Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib.
“Football-plus.az” xəbər verir ki, o, superliqanın 6-cı turunun "Kasımpaşa" ilə səfər oyununda meydana çıxıb. O, 19-cu dəqiqədə qırmızı vərəqə alan Ertaç Özbirin yerinə meydana daxil olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Şahruddin oyunda hər iki 2 qolu buraxıb.