• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Adil Şükürov: “Elitadan düşmək barədə heç fikirləşmirik və fikirləşmək də istəmirik” - MÜSAHİBƏ

Manşet / Müsahibə

18-01-2024, 11:0

Misli premyer-liqasında qış fasiləsinə gələn həftə yekun vurulacaq. Türkiyənin yolunu tutan klublar da vətənə qayıdıb.

“Kəpəz” isə ölkəni tərk etmədi, belə demək mümkünsə, “doğma divarlar” arasında hazırlaşdı. Liqanın yeganə sponsorsuz klubunun fərqli davranması zatən təəccüb doğurardı. Ölkənin ən titullu klublarından birinin düşərgəsində vəziyyət necədi? Baş məşqçi Adil Şükürovun mövsümün ikinci yarısı ilə bağlı hansı planları var? Doğma stadiona həsrət qalan komandanın ev oyunlarını harda keçirəcəyi də aktual mövzudu. Bütün bu suallar ətrafında Adil bəylə danışdıq.

- Bir neçə gündü komanda mövsümün ikinci yarısına hazırlaşır. Futbolçularınızın fiziki və psixoloji durumu sizi qane edirmi?
- Komanda olaraq, məşqlərə enerjili başladıq. Çünki futbolçularımız oyunların stressindən aralı düşüb, yaxşıca dincəlib gəlmişdilər. Hər bir oyunçumuz məşqlərdə fəallıq nümayiş etdirir və komandaya daha çox fayda vermək üçün çalışır. Məqsəd budu ki, kollektivə cəlb edəcəyimiz futbolçular komandaya daha çox xeyir versinlər, onun elitada qalmasına yardımçı olsunlar. Bir sıra testlər keçirdik. Aydın oldu ki, komandanın fiziki vəziyyəti getdikcə yaxşılaşır. Oyunçuların fiziki durumunun yaxşı olması bizim üçün çox vacibdi. Bildiyiniz kimi, fasilə ərəfəsində futbolçularımız oyunlardan uzaq düşdülər. Bu da öz növbəsində fiziki hazırlığın zəifləməsinə gətirib çıxarır. Hazırda bunun üçün çalışırıq. “Qəbələ” ilə oyunumuza baxdızsa, bəzi məsələləri həll etdiyimizi görərsiz. Artıq hədəfimiz “Turan Tovuz”la Qəbələdə keçiriləcək çempionat matçına hazırlaşmaqdı. Əlimizdən gələnin ən yaxşısını edərək, lazım olan nəticəni qazanmağa çalışacağıq.

- Hələ ki iki futbolçunu icarəyə götürmüsüz. Sonrakı planlarınız necədi? Yenə heyətlə bağlı dəyişiklik olacaqmı?
- Qeyd etdiyiniz kimi, heyətimizə yalnız iki futbolçu cəlb edə bilmişik. Biz də çalışırıq ki, əlimizdə olan imkanlardan maksimum yararlanaq. Futbolçularımızın indiki durumu çox ümidvericidi. Təbii ki, yeni transferlər etmək istəyərdik, amma istədiyimiz oyunçuların klublarıyla müqaviləsi var. Bunun üçün də müəyyən ödəniş etməyimiz lazımdı. Bir-iki futbolçuyla da danışıq aparırdıq, təəssüf ki, razılıq əldə edə bilmədiyimizdən, başqa komandalara transfer olundular. Hələ ki vaxtımız var, biz də axtarışdayıq. Bizə uyğun olan oyunçu olarsa, komandamıza cəlb etməyə çalışacağıq.

- Vladislav Vasilyuçeki komandadan göndərmək istəyirdiz, amma bu gecikir. Deyilənə görə, futbolçu müqavilə müddəti bitmədiyi üçün “Kəpəz”dən ayrılmaq istəmir. Siz bu haqda nə deyə bilərsiz?
- Hər bir klub kimi, “Kəpəz”in də öz öhdəlikləri var. Vladislavın klub qarşısında, bizim də onun qarşısında öhdəliyimiz var. Artıq bu addım atılıb. Sadəcə, komandada qalmaq istəyi oyunçunun haqqıdı və biz ona heç nə deyə bilmərik. Futbolçu oynamaq əvəzinə ehtiyatda oturmağı üstün tutursa, biz buna heç nə edə bilmərik və hörmətlə yanaşırıq.

- İlk yoxlama matçında “Qəbələ”yə qalib gəldiz. Daha sonra “İmişi” ilə oyununuz ləğv edildi. Başqa rəqib axtarırsız? Və növbəti oyununuz nə vaxt olacaq?
- “İmişli” ilə yoldaşlıq görüşünün ləğvi kəskin hava şəraitiylə bağlıdı. Digər bir səbəb də oynayacağımız stadionun təbii ot örtüyünə malik olması idi. Çünki qar ərisəydi belə, oyundan sonra meydançanın vəziyyəti daha da pisləşə bilərdi. Ona görə də məsləhətləşdik və qərara gəldik ki, bu oyunu ləğv edək. Bundan sonra heç bir yoxlama oyunu düşünmürük. İnşallah, qarşıdakı çempionat oyunlarına ciddi şəkildə hazırlaşacağıq.

- Bəzi “Kəpəz” azərkeşləri komandanın indiki durumundan narazıdı və sosial şəbəkələrdə bunu dilə gətirirlər. Bu tənqid sizə və futbolçulara necə təsir edir?
- Komanda olaraq, çempionatdakı hazırki mövqeyimizdən narazıyıq. Demək olar ki, “Kəpəz”in azarkeşləri davamlı şəkildə yaxşı çıxış edən bir komanda görüblər. Bu təbiidi. Mən də kluba gəldiyim gündən indiyə kimi daha dinamik və hücumameyilli komanda qurmaq üçün əlimdən gələni edirəm. “Turan Tovuz”la oyunda da qələbə qazanaraq, çempionatdakı yerimizi daha da yaxşılaşdırmağa çalışacağıq.

- Hazırda elitada qalmaq üçün ən azı “Qəbələ”ni üstələməlisiz. Bu komanda bir neçə gün əvvəl Klesio Bauku transfer etdi. Siz də heyətinizi güclü bir legionerlə gücləndirmək istəyirsizmi?
- “Qəbələ”nin heyətini gücləndirməklə bağlı etdiyi transferdən xəbərimiz var. Hətta yoxlama görüşüdə də bu futbolçunun oyununu gördük. Bu gün ilk növbədə istəyimiz odu ki, yerli futbolçularla heyətimizi gücləndirək. Yerli oyunçularla işimizi tamamlayandan sonra artıq legioner futbolçular barədə düşünə bilərik. Planımız bu istiqamətdədi.

- “Kəpəz” yeni ildə ilk üç ev oyununu Qəbələdə keçirəcək. Sizcə, növbəti oyunların da Qəbələdə keçirilməsi məqsədəuyğundu, yoxsa Tovuza qayıtmaq?
- Tovuz şəhər stadionunda oyun keçirməməyimiz işıqlandırma ilə bağlıdı. Bu məsələ ilə bağlı “Turan Tovuz” klubun rəhbərliyinə müraciət etmişik. Onlar da problem olduğunu bildirdilər. “Turan Tovuz” klubunun rəhbərliyinə də təşəkkürümü bildirirəm. Çünki bir sıra ev oyunlarını onların stadionunda keçirməyimizə şərait yaratdılar. İkinci yarıda ilk 3-4 ev oyunumuzu Qəbələ şəhər stadionunda keçirəcəyik. Amma problemin həll olunandan sonra ev oyunlarımızın Tovuz şəhər stadionunda keçirilməsi aktuallığını qoruyur.

- Necə deyərlər, şər deməsən, xeyir gəlməz. “Kəpəz” mövsümün sonunda premyer-liqadan düşsə, bütün məsuliyyəti öz üzərinizə götürməyə hazırsız, yoxsa başqa amilləri də bura əlavə etmək olar?
- Həmişə pozitiv olmağa, pozitiv düşünməyə və bu pozitivliyi futbolçularımıza ötürməyə çalışmışıq. Doğrusu, elitadan düşmək barədə heç fikirləşmirik və fikirləşmək də istəmirik. İnşallah, hədəfimiz komandanı bu mövsüm premyer-liqada saxlamaq və növbəti mövsüm daha yaxşı pillələrdə qərarlaşmaqdı. Təbii ki, hər kəsin, bütün Gəncə azarkeşlərinin istəyi budu. Biz də bu istəyirik ki, bu arzunu həyata keçirək və bütün “Kəpəz” azarkeşlərini sevindirək.

- Azarkeşlər sizi yaşlı və formada olmayan oyunçuları komandaya cəlb etməkdə günahlandırır. Bu fikirlə razısız?
- Yaşlı deyərkən Amil Yunanovu nəzərdə tuturlarsa, deyə bilərəm ki, o, qol duyumu yüksək olan futbolçulardan biridi, yaşının çox olduğunu da düşünmürəm. Hətta deyərdim ki, yaxşı və təcrübəli bir hücumçu üçün bu ən gözəl yaş dövrüdü. İnşallah, gələcəkdəki qarşılaşmalarımzada da, komandanın uğur qazanacağı oyunlarda da Amilin rolu böyük olacaq. Biz ona inanıb bu addımı atmışıq. O ki qaldı oyunçunun formada olub-olmamasına... Belə deyim, bir futbolçu daha çox meydanda olmalıdı ki, formada olub-olmadığını göstərsin. “Kəpəz”ə gəldiyim ilk turda Amil komandamıza çox çətin anlar yaşatdı. Düşünürəm ki, o, daha çox şans qazandıqca, meydanda olduqca komandaya böyük xeyir verə biləcək.

- Sonda azarkeşlərin bu narahatlığına su sərpmək üçün nə deyə bilərsiz?
- Kluba gəldiyim ilk gündən etibarən istər azarkeşlərlə görüşlərdə, istər futbolçularla, istərsə də rəhbər şəxslərlə danışığımda daim bir söz demişəm. Hər kəs öz mənafeyini, fikirlərini kənara qoymalı, yalnız və yalnız “Kəpəz”i düşünməlidi. Sadəcə, bu halda “Kəpəz”in əvvəlki uğurları qazanıla bilər. Bunun üçün də klubun əleyhinə olan bütün şəxsi mənafeləri kənara qoymaq və pozitiv olmaq lazımdı. Mən də çalışıram ki, daima pozitiv olum və komandanı pozitiv ruhda saxlayım. Bunlara əməl olunarsa, komanda premyer-liqada qalmağı bacaracaq.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

28-12-2023, 18:0

Adil Şükürov bu futbolçunu “Kəpəz”də görmək istəmir – ÖZÜ AÇIQLADI

Premyer-liqa

20-11-2023, 18:0

Adil Şükürovun köməkçiləri bəlli oldu

Ölkə futbolu / Manşet

14-11-2023, 17:0

Adil Şükürovun koməkçiləri bəlli oldu – biri “Neftçi”dən gəlib...

Aktual / Premyer-liqa

23-11-2023, 11:0

Adil Şükürov Azər Məmmədovun köməkçisindən üzr istəyib?

Premyer-liqa / Manşet

4-01-2024, 15:0

Xaliq Mərdanov Adil Şükürova inanır

Aktual
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Son xəbərlər
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramov ilə komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 204
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 175
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə