“FourFourTwo” nəşri futbol sahəsində ən çox nifrət olunan şəxslərin adlarını dərc edib.
Azarkeşlər arasında keçirilən sorğu nəticəsində 32 nəfərlik siyahı hazırlanıb. Azarkeşlərin ən çox nifrət etdiyi futbolçu İngiltərənin “Mançester Siti” klubunun sabiq üzvü Co Bartondu. FIFA-nın sabiq prezidenti Jozef Blatter ikinci, 1979–86-cı illərdə Almaniya millisinin qapısını qorumuş Harald Şumaher üçüncü pillədədi.
Siyahıda Mişel Platini (4-cü) Kriştiano Ronaldo (7), Luis Suares (8), Joze Mourinyo (10), Dieqo Maradona (14), Aleks Ferqyuson (27) və Serxio Ramos (31) kimi məşhur simalar da var.