• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt”la “Səbail”də oyunçu çatışmazlığı var” - Arif Əsədovun Antalya təəssüratı

Ölkə futbolu / Manşet

18-01-2024, 14:0

Yığmanın məşqçisi Arif Əsədovun yanvarın 8-də Türkiyəyə yollanacağını yazmışdıq.

Burda məqsəd Antalyada qış fasiləsinə görə təlim-məşq toplanışı keçən komandaların yoxlama oyunlarına baxmaq və müəyyən nəticələr çıxarmaq idi. Mütəxəssis yanvarın 13-də ölkəmizə qayıdıb. O, qardaş ölkədə “Turan Tovuz” – “Voluntari”, “Səbail” – “Universitatya Kluj”, “Sumqayıt” – “Hermanştadt” və “Sabah” – “Rapid”, ölkəmizdə “Qarabağ” – “Zirə” qarşılaşmalarını izləyib, “Neftçi”nin isə məşqində iştirak edib.

Onunla əlaqə saxlayıb Türkiyə səfəri haqda düşüncələrini öyrənməyi lazım bildik. Arif bəy öncə təlim-məşq toplanışının komandalar üçün nə dərəcədə faydalı olub-olmadığı haqda söz açdı və futbolçuların keçdiyi hazırlıq prosesindən sonra müşahidə edilən dəyişikliklərə toxundu:

“Bu il hazırlıq prosesi üçün çox qısa vaxt ayrılmışdı. Belədə hansısa futbolçunun performansı haqda fikir yürütmək çətin olur. Az müddətdə ciddi irəliləyişdən söhbət gedə bilməz. Çünki çempionat yenicə başa çatmışdı. İndi hansısa fərqdən danışmaq çox çətindi. İndi hər klubun təlim-məşq toplanışları çərçivəsində özünəməxsus planları var. Başqa komandalardan oyunçu cəlb edənlər də var, öz gənclərinə şans verənlər də. Türkiyədə maraqlı rotasiyaların şahidi oldum. İki müxtəlif heyətlə oynayan kollektivlər də gördüm. Ümumi mənzərəyə nəzər salsaq, əksəriyyətinin mövsümün ikinci yarısı üçün tam hazır olduqlarını demək mümkün deyil. Bunu anlayışla qarşılamaq olar”.

Təcrübəli mütəxəssisdən baş məşqçilərin təlim-məşq toplanışının gedişində hansısa effektiv addımlar atıb-atmadığını da soruşduq. Onun sözlərinə görə, çalışdırıcılar müəyyən məqamlara xüsusi önəm verərək iş görüb:

“Məlumdu ki, hələ hazırlıq dönəmidi. Baş məşqçilər yüngül məşqlərə və ilkin yükləmələrə üstünlük verir. Dediyim kimi, mütəxəssislər bütün oyunçuların meydana çıxması üçün lazımi şəraiti yaratmağa çalışdı. Gördüyüm qədər, eləsi 45 dəqiqə, eləsi də matçboyu meydanda oldu. “Qarabağ” – “Zirə” görüşünü də izlədim. Dörd hissədən ibarət oyun oldu. Nəticədə futbolçular hərəyə təxminən 70 dəqiqə ərzində çıxış etmək, formaya düşmək şansı qazandı. Görünür, baş məşqçilər onların tam hazır olmadığını nəzərə alıb, buna uyğun dəyişikliklər etdi”.

Bəs komandalar “transfer pəncərəsi”ndən düzgün istifadə edə bilirmi? Arif bəy qəzetimizə açıqlamasında boşluqların müşahidə edildiyi komandaların da adını çəkdi:

“Əlbəttə, bəzi klublarda oyunçu çatışmazlığı var. Belə problemə daha çox “Səbail”lə “Sumqayıt”da rast gəldim. Nəticədə müəyyən epizodlarda boşluqlar nəzərə çarpırdı. Hər iki komandanın bir oyununu izləyə bildim. Onların ehtiyat oyunçular skamyasında 14-15 futbolçu var idi. “Sumqayıt”da gənclər üstünlük təşkil edirdi. Ötən ilin sonuna yaxın bu kollektivlərdə zədəlilərin çox olması bəzi problemlərə yol açıb. Bununla bağlı klub rəhbərləriylə söhbət etdim. Oyunçu transfer etmək istədiklərini, lakin müəyyən səbəblərdən planların baş tutmadığını dedilər. Əlavə etdilər ki, məhz yeni oyunçu almaq xətrinə addım atmaq niyyətləri yoxdu. Heyətini tam formalaşdıran komandalara gəlincə, “Qarabağ”la “Zirə”nin adını çəkmək olar. Bunu meydanda sərgilədikləri performansa əsasən demək mümkündü. Qurban Qurbanov yerli futbolçulardan Aleksey İsayevi, Rəşad Sadıqov isə Ceyhun Nuriyevi transfer edib. Məncə, belədə iki güclü heyət yaratmağı bacarıblar.

Bilindiyi kimi, millimizin məşqçisi Türkiyəyə getməmiş “Futbol+”ə danışarkən xüsusilə yerli futbolçuları izləyəcəyini demişdi. Görəsən, həmyerlilərimiz özünü yaxşı tərəfdən göstərə bilib? Yığmamızın gələcəyi üçün ümid varmı? Arif bəy bu yöndə ürəkaçan sözlər dedi:

“Oyunçuların gücünü millimizin gələcək taleyiylə birgə müzakirə etsək, hələ ki kiminsə tam hazır olduğunu demək olmaz. Lakin qış fasiləsindən öncə elə futbolçular var idi ki, yığmaya namizədlər siyahısında idilər. Klub və futbolçu adı çəkmək istəmirəm, amma əksəriyyəti gözə pis dəymirdi. Çox güman, çempionat başlayandan sonra tezliklə əvvəlki formalarına qovuşacaqlar. Belədə bizim üçün daha faydalı işlər görə biləcəklər”.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-01-2023, 22:0

Arif Əsədov: “Təlim-məşq toplanışı klublarımız tərəfindən planlı şəkildə icra olunur”

Premyer-liqa

26-12-2022, 12:0

"Səbail" üçün Antalyada 3 rəqib

Premyer-liqa / Manşet

2-01-2024, 20:0

Ölkə klubları Türkiyədə kimlə qarşılaşacaq?

Yığma / Manşet

11-01-2024, 21:0

“Yəqin ki, məşqçilər korpusu qarşıdakı günlərdə bu problemləri aradan qaldıracaq” – Arif Əsədov “Sabah” haqda

Aktual
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Son xəbərlər
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • 5-06-2026, 23:0
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • 5-06-2026, 23:0
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • 5-06-2026, 23:0
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • 5-06-2026, 22:0
    Qurban Qurbanov Ağdama səfər etdi
Daha çox
Oxunub: 698
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 239
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə