• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“3 milyonla çox yaxşı, ürəyin istəyən kimi komanda qura bilməzsən” - Ağasəlim Mircavadov

Yığma / Manşet

10-01-2024, 23:0

Klublar qış toplanışını başa vurandan sonra futbol üzrə ölkə çempionatında həlledici mərhələ başlayacaq.

İndiyəqədərki oyunlar nə göstərdi və mövsümün 2-ci hissəsində ciddi rəqabət gözləməyə dəyərmi? Bəs yığmamızın taleyi necə olacaq, “sükan arxasına” yerli, yoxsa əcnəbi mütəxəssis keçməlidi? Futbol gündəminin ən aktual məsələləriylə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü, ölkənin ən titullu mütəxəssislərindən biri Ağasəlim Mircavadov ilə danışdıq.

- Ağasəlim müəllim, ölkə çempionatının oyunlarını yaxından izləyə bilirsizmi? Çempionatın ümumi durumunu necə dəyərləndirirsiz? Azərbaycanın rəqabətədavamlı çempionatı varmı?
- Mən bütün oyunları izləyirəm. Çempionatımız istədiyim qədər gərgin keçmir. Çünki komandaların sayı azdı. Düşünürəm ki, 12 komanda olsa, daha maraqlı olar. Həm yerli məşqçilər üçün daha yaxşı olar, həm də yaxşı futbolçularımız itməz və rəqabət daha da artar.
- Avropa Liqasında da mübarizəni davam etdirən “Qarabağ” fasiləyə ən yaxın izləyicisi “Zirə”dən 12 xal öndə yollandı. “Zirə”, “Neftçi” və ya hansısa başqa komanda bu xal fərqini əridə bilərmi? Yoxsa artıq indidən “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etmək olar?
- Elə “Qarabağ”ın yenə çempion olacağını düşünürəm. Çünki sabit oyun sərgiləyir. “Qarabağ” startda çox xal itirsə də, sonradan toparlandılar. Xal fərqi 4-5 olsaydı, yenə də mübarizə aparmaq olardı. Bayaq dediyim komandaların sayının azlığı da buna təsir edən amillərdəndi. Fəqət inanmırm ki, hansısa klub Ağdam təmsilçisini keçə bilər. Ola bilər ki, hansısa komanda bir oyunda “Qarabağ”la mübarizə aparsın, amma çempionluq yolunda mübarizə apara biləcəyini düşünmürəm.
- Rəşad Sadıqovun çalışdırdığı “Zirə” çempionatın ilk dövrəsini lider kimi başa vursa da, ikinci dövrədə uğurlarının davamı gəlmədi. Sizcə, buna nə səbəb oldu?
- Hər məşqçinin öz üslubu, futbol fəlsəfəsi var. Həmin fəlsəfəyə uyğun da oyunçu seçimi edir. Bu vacib amildi. Çünki sənin əlində keyfiyyətli oyunçu olmasa, heç nə edə bilməzsən. Bildiyim qədəriylə “Zirə” hücumçu problemini həll etmək üçün futbolçu axtarışındadı. Bu düzgün qərardı. Amma deyərdim ki, əlində olan heyətlə belə mübarizə aparması yaxşı cəhətdi. Ola bilər ki, ikinci yarıya daha yaxşı çıxsın. “Zirə” bu il də olmasa, bəlkə gələn il çempionluq uğrunda mübarizə apara bilə. Rəşad hər oyunda maksimum xal toplamağa çalışır. Komandanın bəzi matçlarına baxmışam, əsasən də “Qarabağ”a qarşı çox ağıllı, taktikalı oyun nümayiş etdirdi. Yəni Sadıqovun istədiyi oyunu almaq üçün istədiyi futbolçuları almaq lazımdı. Düzdü, keyfiyyətli yerli oyunçular lap azdı. Bu da öz növbəsində mənfi təsir edir. Buna görə də hər bir məşqçi əcnəbi oyunçuya üz tutur. Yerli futbolu inkişaf etdirmək, yerli futbolçular yetişdirmək lazımdı. Bu ciddi amildi.
- “Neftçi” də problemlər labirintindən çıxa bilmir. Komandada tez-tez məşqçi dəyişikliyi olur, özü də əsasən əcnəbilər bir-birinə əvəz edir. Doğrudanmı, bu ölkədə “Neftçi”ni çalışdırmağa, bakılılara uğurlu nəticə qazandırmağa qadir yerli məşqçilər yoxdu?
- Çox qəribə haldı ki, son 10-12 ildə “Neftçi” məşqçilərini tez-tez dəyişir. Hər sahənin öz qanun-qaydası olduğu kimi, futbolda da belə bir şey var ki, tez-tez məşqçi dəyişməklə komandaya güc qata bilməzsən. Ona görə də hansısa məşqçini izləyirsənsə, onun biliyini bilməlisən. “Neftçi” əsasən əcnəbi mütəxəssislərə üstünlük verir. Əcnəbinin ölkəmizə uyğunlaşması və adət-ənənələrimizə yanaşma tərzi də vacib amillərdən biridi. Bir də ki oyunçu seçimi. Hətta deyərdim ki, “Neftçi”nin futbolçu seçimi çox bərbaddı. Yayda aldığı oyunçunu qışda satışa çıxarır. Bizim yerli məşqçilər də var ki, onlara güvənsələr, daha yaxşı nəticələrə qazana bilərlər.
- Ağasəlim müəllim, ümumiyyətlə, bir məşqçinin komandaya oyun fəlsəfəsini tam mənimsətməsi, rəqabətədavamlı komanda qurması üçün nə qədər vaxt lazımdı?
- Adətən, bu məsələ məşqçinin inkişafından, biliyindən və əlinin altındakı futbolçuların keyfiyyətindən asılıdı. Ola bilər ki, 6 ayın və ya 1 ilin ərzində istədiyi nəticəni alsın. Bunun üçün konkret vaxt deyə bilmərik. Məsələn, özümdən deyə bilərəm ki, həm “Neftçi”də, həm “Xəzər Lənkəran”da, həm də “Şəmkir”də çalışdığım müddət ərzində hər şeyin qısa müddətdə olmasını istəyirdim. Şükürlər olsun ki, istədiyimizə nail olmuşuq. Qısası, onu deyə bilərəm ki, məşqçiyə vaxt verilməlidi, onun işinə səbirli yanaşmaq lazımdı. Məşqçinin və məşqçilər korpusunun da hədəfi böyük olmalıdı.
- Ötən mövsüm çempionluq yolunda “Qarabağ”a müqavimət göstərən “Sabah” bu mövsüm yoxdu. “Sabah”ın baş məşqçisi Murad Musayev də dedi ki, o “Sabah”ı bir də görməyəcəksiz. Niyə həmin “Sabah” indi yoxdu? Ulduzlarını itirdiyinə, yoxsa baş məşqçi əvvəlki qədər həvəslə çalışmadığına görə?
- İnanmıram ki, baş məşqçi həvəssiz olsun. Peşəkar məşqçidə həmişə həvəs olmalıdı. Murad Musayev də peşəkar məşqçidi. Bildiyimə görə, “Sabah”ın büdcəsi də yaxşıdı. Amma bir iş var ki, komanda liderlərini itirir. Məsələn, yayda bir müdafiəçisini, bir hücumçusunu itirmişdi, indi də Aleksey İsayevi itirdi. Nə düşündüklərini bilmirəm. Ola bilər ki, bu mövsüm yaxşı yer tuta bilməyəcəklərini düşünüb, komandadakı keyfiyyətli futbolçuları sataraq növbəti mövsümə hazırlıq görürlər.
- İki region komandası - “Kəpəz” və “Qəbələ” turnir cədvəlinin sonunda qərarlaşıb. Sizcə, bunun səbəbi nədi, yəni region komandaları niyə paytaxt təmsilçilərinə müqavimət göstərə bilmir? Baxmayaraq ki, region komandalarının azarkeş dəstəyi də böyükdü.
- İlk növbədə büdcə məsələsi var. Doğrudu, dövlət 3 milyon verir, amma sponsorlar olsa, daha da yaxşı olar. Məsələn, “Turan Tovuz”un sponsoru oldu, stadiona əl gəzdirdilər, işıqları düzəltdilər, yeni futbolçular aldılar. 3 milyonla çox yaxşı, ürəyin istəyən kimi komanda qura bilməzsən. Bildiyim qədəriylə “Kəpəz”in stadionu sökülüb, təmir işləri gedir. Onu deyə bilərəm ki, Gəncə təmsilçisi bizə yaxşı, keyfiyyətli oyunçular verib. O komandanı itirmək olmaz. Amma kompleks şəklində, akademiya ilə komandanın bir yerdə olması vacibdi. Elə “Qəbələ”nin əvvəlki akademiyası çox yaxşı fəaliyyət göstərirdi. Ümumi baxanda görürük ki, bir çox klubda “Qəbələ”nin akademiyasından çıxan futbolçular var. Lakin özləri maliyyə durumu yaxşı olmadığına görə həmin oynçuları saxlaya bilmədi. “Qəbələ” kimi akademiyası olan klubu itirmək olmaz.
- Heyəti onsuz da güclü olan “Qarabağ” qış “transfer pəncərəsi” açılan kimi “Sabah”ın liderlərindən biri sayılan Aleksey İsayev üçün 500 min dollar ödədi. Sizcə, bu transferdən kim qazandı, kim itirdi? Ümumiyyətlə, “Qarabağ” nə etmək istəyir?
- Sabahını, birigününü düşünməyən məşqçi məşqçi deyil. Keyfiyyətli yerli futbolçularımız azdı. Söhbət yaşdan getmir. Mən heç vaxt oyunçunun yaşına baxmıram. O, oynaya bilirsə, niyə oynamasın?! Lap 35-36 yaşı olsun. Fikrimcə, “Qarabağ”a mərkəzdə oynaya biləcək yerli futbolçu lazım idi və bunu da etdi. “Sabah”a gəlincə, bayaq da dedim, bəlkə də növbəti mövsümə hazırlıq görürlər.
- Bildiyiniz kimi, “Qarabağ” Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşacaq. Düzdü, indi ilk oyunu səfərdə və ya evdə keçirməyə əvvəlki qədər ciddi önəm verilmir. Hər halda, ilk oyunun səfərdə keçiriləcəyini “Qarabağ” üçün nisbi üstünlük saymaq olarmı?
- İndiki zamanda üstünlük odu ki, hər iki oyuna hazır olasan. Hansı komandayla oynamağından asılı olmayaraq, ilk növbədə rəqibi təhlil etməlisən. Ona görə də mən burda üstünlük görmürəm.
- İndi ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də yığmanın baş məşqçi postunun kimə tapşırılacağıdı. Əsasən də yerli, yoxsa əcnəbi məşqçi “sükan arxasına” keçsin məqamı dartışılır. Bilirik ki, siz də yerli məşqçi tərəfdarısız. Bunu əsaslandıran dəlillərinizi bir daha söyləyə bilərsizmi?
- 15 ili təhlil etmişik. Əcnəbi məşqçilər bizə heç bir xeyir vermədi. Onların yanında çalışan yerli məşqçilər də xeyir görmədi. Yerli mütəxəssislər futbolçularımızın xasiyyətini də, mentallığını da, qayda-qanunu da bilir. Hazırda kimin millinin baş məşqçisi olacağını deyə bilmərəm. Amma həmişə yerli məşqçilərdən yana olmuşam.
- AFFA Məşqçilər Komitəsi bu müzakirələrdə varmı? Sizin fikrinizi öyrənən olubmu? İşçi Qrupa hansı tövsiyələriniz var?
- Bu çox böyük mövzudu. Bunun üçün İşçi Qrup yaradılıb. Biz fikirlərimizi Vaqif Sadıqova deyirik, o da yerli məşqçinin tərəfdarıdı.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

21-10-2022, 14:0

AFFA rəhbərliyi Ağasəlim Mircavadovu təbrik etdi

Yığma / Manşet

6-10-2022, 22:0

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Aktual / Manşet

29-09-2022, 10:0

"Yığmada baş məşqçi əcnəbi olacaqsa, mütləq iki yerli onun köməkçisi olmalıdı" - Ağasəlim Mircavadov

Aktual
“Hamı “Qarabağ” haqda müsbət fikirdədi” - Arif Əsədov Moskvada 4-cü yeri tutdu
“Cərimə məbləğlərinin dəfələrlə artırılması xoşagələn hal deyil” - İntizam Komitəsinə etiraz
İki dünya çempionatının iştirakçısı “Neftçi” yolunda! – birillik müqavilə, 500 min avro
“Kəpəz”i derbiyə Xaliq Mərdanov çıxaracaq - baş məşqçi təyin olunsa da!
“Qarabağ”ın oyunu üçün azı 40 manat ödəməlisiz... – biletlər ildırım sürətiylə satılır!
Elman Sultanova görə gedən futbolçu onun yoxluğunda döndü!
Son xəbərlər
  • Bu gün, 13:17
    Prezident yeni Olimpiya Kompleksinin açılışını etdi
  • Bu gün, 12:46
    Özü ilə bağlı şayiələrə son qoydu
  • Bu gün, 12:15
    “Neftçi” komandanın adını bilməyən futbolçunu transfer edib!
  • Bu gün, 11:44
    “Liverpul” qələbələri sıralayır, izləyiciləri xal itirir - icmal
  • Bu gün, 11:25
    “Hamı “Qarabağ” haqda müsbət fikirdədi” - Arif Əsədov Moskvada 4-cü yeri tutdu
  • Bu gün, 10:56
    Rüfətin komandası qalib gəldi
  • Bu gün, 10:37
    “Qarabağ” üçün tarixi fürsət: Çempionlar Liqasında növbəti 3 xalı qazanmaq olar!
  • Dünən, 23:48
    "Bəzi məqamlardan narazı qaldım" - Qurban Qurbanov
  • Dünən, 23:17
    “Qarabağ” - “Kopenhagen” oyununun hakimləri - Gənclər Liqası
  • Dünən, 22:48
    Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 22:26
    “Sabah” mövsümün ilk oyununda qalib gəldi
  • Dünən, 21:57
    "İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə vermirlər" - Kaxaber Sxadadze
  • Dünən, 21:26
    Horner “Red Bull”dan 100 milyon dollar alacaq
  • Dünən, 20:55
    "Zirə" xal itirdi, "Qarabağ" qalib gəldi - yenilənib
  • Dünən, 20:23
    Lopes ilə Qavinin işi fırıqdı
  • Dünən, 19:41
    Dünya çempionu klubunu dəyişdi
  • Dünən, 19:10
    Millimiz Qazaxıstanla qarşılaşacaq
  • Dünən, 18:39
    "Qarabağ" - "Qəbələ": start heyətləri
  • Dünən, 18:18
    “Yağışlı havadan sonra duş qəbul etməliydim” - Jorj Kaşkilya
  • Dünən, 17:57
    “Oyunun axarını nəzərə alsaq, bu da yaxşı nəticədi” - Rəşad Sadıqov
  • Dünən, 17:26
    "Neftçi" yeni transferini açıqladı - rəsmi
  • Dünən, 16:55
    "Sabah"ın legioneri əməliyyat olundu
  • Dünən, 16:24
    Lebron nə vaxt bitirəcək?
  • Dünən, 15:53
    “Knyazlar” darmadağın etdi, “Lill” darmadağın oldu - icmal
  • Dünən, 15:32
    Azərbaycanı 3-cü MDB Oyunlarında təmsil edəcək cüdoçular - siyahı
  • Dünən, 15:01
    "İmişli" - "Zirə": start heyətləri
  • Dünən, 14:40
    18 yaşlı argentinalı hansı kluba keçəcək?
  • Dünən, 14:19
    Azərbaycan UEFA-nın TOP-10-luğunda
  • Dünən, 13:58
    Şayiələrə son qoydu
  • Dünən, 13:27
    Renatın komandası mübarizəni dayandırdı
  • Dünən, 12:56
    Foden gedəcək, yoxsa qalacaq?
  • Dünən, 12:25
    “Səbəb də budu ki, mən onun rəsmi agenti olmuşam” - Mahir Emreli ilə bağlı müəmmalı açıqlama
  • Dünən, 11:54
    "Qarabağ"ın oyununa bir gün ərzində satılan bilet sayı
  • Dünən, 11:23
    Avropa Liqasının yeni rekordçusu oldu
  • Dünən, 10:52
    Messi qoldan doymur
Daha çox
Oxunub: 321
"Kəpəz" baş məşqçisiz qaldı - Adil Şükürov getdi!
Oxunub: 299
Adil Şükürov üçün böyük futbolda sonuncu oyun... – o, azarkeşin evinə niyə getmək istəyirdi?
Oxunub: 244
Elvin Cəfərquliyevin “Lill”ə keçidiylə bağlı son dəqiqə xəbəri – “təəssüf ki...”
Oxunub: 235
“Qarabağ”ın mütəxəssisləri “Kopanhagen” üçün hərəkətə keçdi – “Bəhramov”da nə baş verir?
Oxunub: 220
“Qarabağ” – “Kopenhagen” oyununun biletləri ya bu gün, ya da... – “qara bazar” olacaqmı?
Oxunub: 192
“Kayzerslautern” var, Mahir isə yoxdu... – yenə münasibət problemi!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə