• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alleqri təvazökarlığından qalmır

Dünya futbolu

22-01-2024, 20:0

2024-cü il “Yuventus” üçün əla başlayıb.

Turinlilər İtaliya kubokunun “Salernitana” (6:1) və “Frozinone” (4:0) ilə oyunlarında qalib gələrək yarımfinala çıxıblar. A seriyasında isə “Salernitana” (2:1) və “Sassuolo” (3:0) üzərində qələbə qazanıblar. “Yuventus”un ölkə çempionatında ardıcıl 4-cü qələbə ilə lider “İnter”lə 2 xal fərqini qoruduğunu da bildirək. Baş məşqçi Massimiliano Alleqri “Sassuolo” ilə oyundan sonra keçirilən mətbuat konfransında komandası ilə bağlı aktual sualları cavablayıb. Təcrübəli mütəxəssis yenə təvazökarlığından qalmayıb: o, açıqlamalarında çempionluq hədəfi haqda bir cümlə də işlətməyib və mövsüm ərəfəsində olduğu kimi, yalnız “Çempionlar Liqası zonası”nda möhkəmlənmək vəzifəsinin vacibliyinə işarə vurub.

- İtaliya kubokunun bu ay keçirilən iki oyununda 10 qol vurandan sonra komandanız çempionat matçında 3:0 hesabıyla qalib gəldi. “Yuventus” mövsümün ilk dövrəsində bu qədər böyükhesablı qələbə qazana bilməmişdi. Son nəticələrdən həzz alırsız?
- Məsələ həzz almaqla deyil, qələbələri sıralamağımızla bağldı. Ona görə ki, bizim üçün əhəmiyyət daşıyan amil yalnız budu. Oyun komandamız üçün heç də asan keçmədi. Çünki əvvəlki oyunda “Fiorentina”ya qalib gələn, ilk dövrədə isə bizə 4 qol vuran (“Sassuolo” ötən ilin sentyabrında öz meydanında “Yuventus”a 4:2 hesabıyla qalib gəlmişdi və bu, Alleqrinin komandasının cari mövsümdə aldığı yeganə məğlubiyyət idi – red.) rəqibə qarşı oynadıq. Bu rəqib Lyorente və Berardi kimi oyunçuların sayəsində yaxşı komanda olduğunu bir daha göstərdi. Əlbəttə, nəticəyə sevinirik. Amma indi bazar günü “Leççe”yə qarşı keçirəcəyimiz oyun haqda düşünməliyik. Hesabımızda 49 xal var və işləməyə, “artırmağa”, sakitliyimizi qorumağa davam etməliyik.
- Matçın əsas məqamlarını izləyərkən hansı hissləri keçirirdiz?
- Bizim üçün hər baxımdan yaxşı mübarizə oldu, ona görə ki, qol vurmaq üçün yetərincə şans qazandıq, amma eyni zamanda bir neçə dəfə texniki səhvə yol verdik. Bunların baş verməməsi üçün cərimə meydançamızın ərafında daha diqqətli olmalıydıq. Amma bunun heç də asan vəzifə olmadığını da deməliyəm. Nəticəyə həm də əvəzləmələr təsir etdi. Bu komponent komandamızda effektli alındı. Yaxşı bilirik ki, imkanlarımız üzərində çalışmağa, potensialımızı artırmağa davam etməli və hər şeydən əvvəl bizim üçün çox vacib olan komanda ilə kollektiv ruhunu qorumalıyıq.
- Matçdan əvvəl “Sassuolo” öz oyununu “Alyants Stedium”da oynamağa cəhd edəcəyi halda “Yuve”nin 3:0 hesabı ilə qalib gələcəyi fikri səslənmişdi. Demək olar ki, rəqibə oynamaq imkanı verməyən və hücumda yetərincə fəal görünən komandanızın sirri nədədi?
- “Sassuolo”ya qarşı oynamaq həmişə çətindi. Ona görə ki, bu komanda cinahlarda çox fəaldı. Bu rəqibə qarşı cnahlara daha çox meyl edən oyun oynasan, nəticə nə desən, ola bilər. Məsələn, ilk dövrənin səfər oyununda onların istədiyi nəticə qeydə alınmışdı. Oyun günü futbolçularımıza yaxşı pressinq tətbiq etmək və topu itirdiyimiz məqəmlara düzgün reaksiya verməyin vacib olduğunu demişdim. Belə hallarda topu mümkün qədər tezliklə geri qaytarmaq və oyunun tempini artırmaq yox, sürəti azaltmaq lazımdı. Uşaqlar bu taşırığı yüksək səviyyədə yerinə yetirdilər. Oyunun müxtəlif məqamlarını anlamaq çox vacibdi. Bu, kamillik hissi və belə anlarda oyunu idarə etmək bacarığıdı. Heyətimizdə təcrübəsi az olan oyunçular çoxdu. Buna baxmayaraq, komanda kimi inkişafımızı davam etdiririk.
- 2014-cü ildə Koman sizin vaxtınızda “Yuventus”da debüt etmişdi. Həmin mövsüm 14 oyunda meydana çıxmışdı. Bu mövsüm Yıldıza debüt imkanı qazandırmısız: son oyunlarda onu hətta start heyətində meydana buraxırsız. Bu vəziyyətlər arasında hansısa eynilik var? Gənc oyunçuların böyük futbolda potensial debütünü dəyərləndirərkən hansı keyfiyyətlərə diqqət yetirirsiz?
- Nələrə diqqət yetirirəm... Kənan mövqe seçimi zamanı, demək olar ki, səhv etmir. Topu yaxşı hiss edir və ona nəzarət etməyi bacarır. Bunu ona heç kim öyrətməyib, anadangəlmə keyfiyyətdi. Koman fərqli tip oyunçudu. O, cinahda oynayır və az qol vurur. Yıldız isə daim potensial qol vəziyyətlərinə meyl edir. Bu planda yaxşıdı, amma hələ yeniyetmə yaşındadı. Bir müddət sonra mütləq eniş dövrünü yaşayacaq ki, bu da 18 yaşında olan oyunçu üçün normal haldı. Xoşbəxtlikdən, 5 hücumçumuz var. Ona görə ki, Ken zədəsini tam sağaldıb və sıraya dönmək üzrədi və mən baş məqşçi kimi sakitəm. İndi Kənanın işləri qaydasında gedir. Kyeza artıq sıraya dönüb və onun qol vurmasına sevindim. Amma mən Federikonun meydanda daha çox faydalı iş görməsini istəyirəm. Çünki o, bizim üçün vacib oyunçudu.
- Lautaro Martines “İnter” üçün əvzolunmaz futbolçudusa, Vlahoviç “Yuventus”da belə oyunçuya çevrilə bilər?
- Duşan daim inkişaf edir. Doğrudu, “Frozinone”yə qarşı oyunda uğursuz yarım saat keçirdi. Özü bunu yaxşı bilir və matçdan sonra onunla vacib söhbət etmişdim. Bu, onun hələ kamil oyunçu olmadığını göstərir. “Sassuolo” ilə matçdan sonra ona “sən sakitliyini və soyuqqanlılığını qorumalısan. Ona görə ki, qol vurursan” dedim. Vlahoviç bu dəfə daha aydın və sakit oyun sərgilədi, hakimə əvvəlki oyunlarda olduğu qədər etiraz etmədi. Onun yaşında olan hər bir futbolçu bu yolu keçməlidi. Əsas odu ki, Duşan inkişaf etmək üçün lazımi potensiala və zamana malikdi. Odu ki, “Frozinone” ilə oyunda yol verdiyi səhvləri təkrarlamaq lazım deyil.
- “Ovçu” roluna münasibətiniz necədi? Qarşınızda dovşan qaçırsa...
- Qarşıda dovşan qaçırsa, deməli, onu kimsə qovur. Lap “Polislər və oğrular” oyununda olduğu kimi. Oğrular qaçır, polislər onların arxasınca qaçırlar. Sakitliyi qorumaq lazımdı. Bazar günü Leççedə olacağıq, orda əlverişsiz meydanda çətin komandaya qarşı oynayacağıq. Növbəti 3 xalımızı qazanmağa hazır olmalıyıq. Həm də ona görə ki, 5-ci yerdə olan komanda ilə xal fərqimiz indi 16-ya bərabərdi, başqa sözlə, 5 məğlubiyyətə bərabər fərq var.
- Gəlin, mücərrəd də olsa, “İtaliya derbisi”ndən (hazırda lider olan “İnter”lə oyunu nəzərdə tutur – red.) sonra cədvəldə önə keçdiyinizi təsəvvür edək.
- Yox, gəlin, belə etməyək... Biz yalnız növbəti oyun haqda düşünürük və hazırkı məqamda bizim üçün “Leççe” kimi çətin komandaya qalib gəlmək ən vacib məsələdi.
- Sizi “bir dəfəlik kiçik addım atırıq” nəzəriyyəsindən kənara çəkirik?
- Əlbəttə, çünki başqa variant ola bilməz. Bir dəfəyə iki oyun oynamaq mümkün deyil.
- Həmkarınız Ançelotti daha bir titul qazandı (“Real” İspaniya Superkubokunun finalında “Barselona”ya 4:1 hesabıyla qalib gəlib – red.). “Yuventus”un məşqçisi hansı keyfiyyətlərə malik olmalıdı?
- Çətin sualdı. Ançelotti karyerası boyunca çox sayda kubok qazanıb. Onu sonuncu uğuru münasibəti ilə təbrik edirəm. Hərdən mənə komandanı necə çalışdırmaq lazım olduğu haqda sual verirlər. Belə məqamda sıxılıramsa, “bilmirəm” cavabını verirəm.
- Matçdan əvvəl rəqibi necə üstələmək olar?
- Bu haqda danışmışıq, amma söhbət “İnter”ə qarşı oyundan getmir. Çox da uzağa boylanmaq lazım deyil. Gəlin, qarşıdakı oyun haqda düşünək. İdeya ondan ibarətdi ki, addım-addım irəliləmək istəyirik. Yeri gəlmişkən, “Sassuolo” ilə əvvəlki matçda həm də buna görə yaxşı qulaqburması almışdıq...
- Vea ilə bağlı fikrinizi bilmək istərdik. Yıldız ilə Kyeza gələcəkdə hücum “üçlüy”ünü təşkil edə bilərlər?
- Vea inkişafını davam etdirir. Onun bunun üçün imkanları da var. O, sıralarımıza başqa ölkənin çempionatından qoşulub. Burda, İtaliyada müdafiə oyunu ilə bağlı vərdişlərə xüsusi diqqət yetirilir. Kyeza ilə Yıldıza gəlincə, onların eyni anda meydanda olması hələ mümkün deyil. Hazırda balanslaşdırılmış oyunu oynayırıq və bu balansı qorumaq lazımdı. Unutmayın ki, futbolda nə desən, baş verə bilər. Xal qazanmaq zaman keçdikcə çətinləşir, bərpa üçün vaxtımız yoxdu. Çox ehtiyatlı olmaq lazımdı.
- Sizin üçün indi nə daha faydalıdı: balansı qorumaq, yoxsa heyəti gücləndirmək üçün transfer bazarında axtarış aparmaq?
- Mən daim futbolda balans mövzusunda danışıram. Transfer bazarına gəlincə, bu mövzuda heç vaxt fikir bildirməmişəm. Və indi də bu haqda heç nə deməyəcəyəm. Bizim prioritetimiz futbol oynamaqdı.
- Azarkeşlərin dəstəyi komandanın uğurlu çıxışı üçün nə dərəcədə vacibdi?
- Biz yaxşı işlər görürük. Bu işlər matçlarda qələbə qazananların zəhmətidi. Futbolçuların hər baxımdan ən yaxşı şəraitdə çıxış etməsi üçün mümkün olan hər şeyi etməyə çalışırıq.
- Mövsümün arxada qalan hissəsində komandanızda sizi daha çox sevindirən nədi?
- Uşaqların işləmək və meydana çıxmaq istəyi daha çox xoşuma gəlir. Hələ ki birinci dövrə arxada qalıb. Baxarıq, görək mövsümün ikinci yarısında neçə xal qazanacağıq...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-03-2022, 17:0

Alleqri: “Yuve” skudetto uğrunda yarışmır, bu həqiqətdi”

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Dünya futbolu

23-04-2022, 14:0

Alleqri şayiələrə son qoydu

Dünya futbolu

10-01-2024, 21:0

Son 4 oyunda sensasiya baş vermədi

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 140
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə