• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona”ya nə olub?

Dünya futbolu

19-01-2024, 22:0

Məlum olduğu kimi, Superkubokun finalında “Real”a 1:4 uduzan “Barselona” cari mövsümdəki ən ağrılı məğlubiyyətini yaşadı.

Kataloniyanın ARA qəzeti 5 analitiklə əlaqə saxlayaraq, komandanın “el-klasiko”dakı fiaskosu və perspektivləri ilə bağlı beş aktual sualı cavablamalarını istəyib. Bu ekspertlər Jordi Kosta (Tot Costa), Mark Mayola (Esport3), Mark Gilyen (RAC1),Mireyya Vera (Catalunya Ràdio) və Bruno Alemandı (Cadena SER).

“Real” niyə “Barselona”nı məğlub etdi?
1:4 hesablı məğlubiyyət təkcə fərdi yox, həm də kollektiv səhvlər ilə izah olunur. Analitiklərin ümumi fikri belədi ki, komanda pressinqi yaxşı bacarmayıb, oyunçular arasında əlaqə ideal olmayıb, “blauqrana” intensiv futbol göstərməyib.

Mark Mayola: “Real” topu verdi, bilirdi ki, 2-3 ötürmədən sonra “Barsa”nın təzyiqi zəifləyəcək. “Barselona” topla olanda rəqibə problem yarada bilmirdisə, topsuz qalanda, ümumiyyətlə, heç nə bacarmırdı.

Bruno Aleman: yarımmüdafiəçilər irəli getməli, yoxsa bir-birinə ötürmə verməli olduqlarını bilmirdilər. Hər şey xammal kimi görünürdü. Müdafiədə oyun üzərində sanki heç kim çalışmamışdı, fərdi baxımdan isə oyunçular elə səhvlərə yol verdi ki, bunlar elit futbol səviyyəsinə qətiyyən uyğun deyildi.
Mireyya Vera: müdafiədə qorxunc səhvlər, qeyri-ardıcıl pressinq, “Real”ın təkbətək duellərdə qalib gəlməsi... Komandamızın oyununda anlaşmazlıqlar hədsiz çox idi.

Mark Gilyen: “Barselona” topa nəzarət etməliydi, hətta ləng hücumlar hesabına olsa da belə. Topa nəzarət hesabına oyunun axarına diqtə etmək olardı, ancaq bunu bacarmadıq. Topsuz oyunumuz, ümumiyyətlə, mənasız idi, bu üzdən “Real”la rəqabət apara bilmədik.

Xavi fiaskoya görə nə dərəcədə məsuliyyət daşıyır?
Tam məntiqli sualdı, ona görə ki, məşqçi ideyalarını futbolçulara çatdıra bilməmişdi.

Jordi Kosta: bunu bütün mövsüm ərzində görmüşük. Komanda necə və nə üçün oynacağını bilmir. Aşağı səviyyəli rəqiblərlə oyunlarda bəlkə də bunu gizlətmək olur. Ancaq “Real”la qarşılaşırsansa, son nəticədə ziyan çəkəcəksən.

Mireyya Vera: baş məşqçi mətbuat konfransında həftə boyunca məşqlərdə bütün sxemlər üzərində işlədiklərini, oyunçuların nə etməli olduqlarını bildiklərini deyirsə, mən çox narahat oluram. Axı bütün bunları meydanda görmürük. Komandada kommunikasiya baxımından problem var.
Mark Gilyen: baş məşqçi komandaya yaxşı rəhbərlik etmir. Belədə oyunçular özünü itirir, komanda yoldaşlarına inam bəsləmirlər, topun onlara çatıb-çatmayacağını bilmirlər. Qapalı dairə yaranır.

Bruno Aleman: mükəmməllik axtarışına çıxan Xavi özünü itirib. O, ötən mövsüm möhkəm, rəqabətədavamlı və etibarlı komanda qurmuşdu. Bu mövsüm isə komandanın həm də baxımlı futbol oynamasını istəyirdi və maşın xəndəyə uçdu.

Oyunçuların üzərinə hansı məsuliyyət düşür?
Böhran dövründə ən asan yol baş məşqçini qovmaqdı, ancaq futbolçuların oyunu da suallar doğurur.

Mireyya Vera: Pedri hər dəfə səhvə yol verəndən sonra baxışlarını qaçırır və gileylənir. Arauxo çox çətin oyunda uşaqcasına qovulmaqla komandanın vəziyyətini bir qədər də çətinləşdirir.

Mark Gilyen: Levandovski ümidini itirir, ona görə ki, bu xaosu, dəqiq oyun planının yoxluğunu görür, ona çatmalı olan topları almır.

Mark Mayola: De Yanq komandanın inamsızlığına dair ən parlaq nümunədi, heyətdəki oyunçular arasında haqq etmədiyi dərəcədə yüksək dəyərləndirilir.
Jordi Kosta: son aylarda elə oyunlar görmüşük ki, “Barselona” çətinliklərə mətanətlə reaksiya göstərib. Bu üzdən “Real”la oyunda intensivlik baxımından əziyyət çəkən komandanı görəndə çox təəccübləndim.

Mövsümün sonuna qədər hansısa çıxış yolu varmı?
Sorğu-suala çəkilən analitiklərin qısamüddətli proqnozları heç də nikbin deyil.

Bruno Aleman: “Barselona”ya son oyunda gördüyümüzdən tam fərqli nəticə lazım idi. Yaxşı oyun göstərməklə qələbə qazansaydıq, belədə La Liqada çempionluq yarışına dönəcəyimiz, Çempionlar Liqasında mübarizə apara biləcəyimiz ilə bağlı hansısa dəlillərimiz olacaqdı. Amma düşünmürəm ki, Xavinin qovulması da nəyisə dəyişəcək.

Jordi Kosta: manevr üçün imkanlar çox məhduddu. Baş məşqçiyə əvəzedici axtarırsızsa, ən aydın alternativ Markesdi. Ancaq mənim fikrimcə, Xavi ondan yaxşıdı.

Mark Gilyen: yalnız aşkar fiasko halında baş məşqçini qovmağa dəyər. Digər tərəfdən, komanda sabitlik yaxalayarsa, La Liqada, ölkə kubokunda və Çempionlar Liqasında özünü göstərərsə, mən ona çalışmaq imkanı verərdim. Xavi əslən burdandı, klubu yaxşı tanıyır, ancaq mən onu heyətdə və oyun sistemində dəyişikliklər etməyə çağırıram.

Uzunmüddətli perspektivdə “Barselona”nın gələcəyi necə olacaq?
Mark Mayola: Xavinin “Barselona”sı tənəzzül edir və heç də yaxşı görünmür.

Mireyya Vera: klub səviyyəsində düşünməliyik ki, hansı istiqamət üzrə hərəkət etmək istəyirik? Qarşıya qoyulan hədəflərə çatmaq realdı, ya yox...
Mar Gilyen: klubdakı böhran şaquli şəkildə yayılır, prezidentdən idman direktoru vasitəsi ilə baş məşqçiyə də keçir.

Bruno Aleman: yalnız La Liqada qüsursuz 2-ci dövrə azarkeşləri və rəhbərliyi Xavonin bu idman layihəsinə rəhbərlik etməsini inanmağa məcbur edə bilər.

Jordi Kosta: klub rəhbərliyinin transfer siyasəti “Barselona”nın indi düşdüyü vəziyyətə uyğun deyil.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-07-2022, 13:0

Ter Ştegen "Barselona"da qalaca

Dünya futbolu

19-03-2022, 16:0

“Real” “Barselona” ilə matça xüsusi formada çıxacaq

Dünya futbolu

16-09-2023, 23:0

İlk “El Klasiko” nə vaxt keçiriləcək?

Dünya futbolu

17-06-2023, 16:0

Yalnız “Real”la “Barselona”nın oyunçuları…

Dünya futbolu

9-12-2023, 23:0

“Barselona”nın oyunçusu əməliyyat olundu

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 243
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə