“Tottenhem”in hücumçusu Son Hın Min İngiltərə çempionatının 24-cü turu çərçivəsində keçirilən “Vest Hem”lə oyunda (2:0) irqçi təhqirə məruz qalıb. Xatırladaq ki, koreyalı həmin oyunda 2-ci qolu vurub.
“Tottenhem”in “tvitter” hesabı bununla bağlı açıqlama yayıb: “Bizə oyunun gedişində internetdə Son Hın Minun irqçi təhqirlərə məruz qalmasıyla bağlı xəbərlər çatıb. Oyunçunu dəstəkləyir, sosial şəbəkələri və hakimiyyət orqanlarını bir daha bununla bağlı tədbir görməyə çağırırıq”.
Sonu kim təhqir edib?
Dünya futbolu