• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Numan Kurdiç “Futbol+”in hansı sualına cavab vermək istəmədi? - MÜSAHİBƏ

Manşet / Müsahibə

18-01-2024, 17:0

“Araz-Naxçıvan” mövsümə uğurlu start versə də, ötən ilin son turları ürəkaçan nəticələrlə yadda qalmadı. Muxtar Respublika təmsilçisi 18 turdan sonra 26 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanın qarşısına Konfrans Liqasına vəsiqə qazanmaq tələbinin qoyulduğunu bilirik. Belədə baş məşqçi Azər Bağırov və yetirmələri davam edən qış fasiləsindən maksimum yararlanmalıdı. Söhbət həm komandanın düzgün transfer siyasətiylə güclənməsindən, həm də fiziki və psixoloji cəhətdən hazır olmasından gedir. Xatırladaq ki, “Araz-Naxçıvan” ilk yoxlama oyununu yanvarın 10-da “Dalğa Arena”da “Zirə”yə qarşı keçirdi və 1:2 hesablı məğlubiyyət yaşadı.

Bilindiyi kimi, naxçıvanlıların kapitan sarğısı bosniyalı mərkəz müdafiəçisi Numan Kurdiçin qolundadı. Klub 24 yaşlı futbolçuyla birillik müqavilə imzalayıb. Dünən onunla söhbətdə özü və komandası haqda bəzi məqamlara aydınlıq gətirdik.

– Numan, Misli premyer-liqasında cari mövsümdə debüt edən kollektivin futbolçususan. Ölkəmizə gələndə “Araz-Naxçıvan”ın çətin sınaqlardan keçəcəyini bilirdin. Çünki rəqiblər elita təcrübəsi olan peşəkar klublardı. Buna görə narahat idin? Və indiki nəticələr səni təəccübləndirirmi?
– Bəli, başverənlərdən xəbərdar idim. Yeni komandam 1-ci divizionun çempionu olmuşdu. Amma işlərin necə irəliləyəcəyi haqda fikir sahibi deyildim. Sözün düzü, heç bir anlayışım yox idi. İşlərin necə irəliləyəcəyini maraqla gözləyirdim. Bir-iki oyundan sonra anladım ki, istənilən rəqibə qarşı sona qədər mübarizə aparacaq komandamız var. “Araz-Naxçıvan”ı çox bəyənirəm.

– Premyer-liqada 18 tur geridə qaldı. Bu, Azərbaycanda mövsümün yarılanması deməkdi. Qarşıdan həlledici oyunlar gəlir. Kapitan olduğuna görə komanda yoldaşlarınla müqayisədə yükünün daha ağır olacağı bəllidi. Özünü psixoloji və fiziki cəhətdən tam hazır hiss edirsən?
– Sadəcə, məndə yox, bütün komandada əhval-ruhiyyə yüksəkdi. Hər şey qaydasındadı. Nəyə qadir olduğumuzu bilirik və daha çoxunu edə bilmək üçün daim üzərimizdə işləyirik. 3-cü dövrənin başlamasına az qalıb. Ona görə də indi çox çalışıb rəsmi oyunlar zamanı bəhrəsini görmək istəyirik. İnanıram ki, ən yaxşısını edəcəyik.

– Səncə, Azərbaycanla Bosniya və Hersoqovina futbolu arasında hansı fərqlər var?
– Ciddi fərqin olduğunu deyə bilmərəm. Düşünürəm ki, əksər cəhətlərdən bir-birinə bənzəyir. Lakin ölkənizdəki meydançalar daha yaxşıdı. Həmçinin burdakı komandalarda Bosniyadakılardan daha çox əcnəbi oyunçu var.

– “Araz-Naxçıvan” turnir cədvəlinin 6-cı pilləsindədi. Halbuki 15-ci turda “Səbail”ə qarşı keçirilən oyunda avtoqol müəllifi olmasan, 28 xalınız olacaqdı. Bu da komandanın ili “ilk 4-lük”də başa vurması demək idi. Psixoloji cəhətdən ağır yük olduğunu nəzərə alsaq, xatırlatmaq istəməzdik, amma bu hadisəni necə şərh edə bilərsən?
– … (susur)

– Klubun hədəfi avrokuboklarda çıxış etməkdi. Hələ ki bu yöndə ən iddialı rəqiblər “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”di. Səncə fərqi azaldıb hədəfə çatmaq üçün nə etmək lazımdı?
– Futbolda hər şey mümkündü. Adını sadaladığınız klubların favorit olduğunu düşünürəm. Amma bu o demək deyil ki, təslim olacağıq. Yaxşı oyun göstərib turnir cədvəlindəki yerimizi möhkəmləndirməli və irəli atılmalıyıq.

– Geridə qalan 18 oyun zamanı hansı rəqiblə qarşılaşma sənin üçün daha yaddaqalan, baxımlı və əyləncəli oldu?
– Öz adıma danışası olsam, hər rəqibə qarşı eyni tərzdə hazırlaşıram. Məncə, komandalar kifayət qədər güclüdü. Sıxıcı və əyləncəli oyunlara gəlincə, böyük klublarla qarşılaşmalar daha maraqlı olur. Rəqabət güclüdüsə, deməli, həyəcan da var.

– Yeni ilin gəlişi Azərbaycanda xüsusi qeyd olunan bayramlardandı. Sən 2024-cü ilə necə qədəm qoydun? Komanda yoldaşlarınla qeyd etdinmi?
– Dini inancıma görə bu bayramı qeyd etmirəm. Həmin gün evimdə ailəmlə birgə oldum.

– Premyer-liqada qış “transfer pəncərəsi” açıldı. Ən azı mövsümün sonuna qədər “Araz-Naxçıvan”da qalmaq istədiyini bilirik. Bəs başqa təkliflər varmı? Qərarının hər an dəyişə biləcəyini demək olar?
– Hələ ki planımda heç nə yoxdu. Amma heç kim gələcəyin necə olacağını deyə bilməz. Bu üzdən hazırda komandama köklənmişəm və uğur qazanmaq istəyirəm. Qısası, “Araz-Naxçıvan”layam.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

4-12-2023, 11:0

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşdü

Ölkə futbolu

24-07-2023, 15:0

“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçu transfer edib

Ölkə futbolu

3-08-2023, 11:0

"Araz-Naxçıvan"dan növbəti legioner transferi

Ölkə futbolu

24-07-2023, 17:0

"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini heyətinə qatıb

Premyer-liqa / Manşet

12-08-2023, 16:0

"Araz-Naxçıvan"da "Qəbələ" üçün səfərbərlik

Premyer-liqa / Manşet

7-12-2023, 18:0

“Araz-Naxçıvan” Numin Kurdiçin avtoqoluna aydınlıq gətirdi – O, xaindi?

Aktual
“Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
"Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
“Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
Son xəbərlər
  • Dünən, 23:51
    Dünya çempionatını buraxacaq
  • Dünən, 23:38
    Klubuna 40 yaşında da gərək oldu
  • Dünən, 23:02
    Yeni kapitan oldu
  • Dünən, 22:20
    Vlahoviç hara gedir?
  • Dünən, 21:59
    Levandovskini “Barsa”da kim əvəz edəcək?
  • Dünən, 21:30
    “Məktəbli Kuboku”nun final oyunları keçiriləcək
  • Dünən, 20:52
    "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi" - Ayxan Abbasov
  • Dünən, 20:21
    "Qəbələ" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB
  • Dünən, 19:58
    Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - VİDEO
  • Dünən, 19:26
    Daha bir güləşçimiz "qızıl" qazandı - AÇ
  • Dünən, 18:51
    Milli komandada yeni təyinat
  • Dünən, 18:20
    "Neftçi" ölkə kubokunun qalibi oldu
  • Dünən, 17:59
    Seyxan Fərəcov mükafatlandırıldı
  • Dünən, 17:28
    "Qəbələ" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    “Transfer pəncərələri”nin vaxtı məlum oldu
  • Dünən, 16:28
    Premyer-liqada yeni mövsüm nə vaxt başlayacaq?
  • Dünən, 15:57
    Moldovada 11 medallıq zəfər
  • Dünən, 15:26
    “Bəxtimizə bu yazılıb ki, hər mövsüm orda-burda oynayaq” - “Xəmsə”dən oyun yerinin dəyişdirilməsinə reaksiya
  • Dünən, 14:55
    “Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
  • Dünən, 14:34
    "Turan Tovuz” çempionla oyundan əvvəl çətinliklə üzləşdi – üç futbolçusu...
  • Dünən, 14:13
    Bakıda gənc futbolçular üçün seçim turniri keçiriləcək
  • Dünən, 13:52
    “Böyük ehtimalla, hədəf premyer-liqaya vəsiqə qazanmaq olacaq” – qusarlılar elita üçün hazırlaşır!
  • Dünən, 13:28
    AFFA-da məşqçi kursları davam edir
  • Dünən, 12:57
    Rəhim Həsənov Əliyar Ağayevi sonuncu turda da bağışlamadı!
  • Dünən, 12:36
    İki güləşçimiz Avropa çempionatının finalında
  • Dünən, 12:15
    Bəhlul “Sumqayıt”a qarşı oynayacaq? – rəsmi açıqlama
  • Dünən, 11:54
    “Kicker” Ayxan Abbasovdan sitat gətirdi, Mahirə tövsiyə verdi
  • Dünən, 11:23
    Ölkə kubokunda final - "Araz-Naxçıvan" "Neftçi"yə qarşı
  • Dünən, 10:52
    Okan Buruk Terimin yolu ilə gedəcəkmi? - İtaliya nəhəngi onun xidmətində maraqlıdı
  • Dünən, 10:31
    Nəriman ABŞ kubokunda məhsuldar ötürmə etdi
  • Dünən, 10:00
    ''Beşiktaş''ın əfsanəsi karyerasını bitirdi - Ona klubda iş veriləcək
  • Dünən, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • 20-05-2026, 23:0
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • 20-05-2026, 23:0
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • 20-05-2026, 22:0
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
Daha çox
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 244
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 232
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 204
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Oxunub: 191
“Qəbələ”nin rəqibi kim olacaq: “Səbail”, yoxsa “Mingəçevir”?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə