• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hər hansı rəsmi məlumat təqdim edilməyib” – millimiz niyə cəzalandı?

Ölkə futbolu / Manşet

25-01-2024, 19:0

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.

Azərbaycan Futzal Federasiyasının yaydığı məlumata görə, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdı. Maraq üçün qeyd edək ki, komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl iki dəfə Rumıniya yığmasına tətbiq olunub. Belə ki, Niderlandın şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Göründüyü kimi, qərarda komandamızın UEFA İntizam Qaydasını pozduğu qeyd olunsa da, konkret ad göstərilməyib. Bəs söhbət konkret hansı qaydaya əməl edilməməsindən gedir? Bu sualla müraciət etdiyimiz Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovu dinləyək:

“Həmin qarşılaşmada “milliləşdirdiyimiz” braziliyalılar Amadeu ilə Rafael Vilela meydana çıxıb. Diqqəti çəkən məqam odu ki, Amadeu 2013-cü, Vilela isə 2017-ci ildən yığmanın heyətində çıxış edir. Rumıniya ilə matça qədər onlar dəfələrlə Avropa və dünya çempionatının seçmə, eləcə də final mərhələlərində iştirak edib. UEFA-nın bu illər ərzində heç bir reaksiya verməməsi, əksinə, cari seçmə mərhələdə bu qədər oyunun nəticəsini ləğv etməsi anlaşılmazdı. Qısası, bu qərar bizim üçün gözlənilməz oldu. Çünki dəyişikliyin olmasıyla bağlı federasiyamıza hansısa rəsmi məlumat təqdim edilməyib. Bilinir ki, UEFA futzalda sərt tədbirlər görür, daha dəqiq desək, şərtlərin ağırlığını artırır. Buna hörmətlə yanaşmaq və başverənlərlə razılaşmaqdan başqa çıxış yolu yoxdu. Ümumiyyətlə, DÇ-2024-ün elit mərhələsinin oyunları zamanı belə qərarlar çoxluq təşkil etdi. Məsələn, E qrupunda yeddi matçın, yer aldığımız qrupda isə bizə qədər iki belə görüşün nəticəsi ləğv olunmuşdu”.


Maraqlıdı, belədə günahkar axtarmağın mənası varmı? Yəni federasiya rəhbərliyinin və ya milliminin baş məşqçisi Vitali Borisovun hansısa məsuliyyətsizliyindən danışmaq olarmı? Axı UEFA-nın islahatları diqqətdə saxlanılmalı və buna uyğun addımlar atılmalıdı! Mahal bəyin fikrincə, qərar gözlənilmədən, daha doğrusu, xəbərdarlıq edilmədən qüvvəyə mindiyinə və braziliyalılar uzun zamandı milli üzvü olduğuna görə hansısa əlavə tədbir görülməyib:
“Dediyim kimi, həm Amadeu, həm də Vilela uzun müddətdi yığmamızın heyətində meydana çıxır. Cəzalandırılan digər ölkələrin millilərini araşdırdıqda məlum oldu ki, onlarda cəzaya səbəb olan futzalçılar heyətə yeni qatılıb. Yəni bu üzdən hansısa problemin yaşanacağını düşünmədik. Reallıq isə ondan ibarətdi ki, daha diqqətli olmaq lazımdı”.


Qeyd edək ki, Azərbaycan - Rumıniya görüşü 5:5 hesabı ilə başa çatmışdı. Texniki məğlubiyyətdən sonra millimiz DÇ-2024-ün elit mərhələsini 1 qələbə, 5 məğlubiyət göstəricisi ilə 3 xalla bitirmiş sayılır.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman

23-01-2024, 17:0

UEFA futzal millimizə texniki məğlubiyyət verdi

Yığma

19-06-2023, 11:0

Futzal millimizin oyunlarının təqvimi - DÇ-2024

Yığma / Manşet

13-10-2023, 00:0

Futzal yığmamıza texniki məğlubiyyət veriləcək? - Mahmud Sadıqov aydınlıq gətirdi

İdman

11-12-2023, 12:0

Futzal millimizin Rumıniya və Niderlandla oyunlar üçün heyəti

İdman

11-12-2023, 14:0

Futzal millimizin açıq məşqi olacaq

Dünya futbolu

13-10-2022, 10:0

UEFA-dan xəbərdarlıq: Bu ölkə ilə qarşılaşmaq istəməyənlər cəzalandırılacaq

Aktual
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
Son xəbərlər
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə