• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

17-01-2024, 21:0

Daha bir futbol həftəsini geridə qoyduq.

"Football-plus.az" ötən həftənin maraqlı sitatlarını təqdim edir:

Dorival Junior, Braziliya yığmasının baş məşqçisi: “Braziliya yığması zədəli olduğunu nəzərə alaraq Neymarsız oynamağı öyrənməlidi. Bizim dünyada ən yaxşı üç futbolçudan biri sayılan oyunçumuz var. Onun üstünlüklərindən effektli şəkildə yararlanmalıyıq. Neymar komandamız üçün çox vacib futbolçudu”.
Harri Keyn, “Bavariya”nın hücumçusu: “Bundesliqada həyatdan həzz alıram. Burda bütün klub, komanda və heyət məni qəbul etdi. Dünyanın ən böyük klublarından olan “Bavariya”nın bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən həmişə demişəm ki, karyeramda daim hərəkət etmək və özümü ən yüksək səviyyədə göstərmək istəyirəm. Bu klubda qalib gələn mentallıq var”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Rəqiblərimizə hədiyyə verməyi dayandırmalıyıq. Bəli, bu mövsüm öz meydanımızda matçları çətinləşdirən müəyyən səhvlərimiz olub, amma düşünürəm ki, onları tədricən aradan qaldırırıq. Son oyunlarda yaxşı təsir bağışlaya bilmişik. Pley-offda kobud səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.
Bernd Rayxart, Avropa Superliqasının baş direktoru: “Klubların Superliqada iştirak etməməsi üçün hansı səbəbləri ola bilər? Mən bu sualı tez-tez verirəm: xahiş edirəm ki, avrokubokların mövcud sistemindən nəyi saxlamağın lazım olduğunu mənə izah edin. Çünki bu, sizin klubunuz üçün vacib məsələdi. Onu da deyim ki, indiyədək heç bir klubdan dəqiq cavab ala bilməmişəm. Ona görə ki, mövcud sistemdə klublara orta və uzunmüddətli perspektivdə daha güclü və dayanıqlı olmaları üçün heç nə təklif edilmir. Klublar zaman keçdikcə daha da rəqabətsiz turnirə çevrilən çempionatlarda yarışırlar. Çünki əsl mübarizə mühitini formalaşdıra bilmədikləri televiziya bazarına daxil olurlar. Məsələn, İngiltərə premyer-liqası. Ona görə də, klublar iqtisadi cəhətdən ikinci vacib təminata malik olmaq üçün ümidini avrokuboklara bağlayırlar. Fərq ondadı ki, qitə kuboklarının mövcud sistemi bunu klublara təklif etmir, amma biz edirik”.
Fabio Kannavaro, İtaliya yığmasının sabiq müdafiəçisi: “Napoli”də indi mürəkkəb vəziyyət yaranıb. Luçano Spallettnin baş məşqçi vəzifəsindən gedişi mənfi effekt verdi. Üstəlik, klubu idman direktoru Cuntoli və aparıcı müdafiəçilərdən Kim Min Ce də tərk edib. Bu itkilər komandaya mənfi təsir edib. Fikrimcə, çempionluq uğrunda mübarizənin favoriti “İnter”di. Bu komandada daha çox keyfiyyətli futbolçular cəmləşib, milanlıların ehtiyat oyunçular skamyası da genişdi. “İnter”in hücumameyilli oyunu xoşuma gəlir”.
Sebastyan Kel, Dortmund “Borussiya”sının idman direktoru: “Sançonu geri qaytarmaq bizə heç də asan başa gəlmədi (futbolçu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürülüb – R.Y.), bu əməliyyat üçün çox vaxt sərf etdik. İndi Ceydonun gözlərindəki alovu görə bilərsiz. O, yenidən futbol oynaya biləcəyinə görə çox şaddı. Onu yüksək oyun səviyyəsinə mümkün qədər tez qaytarmaq üçün əlimizdən gələni edəcəyik”.
Erik Dayer, “Bavariya”nın müdafiəçisi: “Bu keçid mənim üçün reallaşan arzudu. Çünki, hələ uşaq yaşlarında olarkən nə vaxtsa, “Bavariya” kimi böyük klubda oynamağı xəyal edirsən. Bu, dünya futbolunda böyük tarixə malik klubdu. Yeni komanda yoldaşlarım və “Alyans Arena”da azarkeşlərlə ilk görüşümü səbirsizliklə özləyirəm”.
Nasser Əl-Xelayfi, PSJ-nin prezidenti: “O, mənim üçün komandanın ən yaxşı oyunçularından biri idi. Bəlkə də, onun uzun illər əvvəl reallaşan transferi PSJ üçün ən keyfiyyətli sərmayə olub. Yaddaşım məni aldatmırsa, Markonu 11 milyon avroya almışdıq (italiyalı yarımmüdafiəçi ötən yay Qətərin “Əl-Ərəbi” klubuna 45 milyon avroya satılıb – R.Y.). Verratti komandamızda 11 il çıxış etdi və hər il ən yaxşı oyunçularımızdan biri oldu. O, PSJ-nin əfsanəsi kimi xatırlanacaq”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Simeone “Atletiko” üçün ideal məşqçidi. Əks halda postunda bu qədər uzun müddət fəaliyyət göstərə bilməzdi (argentinalı mütəxəssis komandanı 2011-ci ilin dekabrından çalışdırır – R.Y.). Bir-birimizi yaxşı tanıyırıq, uzun müddətdi ünsiyyət saxlayırıq. Aramızda qarşılıqlı hörmət var”.
Quus Hiddink, niderlandlı məşqçi: “Frants böyük oyunçu, məşqçi və xeyirxah adam idi. Onunla bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam. O, çox dünya lideri üçün nümunə olmalı idi. Bekkenbauer insanları birləşdirmək qabiliyyətinə malik olan şəxsiyyət idi. Buna nümunə kimi vətəni Almaniyada 2006-cı ildə təşkil edilən dünya çempionatını göstərə bilərəm”.
Viktor Mozes, Nigeriya yığmasının sabiq yarımmüdafiəçisi: “Bizim uşaqlara Afrika Millətlər Kubokunda uğurlar! Əvvəlki turnirlərlə bağlı inanılmaz xatirələrim var. Siz bu il tarixə düşə bilərsiniz. Hamınızı dəstəkləyirik!”
Viktor Osimhen, “Napoli”nin hücumçusu (komandanın oyunçusu Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeliyə cavabı): “Əziz Mamuka Cuqeli, sən əclaf və biabırçısan. Sənin məntiqinə görə özümü narahat hiss edirəm (bir müddət əvvəl Osimhenin yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyini deyən agent Xviçanın 1 milyard avroya belə Asiya ölkəsinə yollanmaq isəməyəcəyini əlavə etmişdi – R.Y.). Kütbeyin! Bundan sonra mənim adımı xatırlamağa cəhd etmə”.
Emmanuel Adebayor, Toqo yığmasının sabiq hücumçusu: “O, İngiltərə çempionatında oynamaq üçün doğru münasibətə, mentallığa və qətiyyətə malikdi. Onun bu ölkəyə yollanması və nəyə qadir olduğunu göstərməsi üçün Tanrıya dua edirəm. Premyer-liqa dünyanın ən çətin və ən yaxşı ölkə çempionatıdı. Osimhen artıq İtaliyada sözünü deyib. Məncə, indi İngiltərəyə gedərək kumiri Droqbanın yolunu davam etdirmək və yüksək məhsuldarlıq nümayiş etdirməsi üçün ən münasib vaxt yetişib. Viktor premyer-liqanı fəth etmək üçün hər cür keyfiyyətə malikdi”.
Valter Matsarri, “Napoli”nin baş məşqçisi: “Yanvarda “Napoli”də inqilab olmur. Ona görə ki, bu ayda transfer bazarından komandaya cəlb edə biləcəyimiz oyunçuların sayı azdı. Ümumiyyətlə, transfer mövzusunda rəhbərliyin danışmasını daha məntiqəuyğun hesab edirəm. Mən isə öz növbəmdə futbolçulara ötən mövsüm malik olduqları əminliyini geri qaytarmaqda kömək etmək istəyirəm. Biz yaxşı futbol, balanslaşdırılmış oyun sərgiləməli və lazımsız səhvlərdən qaçmağı bacarmalıyıq”.
Dieqo Maradona, Argentina yığmasının sabiq hücumçusu Dieqo Maradonanın oğlu: “Açıq istintaq gedir. Biz, onun övladları Argentina ədalətinə inanırıq. Əminəm ki, bu, belə bitməməli idi. Onlar atamı öldürdülər (əfsanəvi futbolçu 2020-ci il noyabrın 25-də müalicə aldığı xəstəxanada xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödəmi nəticəsində ölüb. Bir müddət sonra Maradonanın şəxsi həkimi işində yol verdiyi səhlənkarlığa görə istintaqa cəlb olumuşdu – R.Y.). Bunu kimin etdiyini demək mənim işim deyil. Bu barədə fikirlərim var, amma ifadə edə bilmirəm. Onu taleyin ümidinə buraxdılar, halbuki nəsə etmək olardı. Özümə söz vermişəm: həyatımın son gününə qədər ədalət uğrunda mübarizə aparacağam”.
Kalidu Kulibali, Seneqal yığmasının müdafiəçisi: “Biz afrikalılar milli komandamızda oynamaq və milli rənglərimizə hörmət etməyimizlə qürur duymalıyıq. Afrika mənim üçün gələcəkdi. Bunu hamının anlayacağına və Afrika futbolunun yüksəlməsi üçün hər şey edəcəyini ümid edirəm. Mənim üçün söhbət yalnız Seneqaldan yox, bütün Afrikadan gedir. Biz sonuncu dünya çempionatında Mərakeş yığmasının yarımfinala çıxmasına çox sevindik. Hamı sevinirdi, amma bu nəticə mənə görə normal idi. Biz gələcəkdə Afrikanın dünya çempionatında qələbə qazanmasına da nail ola bilərik”.
Kalidu Kulibali, Seneqal yığmasının müdafiəçisi: “Afrikanın dünya çempionatında qələbə qazanmasına da nail ola bilərik”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 19:0

Keyn “Bavariya”da rekordlarla başladı!

Dünya futbolu

22-09-2023, 16:0

Keyn Mançesterə niyə getmək istəməyib?

Dünya futbolu

9-01-2024, 22:0

Dinizə Dorival Junior xələf oldu

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

16-08-2023, 22:0

Ötən həftənin sitatları

Aktual
“Traktor” baş məşqçisini qovdu, azarkeşlər fəryad edir
Yalnız VIP və VVIP sektorlar üçün bilet qaldı! – “Qarabağ” – “Nyukasl” oyunu üçün azı 200 manat xərcləmək lazımdı!
“Neftçi” niyə də 3-cü olmasın?!
“Nazim bəy burda çalışmır, heç məşqlərə də qatılmır” – bəs, niyə baş məşqçidi?
Anatoli Nuriyevin “Zirə”yə keçidində Əsasnamə pozuntusu var?
“İdman TV” də çempionatı yayınlayacaq?
Son xəbərlər
  • Bu gün, 21:19
    “Traktor” baş məşqçisini qovdu, azarkeşlər fəryad edir
  • Bu gün, 20:28
    Pereyra ''Fənərbaxça''ya qarşı oyun haqda nələr dedi?
  • Bu gün, 20:12
    "2000-2500 klubun arasında ilk "24-lük"dəyik" - Tahir Gözəl
  • Bu gün, 19:33
    ''Qalatasaray''ın ulduzu geri dönmək istədiyi klubun adını açıqladı
  • Bu gün, 19:21
    Yalnız VIP və VVIP sektorlar üçün bilet qaldı! – “Qarabağ” – “Nyukasl” oyunu üçün azı 200 manat xərcləmək lazımdı!
  • Bu gün, 18:23
    “Rauf Cabbarov hansısa təlimata uyğun olaraq VAR-a dəvət edildi, burda sövdələşmə oldu” – sabiq FİFA referisindən şok açıqlama
  • Bu gün, 18:12
    "Nyukasl"ın bizə uyğun olmayan oyun üslubu var" - Qurban Qurbanov
  • Bu gün, 17:56
    "Fərqindəyik ki, bizi çox çətin və tarixi oyun gözləyir" - Kamilo Duran
  • Bu gün, 17:15
    "Nyukasl" Bakıya gəlir
  • Bu gün, 16:56
    Millimiz Sent Lusiyaya qarşı - martın 27-də, "Mehdi Hüseynzadə"də
  • Bu gün, 16:26
    Azarkeşlər hakimin fitini oğurladılar
  • Bu gün, 15:55
    "Xankəndi"də yeni müdafiəçi - RƏSMİ
  • Bu gün, 15:23
    UEFA-dan Əliyar Ağayevə təyinat
  • Bu gün, 15:09
    Paytaxt təmsilçisi bu mövsüm 4-cü (!) məşqçi ilə anlaşdı
  • Bu gün, 14:58
    Argentina futbolunda inqilabi qərar
  • Bu gün, 14:37
    Qurban Qurbanov düz dedi, amma gec dedi!
  • Bu gün, 14:17
    Bask derbisini “Real Sosyedad” qazandı
  • Bu gün, 13:56
    "Qəbələ" qolunun sayılmamasına görə etiraz etdi - "cari mövsümdə 3 xal əlimizdən alınıb"
  • Bu gün, 13:34
    San Paulu derbisində qalmaqallı epizod
  • Bu gün, 13:13
    ''Yuve''nin məşqçisi ''Qalatasaray'', İkardi və Osimhen haqda nələr dedi?
  • Bu gün, 12:15
    Bir hissə Vernidub, bir hissə Abasov...
  • Bu gün, 11:54
    "Qarabağ"a görə metroda iş vaxtı uzadılacaq
  • Bu gün, 11:23
    MS və “Liverpul” qələbə qazandı, MY ilə “Çelsi”nin seriyası qırıldı - İCMAL
  • Bu gün, 10:52
    “Neftçi” niyə də 3-cü olmasın?!
  • Bu gün, 10:41
    20-ci turda antirekord - cəmi 8 qol
  • Bu gün, 10:21
    Eldar Zülfüqarov CEV Çempionlar Liqasının oyununda
  • Bu gün, 10:00
    Ölkə nəhəngləri məğlub oldu - İCMAL
  • Dünən, 23:57
    Balabəylə Zelim ilk “5-lik”də
  • Dünən, 23:26
    Yalnız “Braqantino” büdrəməyib - İCMAL
  • Dünən, 22:53
    Renatın komandası yenə uduzdu
  • Dünən, 22:23
    Yığmamız FIBA Çempionlar Kubokuna qatılacaq - İLK DƏFƏ
  • Dünən, 21:53
    "Nyukasl" sabah "Qarabağ"a görə gəlir... - özü də iki minə yaxın azarkeşlə!
  • Dünən, 21:41
    Qurban Qurbanov ciddi çətinliklə üz-üzə - aparıcı futbolçusu "Nyukasl"la oyunu buraxa bilər!
  • Dünən, 21:25
    “Nazim bəy burda çalışmır, heç məşqlərə də qatılmır” – bəs, niyə baş məşqçidi?
  • Dünən, 20:51
    “Düşünürəm ki, qol qaydalar çərçivəsində vurulmuşdu” – Georgi Çixradze
Daha çox
Oxunub: 311
Nərimanı ölkədən kənara Zubir çıxarıb! – Axundzadəni ABŞ-yə aparan menecerdən maraqlı açıqlamalar
Oxunub: 309
Qurban Qurbanov ciddi çətinliklə üz-üzə - aparıcı futbolçusu "Nyukasl"la oyunu buraxa bilər!
Oxunub: 211
Yankoviç “Qarabağ”dan gedir? – Qurban Qurbanovun ona şans verməməsinin səbəbi bilindi
Oxunub: 184
Azərbaycan çempionatında ata-oğul çəkişməsi: biri liderdi, o biri beşinci – bəs PFL nə deyir?
Oxunub: 173
Şamaxıda Qurban Qurbanova yaxşı təklif aldığını deyən futbolçu kim imiş? – adı “Futbol+”də!
Oxunub: 160
“Nəriman düşünməsin ki, burda ona asan olacaq” - Amerikadan Axundzadəyə tövsiyə və məsləhətlər gəldi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə