən, 11:02
    “Qələbələrdən doyub” - Leandro “Qarabağ” üçün bitmişdi?
  • Dünən, 10:31
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 10:00
    “Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
  • Dünən, 00:59
    Kanada 1/8 finala çıxdı - DÇ gecəsi
  • 28-06-2026, 23:0
    Cüdoçumuz Çində medal qazandı
  • 28-06-2026, 22:0
    ''İnter'' Çalhanoğlu ilə bağlı qərarını verdi
  • 28-06-2026, 22:0
    "Sabah" "Ferentsvaroş"la da heç-heçə etdi
  • 28-06-2026, 21:0
    “Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
  • 28-06-2026, 21:0
    ''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi
  • 28-06-2026, 20:0
    Bu qardaşlar DÇ-nin tarixinə düşdü
  • 28-06-2026, 20:0
    “Liverpul”u tərk edəcək
Daha çox
Oxunub: 447
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 241
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə